Məhkəmə qərarları › İş №e-2(074)-2003/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-2003/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-2003/2025 16.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 2 il xidməti üçün 1936.14 (bir min doqquz yüz otuz altı manat 14 qəpik) manat əsas, 193.61 (bir yüz doxsan üç manat 61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidməti üçün 1663.22 (bir min altı yüz altmış üç manat 22 qəpik) manat əsas, 166.32 (bir yüz altmış altı manat 32 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE üçün 448.75 (dörd yüz qırx səkkiz manat 75 qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 44.88 (qırx dörd manat 88 qəpik) manat cərimə olmaqla, ümumilikdə 4476.52 manat borcun və 64.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh LG TV, zəmanət + 2 il xidməti, soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidməti, İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE almış və nəticədə 4476.52 (dörd min dörd yüz yetmiş altı manat 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2506.14 (iki min beş yüz altı manat, 14 qəpik) manat (18 ay x 124.23 manat + 270 manat ilkin ödəniş) olan LG TV, zəmanət + 2 il xidməti üçün ümumilikdə 2129.75 (iki min yüz iyirmi doqquz manat, 75 qəpik ) manat olmaqla, ondan 1936.14 (bir min doqquz yüz otuz altı manat, 14 qəpik) manat əsas borc, müştəriyə güzəşt olunaraq 193.61 (yüz doxsan üç manat, 61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2000.34 (iki min manat, 34 qəpik) manat (18 ay x 111.13 manat + 0 manat ilkin ödəniş) olan soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidmət üçün ümumilikdə 1829.54 (bir min səkkiz yüz iyirmi doqquz manat, 54 qəpik) manat olmaqla, ondan 1663.22 (bir min altı yüz altmış üç manat, 22 qəpik) manat əsas borc, müştəriyə güzəşt olunaraq, 166.32 (bir yüz altmış altı manat, 32 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 705 (yeddi yüz beş manat) manat (18 ay x 37.5 manat + 30 manat ilkin ödəniş) olan İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE üçün ümumilikdə 517.23 (beş yüz on yeddi manat, 23 qəpik) manat olmaqla, ondan 448.75 (dörd yüz qırx səkkiz manat, 75 qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq, 44.88 (qırx dörd manat, 88 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1163.37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh LG TV, zəmanət + 2 il xidməti, soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidməti, İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE almış və nəticədə 4476.52 (dörd min dörd yüz yetmiş altı manat, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2506.14 (iki min beş yüz altı manat, 14 qəpik) manat (18 ay x 124.23 manat + 270 manat ilkin ödəniş) olan LG TV, zəmanət + 2 il xidməti üçün ümumilikdə 2129.75 (iki min yüz iyirmi doqquz manat, 75 qəpik ) manat olmaqla, ondan 1936.14 (bir min doqquz yüz otuz altı manat, 14 qəpik) manat əsas borc, müştəriyə güzəşt olunaraq 193.61 (bir yüz doxsan üç manat, 61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2000.34 (iki min manat, 34 qəpik) manat (18 ay x 111.13 manat + 0 manat ilkin ödəniş) olan soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidməti üçün ümumilikdə 1829.54 (bir min səkkiz yüz iyirmi doqquz manat, 54 qəpik) manat olmaqla, ondan 1663.22 (bir min altı yüz altmış üç manat, 22 qəpik) manat əsas borc, müştəriyə güzəşt olunaraq, 166.32 (bir yüz altmış altı manat, 32 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 705 (yeddi yüz beş manat) manat (18 ay x 37.5 manat + 30 manat ilkin ödəniş) olan İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE üçün ümumilikdə 517.23 (beş yüz on yeddi manat, 23 qəpik) manat olmaqla, ondan 448.75 (dörd yüz qırx səkkiz manat, 75 qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq, 44.88 (qırx dörd manat, 88 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1163.37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarından görünür ki, cavabdehə müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 2 il xidməti üçün 1936.14 (bir min doqquz yüz otuz altı manat 14 qəpik) manat əsas, 193.61 (bir yüz doxsan üç manat 61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidməti üçün 1663.22 (bir min altı yüz altmış üç manat 22 qəpik) manat əsas, 166.32 (bir yüz altmış altı manat 32 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE üçün 448.75 (dörd yüz qırx səkkiz manat 75 qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 44.88 (qırx dörd manat 88 qəpik) manat cərimə olmaqla, ümumilikdə 4476.52 manat borc və 64.77 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 2 il xidməti üçün 1936.14 (bir min doqquz yüz otuz altı manat 14 qəpik) manat əsas, 193.61 (bir yüz doxsan üç manat 61 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, soyuducu TOSHİBA, paltaryuyan HOFFMANN, zəmanət + 3 il xidməti üçün 1663.22 (bir min altı yüz altmış üç manat 22 qəpik) manat əsas, 166.32 (bir yüz altmış altı manat 32 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********85514 SAMSUNG GALAXY A25, SAMSUNG CHARGER, MYCHOİCE CASE üçün 448.75 (dörd yüz qırx səkkiz manat 75 qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 44.88 (qırx dörd manat 88 qəpik) manat cərimə olmaqla, ümumilikdə 4476.52 manat borc və 64.77 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar