Məhkəmə qərarları › İş №e-2(074)-1803/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1803/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1803/2024 20.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS 5i qulaqlıq, SAMSUNG COMPACT CHARGER, İmei kod **********75543 SAMSUNG GALAXY S23 markalı telefon üçün 2536.56 manat ödənilməmiş hissə, 253.44 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA LED TV üçün 500 manat ödənilməmiş hissə, 50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, qazan dəsti SHOSMAN QRANİT 20 PARCA SİYAH QRANİT üçün 54.99 manat ödənilməmiş hissə, 5.01 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SERVİS - BH keramikadan boşqab desti 84 parça üçün 47 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MİNİ SOBA HOFFMANN üçün 30.79 manat ödənilməmiş hissə, 3.21 manat cərimə olmaqla, cəmi 3485 manat borcun və ödənilmiş 54.85 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, HUAWEİ FREEBUDS 5i qulaqlıq, SAMSUNG COMPACT CHARGER, İmei kod **********75543 SAMSUNG GALAXY S23 markalı telefon, TOSHİBA LED TV, qazan dəsti SHOSMAN QRANİT 20 PARCA SİYAH QRANİT, SERVİS - BH keramikadan boşqab desti 84 parça, MİNİ SOBA HOFFMAN almış və nəticədə 3485 (üç min dörd yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2611.56 (iki min altı yüz on bir manat əlli altı qəpik) manat (18 ay x 140.92 manat + 75 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS 5i qulaqlıq, SAMSUNG COMPACT CHARGER, İmei kod **********75543 SAMSUNG GALAXY S23 markalı teleüfçoünn ümumilikdə, 2790 (iki min yeddi yüz doxsan) manat olmaqla ondan, 2536.56 (iki min beş yüz otuz altı manat əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 253.44 (iki yüz əlli üç amnat qırx dörd qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 (doqqzu yüz) manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA LED TV üçün ümumilikdə, 550 (beş yüz əlli) manat olmaqla, ondan 500 (beş yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 329.94 (üç yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 18.33 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ SHOSMAN QRANİT 20 PARCA SİYAH QRANİT üçün ümumilikdə 60 (altmış) manat olmaqla, ondan 54.99 (əlli dörd manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 5.01 (beş manat bir qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 423 (dörd yüz iyirmi üç) manat (18 ay x 23.5 manat + 0 manat ilkin ödəniş) olan SERVİS - BH keramikadan boşqab desti 84 parça üçün ümumilikdə 51 (əlli bir) manat olmaqla, ondan 47 (qırx yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 4 (dörd) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 136.49 (yüz otuz altı manat qırx doqquz qəpik) manat (3 ay x 43.33 manat + 6.5manat ilkin ödəniş) olan MİNİ SOBAHOFFMANN üçün ümumilikdə, 34 (otuz dörd) manat olmaqla ondan, 30.79 (otuz mnat yetmiş doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.21 (üç manat iyirmi bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1231.65 manat təşkil edir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materialalrını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh X2 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, cavabdeh HUAWEİ FREEBUDS 5i qulaqlıq, SAMSUNG COMPACT CHARGER, İmei kod **********75543 SAMSUNG GALAXY S23 markalı telefon, TOSHİBA LED TV, qazan dəsti SHOSMAN QRANİT 20 PARCA SİYAH QRANİT, SERVİS - BH - keramikadan boşqab desti 84 parça, MİNİ SOBA HOFFMAN almışdır. İş materiallarından görünür ki, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2611.56 manat (18 ay x 140.92 manat + 75 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS 5i qulaqlıq, SAMSUNG COMPACT CHARGER, İmei kod **********75543 SAMSUNG GALAXY S23 markalı telefon üçün üçün ümumilikdə 2790 manat olmaqla, ondan 2536.56 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 253.44 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA LED TV üçün ümumilikdə 550 manat olmaqla, ondan 500 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 329.94 manat (18 ay x 18.33 manat + 0 manat ilkin ödəniş) olan qazan dəsti SHOSMAN QRANİT 20 PARCA SİYAH QRANİT üçün ümumilikdə 60 manat olmaqla, ondan 54.99 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.01 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 423 manat (18 ay x 23.5 manat + 0 manat ilkin ödəniş) olan SERVİS - BH - keramikadan boşqab desti 84 parça üçün ümumilikdə 51 manat olmaqla, ondan 47 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 136.49 manat (3 ay x 43.33 manat + 6.5manat ilkin ödəniş) olan MİNİ SOBA HOFFMANN üçün ümumilikdə 34 manat olmaqla, ondan 30.79 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 3.21 manat cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1231.65 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh mövcud borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2536.56 (iki min beş yüz otuz altı manat əlli altı qəpik) manat əsas borc, 253.44 (iki yüz əlli üç manat qırx dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 500 (beş yüz) manat əsas borc, 50 (əlli) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 54.99 (əlli dörd manat doxsan doqquz qəpik) manat əsas borc, 5.01 (beş manat bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 47 (qırx yeddi) manat əsas borc, 4 (dörd) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, 30.79 (otuz manat yetmiş doqquz qəpik) manat əsas borc, 3.21 (üç manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 3485 manat borc və ödənilmiş 54.85 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2536.56 (iki min beş yüz otuz altı manat əlli altı qəpik) manat əsas borc, 253.44 (iki yüz əlli üç manat qırx dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 500 (beş yüz) manat əsas borc, 50 (əlli) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 54.99 (əlli dörd manat doxsan doqquz qəpik) manat əsas borc, 5.01 (beş manat bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 47 (qırx yeddi) manat əsas borc, 4 (dörd) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, 30.79 (otuz manat yetmiş doqquz qəpik) manat əsas borc, 3.21 (üç manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 3485 manat borc və ödənilmiş 54.85 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar