Məhkəmə qərarları › İş №e-2(074)-1804/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1804/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1804/2024 19.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi ilə bağlı mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********91753 “OPPO A38” markalı telefon və Vinil Mat üçün 144,96 manat ödənilməmiş hissə, 14,04 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********97104 “Samsung Galaxy A14” markalı telefon üçün 90,85 manat ödənilməmiş hissə, 9, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 259 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə dair mülki iş üzrə Cavabdeh öldüyündən mülki işin icraatına xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarından isə görünür ki, İddiaçı Məhdud Məsulyyətli Cəmiyyəti hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinin məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh, ölmüş olduğundan, bununla da Cavabdeh, iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə icraata xitam verildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsulyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 30 manat rüsum İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinə (VÖEN **********) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə dair mülki iş üzrə Cavabdeh öldüyündən mülki işin icraatına xitam verilsin. İddiaçı Məhdud Məsulyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 30 manat rüsum İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinə (VÖEN **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar