Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-366/2024 14.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 842.94 (səkkiz yüz qırx iki manat doxsan dörd qəp) manat ödənilməmiş hissə, 84.06 (səksən dörd manat altı qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markali telefon üçün 627.92 (altı yüz iyirmi yeddi manat doxsan iki qəp) manat ödənilməmiş hissə, 62.08 (altmış iki manat səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 1617 manat borcun və 36.17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV, İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 1617 (bir min altı yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2166.84 (iki min yüz altmış altı manat səksən dörd qəp) manat (18 ay x 105.38 manat + 270 manat ilkin ödəniş) LG LED TVü çün ümumilikdə 927 (doqquz yüz iyirmi yeddi) manat olmaqla ondan, 842.94 (səkkiz yüz qırx iki manat doxsan dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 84.06 (səksən dörd manat altı qəp) manat cərimə; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 754.92 (yeddi yüz əlli dörd manat doxsan iki qəp) manat (12 ay x 62.91 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markalı telefon ümumilikdə, 690 (altı yüz doxsan) manat olmaqla ondan, 627.92 (altı yüz iyirmi yeddi manat doxsan iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 62.08 (altmış iki manat səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1450.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh LG LED TV və İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markali telefon almışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 842.94 (səkkiz yüz qırx iki manat doxsan dörd qəp) manat ödənilməmiş hissə, 84.06 (səksən dörd manat altı qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markali telefon üçün 627.92 (altı yüz iyirmi yeddi manat doxsan iki qəp) manat ödənilməmiş hissə, 62.08 (altmış iki manat səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 1617 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh LG LED TV və İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markali telefon almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 842.94 (səkkiz yüz qırx iki manat doxsan dörd qəp) manat ödənilməmiş hissə, 84.06 (səksən dörd manat altı qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markali telefon üçün 627.92 (altı yüz iyirmi yeddi manat doxsan iki qəp) manat ödənilməmiş hissə, 62.08 (altmış iki manat səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 1617 manat borcu yaranmışdır. "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişinin onun ünvanına çatdırılması mümkün olmadığından, geri qaytarılmışdır. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 842.94 (səkkiz yüz qırx iki manat doxsan dörd qəp) manat ödənilməmiş hissəyə görə 84.06 (səksən dörd manat altı qəp) manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********21710 SAMSUNG GALAXY A32 markali telefon üçün 627.92 (altı yüz iyirmi yeddi manat doxsan iki qəp) manat ödənilməmiş hissəyə görə 62.08 (altmış iki manat səkkiz qəp) manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğlər öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən müqavilələr üzrə müvafiq olaraq 30 manat və 20 manat olmaqla, cəmi 50 manat cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 842.94 manat əsas, 30 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 627.92 manat əsas və 20 manat cərimə olmaqla, ümumilikdə 1520,86 (bir min beş yüz iyirmi manat səksən altı qəpik) manat borc və 35,21 (otuz beş manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 842.94 manat əsas, 30 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 627.92 manat əsas və 20 manat cərimə olmaqla, ümumilikdə 1520,86 (bir min beş yüz iyirmi manat səksən altı qəpik) manat borc və 35,21 (otuz beş manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-366/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-366/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver