Məhkəmə qərarları › İş №e-2(074)-1340/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1340/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1340/2024 18.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK590/2003 nömrəli, 02 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 83 manat dəbbə pulu və ECK5837569 nömrəli 16 dekabr 2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas, 25 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 497 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 sentyabr 2020-ci il və 16 dekabr 2020-ci il tarixlərində Cavabdeh ilə ECK5902003 nömrəli və ECK5837569 nömrəli hissə hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5902003 nömrəli müqavilə üzrə 625 manat dəyəri 1 ədəd "Lg" markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. EC ******* nömrəli müqavilə üzrə 674 manat dəyəri 1 ədəd “Samsung Galaxy A01 markalı telefon və 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür.Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı ECK5902003 nömrəli müqavilə üzrə 25 manat ilkin ödəniş olmaqla, qalan 600 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 25 manat olmaqla hər ayın 1-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5837569 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 624 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 52 manat olmaqlaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Miüqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq mızda həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan sçublikasmm qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Ailə tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5902003 nömrəli müqavilə üzrə 275 manat əsas. 83 manat dəbbə pulu olmaqla. 358 manat və ECK5837569 nömrəli müqavilə üzrə 84 manat əsas, 25 manat dəbbə pulu olmaqla, 109 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK59020Ö3 nömrəli, 02 sentyabr 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci İl tarixdə 25 manat ödəniş və ECK5837569 nömrəli. 16 dekabr 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-ci il tarixdə 1 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 02 sentyabr 2020-ci il və 16 dekabr 2020-ci il tarixlərində Cavabdeh ilə ECK5902003 nömrəli və ECK5837569 nömrəli hissə hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır İş materiallarından görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5902003 nömrəli müqavilə üzrə 625 manat dəyəri 1 ədəd "Lg" markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. EC ******* nömrəli müqavilə üzrə 674 manat dəyəri 1 ədəd “Samsung Galaxy A01 markalı telefon və 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh ECK590/2003 nömrəli, 02 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 83 manat dəbbə pulu və ECK5837569 nömrəli 16 dekabr 2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas, 25 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 497 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın ECK590/2003 nömrəli, 02 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 83 manat dəbbə pulunun tutulması hissəsinə və eyni zamanda, ECK5837569 nömrəli 16 dekabr 2020-ci il tarixli müqavilə üzrə 25 manat dəbbə pulu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğlər öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən müqavilə üzrə müvafiq olaraq 20 manat və 5 manat cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ECK590/2003 nömrəli, 02 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 20 manat dəbbə pulu və ECK5837569 nömrəli 16 dekabr 2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas, 5 manat dəbbə pulu və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ECK590/2003 nömrəli, 02 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 20 manat dəbbə pulu və ECK5837569 nömrəli 16 dekabr 2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas, 5 manat dəbbə pulu və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar