Məhkəmə qərarları › İş №e-2(074)-415/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-415/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-415/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrası” tələbininə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28 saylı X1 ləğv edilməsini, xx.xx.2021-ci il tarixli 28 saylı X2 əsasən xx.xx.2022-ci il tarixə yaranmış 1300 manat məbləğində əsas borcun, 650 manat məbləğində cərimənin, 1.195 (700+495) manat maddi ziyan, 168 manat məbləğində əlavə xərclərin (cərimələr) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,13 manatın, cəmi 3.366,13 manat məbləğində pulun cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “lizinq verən” "xxxx" MMC ilə «Lizinq alan» Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28 saylı X2 əsasən Lizinq verən lizinq obyektini Lizinq alanın müraciəti əsasında Lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinqə təqdim emişdir. Lizinq obyekti 1 ədəd “Audi A4” markalı ** PF *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmaqla, qiyməti 21.000 manat məbləğində və verilmə müddəti 30 ay müəyyən edilmiş, 1500 manat ilkin ödəniş etməklə, ayda 2 dəfə olmaqla 650 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görə lizinq müddəti ərzində lizinq əmlakına mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində müvəqqəti sahiblik və ondan istifadə hüquqlarına malik olur. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alının lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir. Lizinq alan lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşımaqla, itirilmənin və ya zədələnmənin qarşısını almaq üçün öz hesabına tədbirlər görür, həmçinin lizinq obyektini işlək vəziyyətdə saxlayır. Qısa müddət ərzində Cavabdeh lizinq obyektini yararsız vəziyyətə salmış və 2021-ci ilin dekabr ayının sonunda avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş qaimə fakturalara əsasən avtomobilə 1.195(700+495) manat ziyan dəymişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində cavabdeh MMC-yə aylıq olaraq heç bir ödəniş etməmiş, yalnız 1.500 manat mələğində ilkin ödəniş həyata keçirmişdir. Avtomobilin cərimələrindən 168 manat şirkət tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli 28 saylı X1 ləğv edilməsi, xx.xx.2021-ci il tarixli 28 saylı X2 əsasən xx.xx.2022-ci il tarixə yaranmış 975 manat məbləğində əsas borcun, 487,50 manat məbləğində cərimənin, 1.195 (700+495) manat məbləğində maddi ziyanın, 168 manat məbləğində əlavə xərclərin (cərimələr) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,13 manatın, cəmi 2.878,63 manat məbləğində pulun cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, avtomobili ona problemli şəkildə verilib. Avtomobilin bütün xərclərini o çəkib. Avtomobilə dair cərimələr olsa da onu duracağa yerləşdirərkən heç bir xərc tələb etməmişdir. Buna görədə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 28 saylı X1 surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 1 ədəd “Audi A4” markalı ** PF *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmaqla, qiyməti 21.000 manat məbləğində və verilmə müddəti 30 ay müəyyən edilmiş, 1500 manat ilkin ödəniş etməklə, ayda 2 dəfə olmaqla 650 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan qaimə fakturaların surətindən görünür ki, avtomobilə 700 manat və 495 manat olmaqla ümumilkdə 1.195 manat maddi ziyan dəymişdir. İş materiallarında olan qaimə fakturaların surətindən görünür ki, “Audi A4” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 700 manat və 495 manat, ümumilkdə 1.195 manat pul "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh adına olmuş, 46 manat, 26 manat, 74 manat və 23 manat olmaqla ümumlikdə 168 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsaəsn mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə lizinq obyektindən istifadə üçün müqavilənin şərtləri əsasında ödəniş etməklə lizinqə götürməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq müqaviləsi üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə müəyyən edilmiş dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Buna görə xx.xx.2021-ci il tarixli, 28 saylı müqavilə üzrə 487,50 manat məbləğində dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli 28 saylı X1 ləğv edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 28 nömrəli müqavilə üzrə 975 manat əsas, 50 manat məbləğində cərimənin, 1.195 manat məbləğində maddi ziyanın, 168 manat əlavə xərcin, cəmi 2388 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 53,13 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28 saylı X3 ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 28 nömrəli müqavilə üzrə 975 manat əsas, 50 manat məbləğində cərimənin, 1.195 manat məbləğində maddi ziyanın, 168 manat əlavə xərcin, cəmi 2388 manat pul və 53,13 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar