Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1185/2023 06.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Fətaliyeva Fidan Adil qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh, X1 İstismarı İdarəsi Şamaxı Xidmət Sahəsi tərəfindən əsassız hesablanmış 1204,07 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi bunun səbəbləri barədə məhkəməyə məlumat verməsədə, iddiaçının nümayənədəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 2(074)-1121/2023 saylı 19 oktyabr 2023-cü il tarixli məhkəmə bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki iş Şamaxı Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin bir icraatda birləşdirilməsi məqsdəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cu maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair 2(074)-1185/2023 saylı iş, İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair 2(074)-1121/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-ci maddələrini rəhbər tutub qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair 2(074)-1185/2023 saylı iş, İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair 2(074)-1121/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-1185/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1185/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver