Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-122/2024 13.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına və qanunsuz tikintinin sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən, 0,12 hektar (12 sot) torpaq sahəsində özbaşına və qanunsuz tikilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi mülkiyyətinə verilib. AN-İ № ******* saylı, xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qobustan rayon Dövlət Notariat kontorunun təşkilatçılığı ilə onun səlahiyyətli nümayəndəsi hesab olunan X6 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayon Nağaraxana kəndində yaşayan xx.xx.1967-ci təvəllüdlü X15 adlı şəxs satıcı qismində onun 0.12 ha torpağını Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 05B, mənzil 13-də yaşayan Cavabdeh adlı başqa bir şəxsə 4800 (dörd min səkkiz yüz) manata satmışdır. 2021-ci ilin noyabr ayında həmin torpaq sahəsinə dair Dövlət Reyestr Xidmətindən Çıxarış almaq üçün müraciət edərkən oradan ona bildirmişlər ki, guya o, X3 adına etibarnamə vermiş və o da Nağaraxana kənd icra nümayəndəsini müavini işləyən X10 etibarnamə vermiş, sonuncu isə ona məxsus 0.12 ha torpaq sahəsini Ağcabədi rayon sakini olan cavabdehə satmışdır. Elsevər Aslanov isə qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsini digər bir şəxsin vasitəsilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh satdırmış, o isə həmin torpaq sahəsinə Çıxarış almışdır. Lakin həmin Çıxarışın hər hansı surəti Cavabdeh yoxdur. Beləliklə, əvvəlcə o, özü iş üzrə müəyyən etdi ki, Qobustan rayon Dövlət Notariat Kontorunun rəhbəri işləmiş X7 cavabdehlər - X6, X13 və X8 ilə əlbir olaraq qrup şəklində qeyri-qanuni əməllərlə məşğul olmuşlar. Halbuki o, heç kəsə sözügedən mübahisəli 0.12 ha torpaq sahəsinə dair etibarnamə verməyib. Belə qanunsuzluğu və saxtakarlığı aşkar etdikdən sonra Şamaxı rayon prokuroruna şikayət edib. Həmin şikayət baxılmaq üçün Şamaxı rayon Polis Şöbəsinə göndərilmiş və HK-l-1199/2021 nömrəli iş kimi araşdırma aparılmışdır. Araşdırmanın yekununda toplanmış materiallar üzrə HK-l-1199/2021 araşdırmaya dair cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdə ona göndərilmişdir. Araşdırma ilə ona məxsus 0.12 ha (12 sot) torpaq sahəsinin onun adından saxta etibarnamə verilməklə qanunsuz yollarla özgəninkiləşdirilməsi faktı müəyyən edilmişdir. Ona məxsus sözügedən 0.12 ha torpaq sahəsinə dair əqdlə bağlı tərtib edilmiş sənədlərin saxtalaşdırılması və bu əsasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuşdur. Lakin cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə baş vermiş cinayətə görə kimsə məsuliyyətə cəlb olunmamışdır. Buna görə də Azərbaycan Respublikasının CPM-in 39-cu maddəsinə əsasən şikayəti üzrə qanunsuz əməllərin baş verdiyi tarixdən 14 il keçdiyinə görə iş üzrə təqsirkar şəxslər barəsində cinayət işinin başlanması mümkün olmadığından ona Şamaxı rayon Məhkəməsinə mülki qaydada iddia ərizəsi ilə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizə üzrə cinayət işi başlanması rədd edilsə də ona məxsus torpaq sahəsinin qanunsuz yollarla özgəninkiləşdirilməsinə dair sənədlərin saxtalaşdırılması faktı aşkar olunmuşdur. O, X4, X10 verilmiş etibarnaməni və bu əsasda X8 tərəfindən aparılmış ona məxsus 0,12 ha (12 sot) torpağın üzərində AN-1 № ******* saylı, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin və sonda Cavabdeh satılmış torpağının AN-1 № ******* saylı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında ona verilmiş Çıxarışın ləğv edilərək həmin torpaq üzərində qanuni mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(074)-718/2022 qətnaməsi ilə iddianı təmin etmiş və iddiaçının adından cavabdehləı X4 və X9 adına verilmiş, ona məxsus 0.12 ha (12 sot) torpaq üzərində onun səlahiyyətli nümayəndəsi X6 ilə X8 arasında Şamaxı rayonu Nağaraxana kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli AN-1 № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X8 ilə Cavabdeh arasında Şamaxı rayon Nağaraxana kənd ərazisində yerləşən 0.12 ha (12 sot) torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli AN-1 № ******* saylı Daşınmaz Əmlakın alqı-satqısı etibarsız hesab edilmişdir. Həmçinin həmin qətnamə ilə hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən seriya MH № ******* saylı Çıxarış və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən seriya MA № ******* saylı Çıxarış ləğv edilərək Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 ha (12 sot) torpaq sahəsi üzərində onun qanuni mülkiyyət hüquqları bərpa edilmişdir. Şamaxı rayon Məhkəməsinin qeyd edilən qətnaməsinə əsasən onun mülkiyyət hüququ bərpa edilməklə Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0.12 ha (12 sot) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi olan Çıxarış verilmişdir. Çıxarışı aldıqdan sonra ona məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən özbaşına və qanunsuz yaşayış evi tikilmişdir. Cavabdeh ilə dəfələrlə həmin qanunsuz və özbaşına tikilmiş yaşayış evinin sökülməsinə dair söhbətləri olsa da o evi sökməmiş və onun xəbərdarlıqlarına məhəl qoymamışdır. Hətta ona məxsus 0.12 ha (12 sot) torpaq sahəsi üzərində özbaşına və qanunsuz yaşayış evi tikdiyinə görə o insanlıq göstərərək ona məxsus torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun razılaşmağı təklif edib. Cavabdeh razılığa gələcəyini vəd etmiş olsa da verdiyi vədə əməl etməmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb ona məxsus Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 ha (12 sot) torpaq sahəsində Cavabdeh tərəlindən özbaşına və qanunsuz tikilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt etdiyi torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus 12 sot torpaq sahəsində mövcud olan bütün tikililər cavabdeh tərəfindən tikilmişdir. Əvvəllər bundan xəbəri olmamış, bu hal ona çıxarış alarkən məlum olmuşdur. ki, Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 718/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı adından cavabdehlər X4 və X11 adına verilmiş, iddiaçıya məxsus 0,12 hektar torpaq üzərində İddiaçı səlahiyyətli nümayəndəsi X6 ilə X8 arasında Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 24 sentyabr 2008-ci il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X8 ilə Cavabdeh arasında Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 23 noyabr 2011-ci il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* saylı çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* saylı çıxarış ləğv edilərək Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı qanuni mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Şamaxı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmış və bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-702A KOD 41011018 saylı şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaq sahəsini hər hansı şəxsin etibarnaməli idarəçiliyinə verilməsi üçün iradə ifadə etmədiyi halda, bu torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 17 avqust 2009-cu ilədək X10 etibar etməsinə dair onun adından saxta yolla Qobustan rayon DNK-da verildiyi qeyd edilmiş xx.xx.2008-ci il tarixli ƏN-İ № 117244 saylı etibarnamə hazırlanmış və X13 həmin etibarnamə əsasında hərəkət edərək, xx.xx.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalayaraq torpaq sahəsini X1. Sonuncu Zərdab rayon DNK-da verdiyi xx.xx.2011ci il tarixli ƏN-İ № 149825 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsini xx.xx.2029-cu ilədək X2 etibarnaməli idarəçiliyinə vermiş, sonuncu həmin etibarnamə əsasında hərəkət edərək, xx.xx.2011-ci il tarixdə imzaladığı AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsini Cavabdeh satmışdır. 26 noyabr 2011-ci il tarixdə mübahisəli torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh mülkiyyətinə qeydə alınmış və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarış verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2- ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən, 0,12 hektar (12 sot) torpaq sahəsində Cavabdeh tərəfindən iddiaçının razılığı olmadan tikinti işləri aparılmışdır. Həmin tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə həmin tikili iddiaçının qanuni sahiblik və istifadəsinə maneçilik yaratdığından iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh tərəfindən Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan 0,12 hektar (12 sot) torpaq sahəsində özbaşına və qanunsuz tikilmiş yaşayış evi Cavabdeh hesabına sökülməli və o, İddiaçı mülkiyyətində olan 0,12 hektar (12 sot) torpaq sahəsidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,12 hektar (12 sot) torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına və qanunsuz tikilmiş yaşayış evi Cavabdeh hesabına sökülsün və o, İddiaçı mülkiyyətində olan 0,12 hektar (12 sot) torpaq sahəsidən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-122/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-122/2024
13.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver