Məhkəmə qərarları › İş №e-2(074)-1671/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1671/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1671/2024 21.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********59981 “Samsung Galaxy A24” markalı telefon üçün, 452,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə, “Oppo A57S” markalı telefon və Fashıon Case OPPO üçün, 258,47 manat ödənilməmiş hissə, 25,53 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********97761 “Samsung Galaxy A24” markalı telefon və Samsung 15W Charger Type-C üçün 73,9 manat ödənilməmiş hissə, 7,1 manat cərimə borcu olmaqla, ümumilikdə 863 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********59981 “Samsung Galaxy A24” markalı telefon, İmei kodu **********98111 “OPPO A57S” markalı telefon, Fashıon Case OPPO, İmei kodu **********97761 “Samsung Galaxy A24” markalı telefon və Samsung 15W Charger Type-C almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 625,84 manat (yəni 12 ay X 48,12 manat + 48,4 manat ilkin ödəniş) İmei kodu **********59981 “Samsung Galaxy A24” markalı telefon üçün ümumilikdə, 498 manat olmaqla ondan, 452,44 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45,56 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 739,94 manat (yəni 12 ay X 52,27 manat + 122,7 manat ilkin ödəniş) İmei kodu **********98111 “OPPO A57S” markalı telefon və Fashıon Case OPPO üçün ümumilikdə, 284 manat olmaqla ondan, 258,47 manat ödənilməmiş hissə, 25,53 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 244,8 manat (yəni 12 ay X 15,4 manat + 60 manat ilkin ödəniş) İmei kodu **********97761 “Samsung Galaxy A24” markalı telefon və Samsung 15W Charger Type-C üçün ümumilikdə, 81 manat olmaqla ondan, 73,9 manat ödənilməmiş hissə, 7,1 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X5 3-ildən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 125 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 48,4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 125 manat, ümumilikdə, 825,77 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Daha sonra iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 02706624 saylı müqaviləyə əsasən, 452,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 03994035 saylı müqaviləyə əsasən 258,47 manat ödənilməmiş hissə, 25,53 manat cərimə və xx.xx.2023-cü il tarixli, 19171203 saylı müqaviləyə əsasən, 73,9 manat ödənilməmiş hissə, 7,1 manat cərimə borcu olmaqla, ümumilikdə 863 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02706624 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********59981 “Samsung Galaxy A24” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03994035 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********98111 “OPPO A57S” markalı telefon və Fashıon Case OPPO almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19171203 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********97761 “Samsung Galaxy A24” markalı telefon və Samsung 15W Charger Type-C almışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, 02706624 saylı müqaviləsinə əsasən, olan İmei kodu **********59981 “Samsung Galaxy A24” markalı telefon üçün 452,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli 03994035 saylı müqaviləsinə əsasən, İmei kodu **********98111 “OPPO A57S” markalı telefon və Fashıon Case OPPO üçün 258,47 manat ödənilməmiş hissə, 25,53 manat cərimə, xx.xx.2023-cü il tarixli, 19171203 saylı müqaviləsinə əsasən, İmei kodu **********97761 “Samsung Galaxy A24” markalı telefon və Samsung 15W Charger Type-C üçün 73,9 manat ödənilməmiş hissə, 7,1 manat cərimə borcu olmaqla, cəmi 863 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən X2 xx.xx.2024-cü il tarixli, 02706624 saylı müqavilə üzrə, xx.xx.2023-cü il tarixli 03994035 saylı müqavilə üzrə və xx.xx.2023-cü il tarixli, 19171203 saylı müqavilə üzrə bildirişdə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildirişi olan zərfin cavabdehə çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 02706624 saylı müqaviləyə əsasən, 452,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 03994035 saylı müqaviləyə əsasən 258,47 manat ödənilməmiş hissə, 25,53 manat cərimə və xx.xx.2023-cü il tarixli, 19171203 saylı müqaviləyə əsasən, 73,9 manat ödənilməmiş hissə, 7,1 manat cərimə borcu olmaqla, ümumilikdə 863 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02706624 saylı müqaviləyə əsasən, 452,44 manat əsas, 45,56 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 03994035 saylı müqaviləyə əsasən 258,47 manat əsas, 25,53 manat cərimə və xx.xx.2023-cü il tarixli, 19171203 saylı müqaviləyə əsasən, 73,9 manat əsas, 7,1 manat cərimə borcu olmaqla, ümumilikdə 863 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat pul tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar