Məhkəmə qərarları › İş №e-2(074)-1684/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1684/2025

30.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1684/2025 30.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal xərclərə görə borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kommunal xərclərinə görə sentyabr 2025-cü il tarixə 245,42 (iki yüz qırx beç manat qırx iki qəpik) manat xidmət haqqı borcunun, 30 manat məbləğində dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanan 20 avqust 2024-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Heydər Əliyev 129 ünvanında yerləşən A blok, 30 nömrəli mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürüb. Ümumi yığıncağın 01 Mart 2023-cü il tarixli qərarına əsasən, 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpikdən, 01 Dekabr 2024-cü il tarixli qərara əsasən, 0,50 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0,40 qəpik hesablamaqla hər ay 49.15 kv.m sahə üçün, komunal xidmətlərə görə 19 manat 66 qəpik haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsi verildiyi andan cavabdehin kommunal xidmətlərə görə haqq ödəməsi vəzifəsi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2025-ci ilin sentyabr ayı da daxil olmaqla kommunal borcu 245,42 ( iki yüz qırx beş manat qırx iki qəpik) manat təşkil edir. Bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 20 avqust 2024-cü il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 94 saylı arayışın surətindən görünür ki, "xxxx" MMC ilə bağlanmış 20 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Heydər Əliyev 129 ünvanında yerləşən A blok, 30 nömrəli mənzilə dair kommunal xidmətlərə görə borcu xx.xx.2025-ci il tarixinə 245 manat 42 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh kommunal borcunu 7 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. Həmin Məcəllənin 136.3-cü maddəsinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Tərəflər arasında imzalanmış 20 avqust 2024-cü il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilənin 5-ci bəndinə əsasən, iqtisadi inkişaf və xidmət əməkdaşlarının əmək haqqının artması ilə əlaqədar olaraq kommunal xidmət haqqının məbləğinin dəyişdirilməsinə “İdarəedici təşkilat”ın təşəbbüsü ilə baxıla bilər. İş materiallarında xx.xx.2023-cü il tarixli qərarın surətində görünür ki, kommunal xidmətlərin ödəniş məbləği yaşayış sahəsinin hər kv.metri üçün 40 qəpik müəyyən edilmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli qərarın surətində görünür ki, kommunal xidmətlərin ödəniş məbləği yaşayış sahəsinin hər kv.metri üçün 50 qəpik müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq xidmət müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə kommunal xidmətləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, kommunal ödənişlərini etməmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 20 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 245 manat 42 qəpik pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 20 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 245 manat 42 qəpik və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar