Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1182/2025 02.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 dekabr 2022-ci tarixli, MAS-5598 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə, 29 mart 2025-ci il tarixə 328.13 manat gecikdirilmiş əsas, 117.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.83 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 975.15 manat olmaqla, cəmi 1752.06 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, MAS-5598 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 18 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.31 manat, ümumilikdə isə 24955 manat məbləğində pulun İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24955 manatın 18600 manatı əsas məbləğ təşkil edir. 15 may 2024-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-5598 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 dekabr 2024-cü tarixli MAS-5598 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 mart 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 975.15 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh MAS-5598 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə, 29 mart 2025-ci il tarixə ümumilikdə 776.91 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verib göstərdi ki, iddiaçı tərəfindən vurulmuş zərərin məbləği artıq hesablanıb, qətnamə qəbul olunarkən nəzərə alınmasını, həmçinin, iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı nümayəndəsi məhkəməyə gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi X4 məhkəməyə ünvanladığı müraciətində, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli MAS-5598 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 18 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.31 manat, ümumilikdə isə 24955 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Ödənilməli olan ümumilikdə 24955 manatın 18600 manatı əsas məbləğ təşkil edir. 15 may 2024-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-5598 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 dekabr 2024-cü tarixli MAS-5598 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 mart 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 975.15 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh MAS-5598 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə, 29 mart 2025-ci il tarixə ümumilikdə 776.91 manat məbləğində gecikmə borcu yaranmışdır. İş materiallarında olan 15 may 2025-ci il tarilxi təhvil-təslim aktından görünür ki, Cavabdeh X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, 77AJ629 dövlət qeydiyyat nişanlı avtomobilin təlim təslimi aparmışlar. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 30 oktyabr 2025-ci il tarixli, 02-365/25 saylı məktubunda göstərilir ki, qiymətləndirməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən, aparılan araşdırma və təhlilərə əsasən, “Khazar SD minik” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq, ümumilikdə 698,0 manat təşkil edir. Belə ki, ehtiyat hissələri üzrə 213,0 manat ziyan dəymiş və nəqliyyat vasitəsinin təmiri üçün 485,0 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh lizinq müqaviləsi əsasında İddiaçı MMC-dən avtomobil əldə etmiş, lakin müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etməyərək, lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmışdır. 19 dekabr 2022-ci tarixli MAS-5598 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 328.13 manat gecikdirilmiş əsas borcu yaranmışdır, həmçinin ekspertiza tədqiqatı zamanı lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 698 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd olunan qanunvericilik normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 dekabr 2022-ci tarixli MAS-5598 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 328.13 manat gecikdirilmiş əsas, 117.95 manat gecikdirilmiş mükafat, 30,0 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD minik” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 698 manat olmaqla, ümumilikdə 1174,08 manat məbləğində pul və ödənilmiş 31,74 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmaldıır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq, "xxxx" MMC-nin "xxxx" ASC-nin Qara Qarayev filialı, VÖEN **********, S.W.İ.F.T. kod AİİBAZ”X, M\H AZ37NABZ********************, VÖEN **********, hesab AZ90AİİB**********817272114 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 19 dekabr 2022-ci tarixli MAS-5598 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 328.13 manat gecikdirilmiş əsas, 117.95 manat gecikdirilmiş mükafat, 30,0 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 698 manat olmaqla, ümumilikdə 1174,08 manat məbləğində pul və ödənilmiş 31,74 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq, "xxxx" MMC-nin "xxxx" ASC-nin Qara Qarayev filialı, VÖEN **********, S.W.İ.F.T. kod AİİBAZ”X, M\H AZ37NABZ********************, VÖEN **********, hesab AZ90AİİB**********817272114 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1182/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1182/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver