Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-410/2022 12.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 180 mant sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, 0,40 xidmət haqqı, ümumilikdə 210,40 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsi əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 23 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “Honda İnsight” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri, X8 İdarəsi tərəfindən tərtib edilmiş 23.12.2021-ci il tarixli TP4780311 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri (əks istiqamətli hərəkət zolağına çıxmadan manevrə etmə qaydasının pozulması yol hərəkəti qaydalarını pozan sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli şəxs bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Honda İnsight” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobilə 180 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı söğorta şəhadətnaməsinə və 12 yanvar 2022-ci il tarixli İAS220028 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12.01.2022-ci il tarixli İAS220028 saylı sığorta aktlarından görünür ki, sığorta PME ********** saylı şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 19.10.2021-ci il tarixdən 19.10.2022-ci il tarixədək sığortalanmış “Opel Astra” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.12.2021-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsində X2 idarə etdiyi “Honda İnsight” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Honda İnsight” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 180 manat maddi zərər dəymişdir. İş materiallarında olan AD seriyalı, 943714 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra" markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1r. İş materiallarında olan ƏN seriyalı, 021919 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Opel Astra" markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobili mülkiyyətçi X3 idarə etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 13.10.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan CF-E-051021-01 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi “X7 Olmayan Kredit Təşkilatı" MMC **-PH-*** dövlət nömrə nişanlı “Honda İnsight” markalı avtomobili idarə etməyi X4 etibar etmişdir. Etibarnamə 03.01.2022-cü il tarixədək qüvvədədir. İş materiallarında olan 23.12.2021-ci il tarixli qüsur aktından görünür ki, Honda İnsight” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobilə 180 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan və həmin protokol əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli 23 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinrərək, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təsərrüfatları barədə arayışdan görünür ki, 23.12.2021-ci il tarixdə saat 16:40 dəqiqədə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “X7 Olmayan Kredit Təşkilatı" MMC-yə 180 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildiriş olan zərf Cavabdeh çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh 23 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, “Honda İnsight” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən o İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən “Honda İnsight” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobil dəymiş ziyana görə 180 manat zərər məbləği ödənilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, hadisə yerindən yayındığına görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 180 manat sığorta ödənişi məbləği tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 180 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-410/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-410/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver