Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1551/2025 24.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, “**-YG-***” dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdehdən 18 yanvar 2024-cü il tarixli, AZL-1625 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 27 avqust 2025-ci il tarixə 1312,40 manat gecikdirilmiş əsas, 1181,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 248,21 manat dəbbə pulu, ümumilikdə 2741,91 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli, AZL-1625 saylı Daxılı lizinq müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, “**-YG-***” dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxılı lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. 07 may 2024-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında AZL- 1625 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 yanvar 2024-cü il tarixli AZL-1625 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh AZL-1625 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 27 avqust 2025-ci il tarixə ümumilikdə 2741.91 manat borcu yaranmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə cavabdeh X2 arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli, “AZL-1625” saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, “**-YG-***” dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №1) əsasən, lizinq alan illik 19 % hesablanmaqla, 60 aylıq müddətə, hər ay 543,51 manat olmaqla, ümumilikdə isə 36110 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, “AZL-1625” saylı görünür ki, X2, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən, “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X2 və Cavabdeh, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, “**-YG-***” dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparıblar. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 27 avqust 2025-ci il tarixə 1312,40 manat gecikdirilmiş əsas, 1181,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 248,21 manat dəbbə pulu olmaqla, cəmi 2741,91 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1312,40 manat gecikdirilmiş əsas, 1181,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 248,21 manat dəbbə pulu, ümumilikdə 2741,91 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ilə İddiaçı arasında başlanmış 07 may 2024-cü il tarixli müqavilənin şərtlərində göstərilir ki, lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə, lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh lizinq müqaviləsi əsasında İddiaçı MMC-dən avtomobil əldə etmiş, lakin müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etməyərək, lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, cavabdehin 27 avqust 2025-ci il tarixə 1312,40 manat gecikdirilmiş əsas, 1181,30 manat gecikdirilmiş mükafat pulu və həmin günə hesablanmış 248,21 manat dəbbə pulu, ümumilikdə 2741,91 manat olmaqla borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 248,21 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ lizinq öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 248,21 manat cərimə borcu əvəzinə, 50 manat məbləğində cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan qanunvericilik normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, “**-YG-***” dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh 18 yanvar 2024cü il tarixli, “AZL-1625” saylı Daxili lizinq müqaviləsinə əsasən, 1312,40 manat gecikdirilmiş əsas, 1181,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, ümumilikdə 2543,70 manat və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, “**- YG-***” dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 18 yanvar 2024-cü il tarixli, “AZL-1625” saylı Daxili lizinq müqaviləsinə əsasən, 1312,40 manat gecikdirilmiş əsas, 1181,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 2543,70 manat pul və dövlət rüsumu kimi ödənilmiş 100 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-1551/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1551/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver