Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-363/2025 07.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 710 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilən 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Azadlıq prospektində iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh tərəfindən idarə edilən "Hyundai Accent minik" markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Mercedes Benz C220" markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Həmçinin, sığortalı nəqliyyat vasitəsi ilə xx.xx.2024-ci il, saat 20:30-da Bakı şəhəri, Sabunçu qəsəbəsində Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış "Vaz 2107 minik" markalı, “**-XO- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdır. Bakı şəhər DYPİnin əməkdaşı tərəfindən tərtib edilmiş TP6335930 nömrəli və TP6340215 nömrəli İnzibati tənbeh vermə haqqında qərarlara əsasən, Cavabdeh Azərbaycan Respublikasımın İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, "Vaz 2107 minik" markalı, “**-XO-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 200 (iki yüz) manat təşkil edir. Həmçinin, tərtib edilmiş digər Qüsur aktında göstərilmişdir ki, "Mercedes Benz C220" markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 510 (beş yüz on) manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022-ci 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydasına əsasən zərərçəkənlərə ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində sığorta ödənişi ödənilmiş, “Xalq Sığorta" ASC-dən isə ümumilikdə iki hadisə üzrə 790,71 (yeddi yüz doxsan manat yetmiş bir qəpik) manat sığorta ödənişi tutulmuşdur. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA ********** nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Accent minik" markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. İş materiallarında olan Sabunçu rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibatı xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatına əsasən hadisə nəticəsində "Mercedes Benz C220" markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərərin hesablanması aktının surətindən görünür ki, "Vaz 2107 minik" markalı, “**-XO-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 510 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 510 manat məbləğ zərərçəkmiş şəxs X1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sığorta ödənişindən görünür ki, 200 manat məbləğ zərərçəkmiş şəxs X2 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildirişi olan zərf Cavabdeh çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, xx.xx.2024-cü il Bakı şəhəri, Azadlıq prospektində Cavabdeh tərəfindən idarə edilən "Hyundai Accent minik" markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Mercedes Benz C220" markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Bakı şəhəri, Sabunçu qəsəbəsində Cavabdeh tərəfindən "Hyundai Accent minik" markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış "Vaz 2107 minik" markalı, “**-XO-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdır. Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP6335930 nömrəli və TP6340215 nömrəli İnzibati tənbeh vermə haqqında qərarlara əsasən, Cavabdeh Azərbaycan Respublikasımın İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. "Vaz 2107 minik" markalı, “**-XO-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 200 (iki yüz) manat təşkil edir. Həmçinin, tərtib edilmiş digər Qüsur aktında göstərilmişdir ki, "Mercedes Benz C220" markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 510,00 (beş yüz on) manat təşkil edir. "xxxx" ASC tərəfindən "Vaz 2107 minik" markalı, “**-XO-***” dövlət qeydiyyat nişanlı və "Mercedes Benz C220" markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyana görə 710 manat zərər məbləği avtomobillərin sahibinə ödənilmişdir. Bununla da iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləği həddində subroqasiya hüququ yaranmışdır. Odur ki, cavabdehdən 710 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 710 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-363/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-363/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver