Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1723/2024 03.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon üçün, 1199.82 manat ödənilməmiş hissə, 119.18 manat cərimə xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon üçün 642.8 manat ödənilməmiş hissə, 64.2 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DEFUNC TRUE qulaqlıq üçün 142.02 manat ödənilməmiş hissə, 14.98 manat cərimə olmaqla, ümumilikdə 2183 manat borcun və 41.83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon, MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon, DEFUNC TRUE qulaqlıq almış və nəticədə 2183 (iki min yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1349.82 (min üç yüz qırx doqquz manat səksən ikki qəpik) manat (18 ay x 74.99 manat + 0 manat ilkin ödəniş) olan MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon üçün ümumilikdə, 1319 (min üç yüz on doqquz) manat olmaqla ondan, 1199.82 (min yüz doxsan doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 119.18 (yüz on doqquz manat on səkkzi qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 829.8 (səkkiz yüz iyirmi doqquz manat səksən qəpik) manat (18 ay x 46.1 manat + 0 manat ilkin ödəniş) olan MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon üçün cəmi, 707 (yeddi yüz yeddi) manat olmaqla ondan, 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.2 (altmış dörd manat iyirmi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 160.02 (yüz altmış manat iki qəpik) manat (18 ay x 8.89 manat + 0 manat ilkin ödəniş) olan DEFUNC TRUE qulaqlıq üçün cəmi 157 (yüz əlli yeddi) manat olmaqla ondan, 142.02 (yüz qırx iki amnat iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.98 manat cərimə miqdarında borc yaranmışdır. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialalrını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon, MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon, DEFUNC TRUE qulaqlıq almışdır. İş materiallarından görünür ki, cavabdehin ABC Telecom MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon üçün, 1199.82 (min yüz doxsan doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 119.18 (yüz on doqquz manat on səkkzi qəpik) manat cərimə xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon üçün 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 64.2 (altmış dörd manat iyirmi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DEFUNC TRUE qulaqlıq üçün 142.02 (yüz qırx iki amnat iki qəpik) manat ödənilməmiş hissə, 14.98 (on dörd manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 2183 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 22 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon üçün, 1199.82 (min yüz doxsan doqquz manat səksən iki qəpik) manat əsas borc, 119.18 (yüz on doqquz manat on səkkzi qəpik) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon üçün 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat əsas borc, 64.2 (altmış dörd manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DEFUNC TRUE qulaqlıq üçün 142.02 (yüz qırx iki amnat iki qəpik) manat ödənilməmiş hissə, 14.98 (on dörd manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 2183 manat borc və ödənilmiş 41.83 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********87294 OPPO RENO 10 markalı telefon üçün, 1199.82 (min yüz doxsan doqquz manat səksən iki qəpik) manat əsas borc, 119.18 (yüz on doqquz manat on səkkzi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MYCHOİCE CASE, İmei kod **********28712 OPPO A58 markalı telefon üçün 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat əsas borc, 64.2 (altmış dörd manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DEFUNC TRUE qulaqlıq üçün 142.02 (yüz qırx iki amnat iki qəpik) manat ödənilməmiş hissə, 14.98 (on dörd manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 2183 manat borc və ödənilmiş 41.83 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1723/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1723/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver