Məhkəmə qərarları › İş №e-2(074)-1531/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1531/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1531/2024 27.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********91113 REALME C25Y markalı telefon üçün 291.31 manat ödənilməmiş hissə, 29.69 manat cərimə olmaqla, cəmi 321 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.11,2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh İmei kod **********91113 REALME C25Y markalı telefon almış və nəticədə 321 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 437.28 manat (yəni 12 ay x 36.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91113 REALME C25Y markalı telefon üçün ümumilikdə 321 manat olmaqla, ondan 291.31 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 29.69 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 145.97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh qüsurlu mobil telefon verilib və həmin mobil telefon 3 ay sonra iddiaçıya qaytarılmışdır. Həmçinin, 4 ayın krediti vaxtlı-vaxtında ödənilmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehin müqavilə üzrə heç bir borcu qalmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iddia tələbini müdafiə etdiklərini göstərərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş etirazla bağlı ərizəsində göstərmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, REALME C25Y 4/128 GB Metal Grey markalı telefonu cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mobil telefon rəsmi servis mərkəzi "xxxx" MMC-də diaqnostika olunub, cihazda istifadə nəticəsində yaranmış ehtiyat hissəsinin nasazlığı aradan qaldırılmış və hazırda parametrlərinə uyğun işləyir. Bununla bağlı, cavabdehə məlumat verilmiş və məhsulun götürülməsi təklif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh İmei kod **********91113 REALME C25Y markalı telefon almışdır. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almış və bunu imzası ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilənin 3.9-cu bəndinə görə, əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. İş materiallarından görünür ki, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 437.28 manat (yəni 12 ay x 36.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91113 REALME C25Y markalı telefon üçün ümumilikdə 321 manat olmaqla, ondan 291.31 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 29.69 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 145.97 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh müqavilə üzrə mövcud borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında malın dəyərini hissə-hissə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malın nisyə almasına dair hüququndan istifadə etmiş, malın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********91113 REALME C25Y markalı telefon üçün 291.31 manat ödənilməmiş hissə, 29.69 manat cərimə olmaqla, cəmi 321 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********91113 REALME C25Y markalı telefon üçün 291.31 manat ödənilməmiş hissə, 29.69 manat cərimə olmaqla, cəmi 321 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar