Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1608/2025 16.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İş № e-2(074)-1608/2025 QƏRARDAD 16 sentyabr 2025-ci il Şamaxı şəhəri Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC iddia ərizəsində iddia tələbinin əsas kimi xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə istinad etsə də, həmin müqavilələri (sənədləri) iddia ərizəsinə əlavə etməmişdir və əlavə edə bilməməsinin səbəblərini iddia ərizəsində göstərməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş tələblərə uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (********** nömrəli mədaxil qəbzi, çek nömrəsi ********) 64 (altmış dörd) manat 03 (üç) qəpik dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (********** nömrəli mədaxil qəbzi, çek nömrəsi ********) 64 (altmış dörd) manat 03 (üç) qəpik dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(074)-1608/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1608/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver