Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-540/2023 10.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutubraq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 22:30 radələrində Sabirabad rayonu, Kovlar kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsində X6 və X4 vəfat etmiş, X1 az ağır ziyan dəymişdir. “VAZ 21063” markah, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. AZ İİ № 020396 saylı ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 5000 manat iddiaçı tərəfindən X2 bank hesabına ödənilmişdir. Sabirabad RPŞ-nin İB-nin YNH-nin təfərrüatları barədə xx.xx.2019-cu il tarixli, 179-20689-1219 saylı arayışından göründüyü kimi, Cavabdeh sərxoş vəziyyətdə “VAZ 21063” markalı, **-BG-*** dövbt qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx.xx.2019-cu il tarixli Sabirabad Rayon Polis X5 müstəntiqi X8 tərəfindən ittiham aktı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Həmin ittiham aktından göründüyü kimi, Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqlivvat vasitələrini idarə etmək hüququ olmayan səxs tərəfindən pozulmasına görə məsuliyyət müəyyən olunmuşdur. İş materiallarından aydın olur ki, X9 alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən xx.xx.2019-cu il tarixli 15 nömrəli tibbi müayinə protokolu ilə də fakt öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 il 7 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir. Cəzasını çəkib qurtardıqdan sonra, sığorta ödənişi olaraq zərərçəkmiş şəxsə ödənilmiş pulun iddiaçı "xxxx" ASC-yə ödənilməsini təmin edəcəkdir. Göstərilənlərə əsasən, iddianın tam təmin olunmasına etiraz etmir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı Cavabdeh məxsus “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan PXA61919 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin X6 vəfat etmişdir. Sığorta aktına əsasən, sığorta ödənişi olaraq 5000 manat məbləğində pul X3 ödənilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Eyni zamanda, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Sabirabad rayonu, Kovlar kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, sərxoş vəziyyətdə özünə məxsus “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, maksimum sürətin məhdudlaşdırılması tələblərini pozmuş, nəticədə avtomobildə olan sərnişinlərin az ağır və ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla, iki nəfərin aldıqları xəsarətlərlə bağlı ölməsinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən, sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququna malikdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh məxsus nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, xx.xx.2019-cu il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə edərkən, cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində iki nəfər ölmüş və sığorta ödənişi olaraq 5000 manat məbləğində vəsait iddiaçı tərəfindən zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. Hazırda isə iddiaçı "xxxx" ASC subroqasiya hüququndan istifadə edərək, cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzinin tutulmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzinin tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin göründüyü kimi, Cavabdeh hazırda iddia tələbini etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-540/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-540/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver