Məhkəmə qərarları › İş №e-2(074)-168/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-168/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-168/2023 02.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sofia Tekstil 2 ədəd üçün 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Pufik Yumsaq üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Led tv üçün 126 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd üçün 1965,8 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, ümumilikdə 2751 manat borcun, 47,51 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X3 alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Sofia Tekstil 2 ədəd, Pufik Yumsaq, LG Led tv, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd almış və nəticədə 2751 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 491,4 manat (18 ay x 27,3 manat + 0 manat ilkin ödəniş) olan, Sofia Tekstil 2 ədəd üçün ümumilikdə 413 manat olmaqla ondan, 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 69,6 manat (24 ay+2,9 manat+ 0 manat ilkin ödəniş) olan Pufik Yumsaq üçün ümumilikdə 38 manat olmaqla, ondan 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 909,2 manat (18 ay x 47,4 manat + 56 manat ilkin ödəniş) olan, LG Led tv üçün ümumilikdə 138 manat olmaqla, ondan 126 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3304,8 manat (24 ay x 137,7 manat + 0 manat ilkin ödəniş) olan, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd üçün ümumilikdə 2162 manat olmaqla, ondan 1965,8 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 2272,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2012-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sofia Tekstil 2 ədəd üçün 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Pufik yumsaq üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müaviləsinə əsasən, LG Led tv üçün 126 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd üçün 1965,8 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, ümumilikdə 2751 manat borcun, 47,51 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X3 alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdeh X4 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt göndərişinin izlənməsi barədə arayışdan görünür ki, cavabdeh X4 ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2022-ci il tarixdə onun tərəfindən alınmışdır. Həmin gündən 10 (on) iş günü müddətində cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə, cavabdeh X4 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan cavabdeh X5 ilə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 22422476 saylı müqaviləyə əsasən, Sofia Tekstil 2 ədəd satın alınmışdır. İş materiallarında olan cavabdeh X5 ilə "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli 22066733 saylı müqaviləyə əsasən, Pufik yumsaq satın alınmışdır. İş materiallarında olan cavabdeh X5 ilə "xxxx" MMC ilə xx.xx.2020-ci tarixli 20224428 saylı müqaviləyə əsasən, LG Led tv satın alınmışdır. İş materiallarında olan cavabdeh X5 ilə "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli 21157000 saylı müqaviləyə əsasən, Lux 5 ayaqqabı rəfi və Maserati mebel 2 ədəd satın alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sofia Tekstil 2 ədəd üçün 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Pufik yumsaq üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Led tv üçün 126 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd üçün 1965,8 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, ümumilikdə 2751 manat borc yaranmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh X5 ilə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sofia Tekstil 2 ədəd üçün 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Pufik yumsaq üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Led tv üçün 126 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd üçün 1965,8 manat ödənilməmiş hissə, 196,2 manat cərimə, ümumilikdə 2751 manat borc yaranmışdır. Məhkəmə iddianın xx.xx.2021-ci il tarixli müqavilə üzrə Sofia Tekstil 2 ədəd üçün hesablanmış 37 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 37 manat cərimə borcu yox, 10 manat, xx.xx.2020-ci tarixli müqavilə üzrə LG Led tv üçün hesalanmış 196,2 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 196,2 manat cərimə borcu yox, 10 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə, Lux 5 ayaqqabı rəfi və Maserati mebel 2 ədəd üçün hesalanmış 196,2 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 196,2 manat cərimə borcu yox, 100 manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sofia Tekstil 2 ədəd üçün 376 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Pufik yumsaq üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müaviləsinə əsasən, LG Led tv üçün 126 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd, üçün 1965,8 manat ödənilməmiş hissə, 100 manat cərimə olmaqla, ümumilikdə 2625,8 manat borc və 47,51 manat ödənilmiş dövlət rüsumu cavabdeh X3 alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh X3 xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sofia Tekstil 2 ədəd üçün 376 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Pufik yumsaq üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müaviləsinə əsasən, LG Led tv üçün 126 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lux 5 ayaqqabı rəfi, Maserati mebel 2 ədəd üçün 1965,8 manat ödənilməmiş hissə, 100 manat cərimə olmaqla, ümumilikdə 2625,8 (iki min altı yüz iyirmi beş manat səksən qəpik) manat borc və 47,51 (qırx yeddi manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar