Məhkəmə qərarları › İş №e-2(074)-341/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-341/2022

06.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-341/2022 06.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə Şamaxı şəhəri dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 5616 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Şamaxı şəhəri Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evinin tərəfindən faktik qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.2012-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Vəfat etməzdən 10 gün əvvəl yəni xx.xx.2012-ci il tarixdə Şamaxı şəhəri dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 5616 saylı vəsiyyətnaməyə əsasən mülkiyyətində olan Şamaxı şəhəri, Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evini ona və qardaşı Cavabdeh1 vəsiyyət etmişdir. Miras qalmış fərdi yaşayış evi iki mərtəbəli olduğundan fərdi yaşayış evinin 1-ci mərtəbəsində o həyat yoldaşı ilə, 2-ci mərtəbəsində isə qardaşı ailəsi ilə yaşamışdır. Atası vəfat etdikdən sonra yas mərasimləri təşkil edilən dövrlərdə davamlı olaraq Şamaxı şəhəri, Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamış. Yas mərasimləri bitdikdən sonra işi Salyan rayonunda olduğundan fərdi yaşayış evində davamlı yaşamaq imkanı olmamış yalnız iki həftədən bir istirahət günləri Şamaxı şəhərinə gələrək fərdi yaşayış evində qalmışdır. Şamaxıda olmadığı dövrlərdə isə onun yaşadığı 1-ci mərtəbənin girişi ayrı olduğundan evin qapısını bağlayaraq götürmüşdür. Səhətində problemlərin yaranması ilə əlaqədar müalicə almaq üçün Şamaxı şəhərindən Bakı şəhərinə gələrək qeydiyyatda olduğu ünvanda müalicə aldığı müddətdə yaşamış, həmin dövrlərdə də ayda bir-iki dəfə yenidən Şamaxı şəhərinə qayıdaraq fərdi yaşayış evində qalmışdır. Daha sonra səhətində olan problemlər daha da ciddiləşdiyindən müalicəsi davamlı olaraq ölkə xaricində Türkiyə Cumhuriyyətində davam etdirmişdir. Bu səbəbdən də ölkəyə ildə birdəfə yalnız iyul ayında gələrərək iki aya yaxın qaldığı müddət ərzində Şamaxı şəhərindəki evə gələrək qapını açıb evin təmizlik işləri görüb, evi havalandırıb yaşamışdır. xx.xx.2021-ci il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisinə müraciət edərək vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Şamaxı regional “ASAN xidmət” mərkəzi xx.xx.2021-ci il tarixli 1913 saylı məktubla müraciətinin icrasından imtina etmişdir, imtinaya əsas kimi isə Azərbaycan Respublikası MM-nin 1243 və 1246-cı maddələrinə istinad etmişdir. Fərdi yaşayış evi o və qardaşına vəsiyyət edildiyindən istədiyi vaxt müraciət edərək vərəsəlik şəhadətnaməsini ala biləcəyini düşünmüş, hətta o notariusa müraciət edilməsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şamaxı şəhər ərazi idarəsinə müraciət edən zaman bilmişdir. Vəsiyyətnamədə qeyd edilən Şamaxı şəhəri, Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evin iki mərtəbədən ibarətdir 1-ci mərtəbədə o, 2-ci mərtəbədə isə qardaşı yaşamışdır. Vəsiyyətnamədə konkret olaraq göstərilməsədə atası sağlığında həmişə bildirmişdir ki, 1ci mərtəbə Heydərin 2-ci mərtəbə isə Xalıqındır və onlar vəsiyyətnamədə konkret olmasa belə evi öz aralarında da elə bölmüşlər. Onun Şamaxı şəhəri, Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşaması, Şamaxı şəhərində olmadığı vaxtlarda isə fərdi yaşayış evinin 1-ci mərtəbəsinin istifadə edilməməsini, qapının daima bağlı olması şahid ifadələri ilə təsdiq edə bilər. Fərdi yaşayış evi onun ata yurdudur, qeyd edilən evdə o, bacı və qardaşları böyüyüb başa çatmışlar. Bacıları fərdi yaşayış evinin atası tərəfindən o və qardaşına vəsiyyət edilməsinə etiraz etməmələri barədə notariusa ərizələr təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, ev 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə qardaşı, 2-ci mərtəbədə isə o, yaşamışdır. Ataları ölməmişdən əvvəl vəsiyyətnamə qoymuşdur. Eyni zamanda onlar özləri də öz paylarını bilirlər. Atasının vəfatından sonra qardaşı Heydər bir müddət orada yaşamış lakin hazırda orada yaşamaq mümükün deyil. Məhkmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı və cavabdeh onun qohumlarıdır. Həmin ev iki qardaş arasında bölünüb, bunu bütün qohumlar da bilir. İddiaçı daima orada yaşamayıb. Heydər atasının yasında iştirak etdi və ondan sonra bir müddət öz evində yaşadı. Daha sonra isə hərdən bir gəlib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı və cavabdeh onun dayılarıdır. 2012-ci ildə babası Məmmədhüseyn vəfat etmişdir. İddiaçı yasa gələn zaman həmin evdə qalıb. Daha sonra da Şamaxıya gələndə həmin evdən istifadə edib. Xalıq dayısı isə daimi olaraq orada yaşamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsinin **********56-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şamaxı şəhəri, Şərifzadə küçəsi, ev 26 X4 məxsus olmuşdur. İş materiallarında olan AZ-İ № 560911 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012 -ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri, Şərifzadə küçəsi ev 26 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 və İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0692 ha yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir. İş materiallarında olan notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci ildə vəfat etmiş atası X4 məxsus olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı şəhəri, A.M.Şərifzadə küçəsindəki 0.0692 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 194.80 kv metr olan 26 nömrəli fərdi yaşayış evi, X4 məxsus olmuş və onun xx.xx.2012-ci il tarixdə ölümündən sonra oğulları X5 və Cavabdeh1 miras qalmışdır. Lakin onun vərəsələrindən heç kim ondan qalmış miras əmlakı qəbul etməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Ondan miras qalmış Şamaxı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq onun oğulları İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Beləliklədə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şamaxı şəhəri, A.M.Şərifzadə küçəsindəki 0.0692 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 194.80 kv metr olan 26 nömrəli fərdi yaşayış evi İddiaçı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı atası X2 miras qalmış Şamaxı şəhəri, A.M.Şərifzadə küçəsində 26 nömrəli fərdi yaşayış evini faktiki olaraq qəbul etməsi müəyyən edilsin və vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada alındığı gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar