Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1969/2024 20.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə ərizənin baxılmamış saxlanılmaqla, geri qaytarılması barədə iddiaçı tərəfindən verilmiş vəsatətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1995ci il təvəllüdlü Cavabdeh 26 iyul 2020-ci il tarixli, SXK5709879 saylı borc müqaviləsinə əsasən, 333 (üç yüz otuz üç) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 363 (üç yüz altmış üç) manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, Cavabdeh tərəfindən borcun tam olaraq ödənildiyi əsas gətirilərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə müraciət etdiyindən və cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2024-cü il tarixdə ödənilmiş 30 (otuz) manat məbləğində vəsait (qəbz nömrə **********) İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1969/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1969/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver