Məhkəmə qərarları › İş №e-2(074)-602/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-602/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-602/2024 15.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon üçün 423.38 (dörd yüz iyirmi üç manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 42.62 (qırx iki manat altmış iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markali telefon üçün 145 (bir yüz qırx beş) manat olmaqla, ondan 131.82 (bir yüz otuz bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markalı telefon üçün 101.96 (bir yüz bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 10.04 (on manat dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 723 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon, İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markalı telefon, İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markali telefon almış və nəticədə 723 (yeddi yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594.96 (beş yüz doxsan dörd manat doxsan altı qəpik) manat (12 ay x 49.58 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon üçün ümumilikdə 466 (dörd yüz altmış altı) manat olmaqla, ondan 423.38 (dörd yüz iyirmi üç manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 42.62 (qırx iki manat altmış iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 786.44 (yeddi yüz səksən altı manat qırx dörd qəpik) manat (18 ay x 43.53 manat + 2.9 manat ilkin ödəniş) İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markali telefon üçün ümumilikdə 145 (bir yüz qırx beş) manat olmaqla, ondan 131.82 (bir yüz otuz bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 444.96 (dörd yüz qırx dörd manat doxsan altı qəpik) manat (12 ay x 37.08 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markalı telefon üçün ümumilikdə 112 (bir yüz on iki) manat olmaqla, ondan 101.96 (bir yüz bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 10.04 (on manat dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1169.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon, İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markalı telefon və İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markalı telefon almışdır. İş materiallarından görünür ki, cavabeh Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon üçün 423.38 (dörd yüz iyirmi üç manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 42.62 (qırx iki manat altmış iki qəpik) manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markalı telefon 145 (bir yüz qırx beş) manat olmaqla, ondan 131.82 (bir yüz otuz bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markalı telefon üçün 101.96 (bir yüz bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 10.04 (on manat dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 723 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon üçün 423.38 (dörd yüz iyirmi üç manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 42.62 (qırx iki manat altmış iki qəpik) manat cərimə; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markalı telefon üçün 145 (bir yüz qırx beş) manat olmaqla, ondan 131.82 (bir yüz otuz bir manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markali telefon üçün 101.96 (bir yüz bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 10.04 (on manat dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 723 manat borc Cavabdeh alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15560 BLACKVİEW A95 markalı telefon üçün 423.38 manat ödənilməmiş hissə, 42.62 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********00782 XİAOMİ REDMİ 10 markalı telefon üçün 145 manat olmaqla, ondan 131.82 manat ödənilməmiş hissə, 13.18 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********19507 XİAOMİ REDMİ 10C markalı telefon üçün 101.96 manat ödənilməmiş hissə, 10.04 manat cərimə olmaqla, ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar