Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-612/2023 12.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led TV, Sonorous Surefix TV ASQİ üçün 519,9 manat ödənilməmiş hissə, 51,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 103,8 manat ödənilməmiş hissə, 10.2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********28282 X1 8 markalı telefon üçün 101,2 manat ödənilmiş hissə, 10.8 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********19961 X1 9 S markalı telefon üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, paltaryuyan LG üçün 39,6 manat ödənilməmiş hissə, 3,4 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, imei **********79568 Samsung Galaxy A10S markalı telefon üçün 18 manat ödənilməmiş hissə, 1 manat cərimə, ümumilikdə 925 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrə əsasən Hoffmann Led TV, Sonorous Surefix TV ASQİ, X2, imei kodu **********28282 X1 8 markalı telefon, imei kodu **********19961 X1 9 S markalı telefon, paltaryuyan LG, imei kodu Samsung Galaxy A10S markalı telefon almış və nəticədə 925 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1043 manat (yəni 18 ay X 50 manat + 143 manat ilkin ödəniş) Hoffmann Led TV, Sonorous Surefix TV ASQİ üçün ümumilikdə, 571 manat olmaqla ondan 519,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1888,2 manat (yəni 18 ay X 104,9 manat + 0 manat ilkin ödəniş) X2 üçün ümumilikdə, 114 manat olmaqla ondan 103,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 688,8 manat( 24 ay x 28,7 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********28282 X1 8 markalı telefon üçün ümumilikdə, 112 manat olmaqla ondan 101,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 10,8 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 726 manat( 12 ay x 60,5 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********19961 X1 9 S markalı telefon üçün ümumilikdə, 66 manat olmaqla ondan 60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1227,6 manat( 18 ay x 68,2 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan LG üçün ümumilikdə, 43 manat olmaqla ondan 39,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 3,4 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 285,6 manat( 12 ay x 19 manat + 57,6 manat ilkin ödəniş) olan imei kodu **********79568 Samsung Galaxy A10S markalı telefon üçün ümumilikdə, 19 manat olmaqla ondan 18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 1 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5016,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 23010983 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Hoffmann Led TV, Sonorous Surefix TV ASQİ almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22240219 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X2 almışdır. iş materiallarında olan xx.xx.2020-ci il tarixli 20257748 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən imei kodu **********28282 X1 8 markalı telefon almışdır. iş materiallarında olan xx.xx.2020-ci il tarixli 22041977 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən imei kodu **********19961 olan X1 9 S markalı telefon almışdır. iş materiallarında olan xx.xx.2020-ci il tarixli 22282349 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən paltaryuyan LG almışdır. iş materiallarında olan xx.xx.2021-ci il tarixli 23112096 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən imei kodu **********79568 olan Samsung Galaxy A10S markalı telefon almışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 22240219 saylı müqaviləyə əsasən, Hoffmann Led TVSonorous Surefix TV ASQİ, üçün 519,9 manat ödənilməmiş hissə, 51,1 manat cərimə, xx.xx.2021-ci il tarixli 22240219 saylı müqaviləyə əsasən, X2, üçün 103,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə, xx.xx.2020-ci il tarixli 20257748 saylı müqaviləyə əsasən, imei kodu **********28182 X1 8 markalı telefon üçün 101,2 manat ödənilməmiş hissə, 10,8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22041977 saylı müqaviləyə əsasən, imei kodu **********19961 X1 9 S markalı telefon üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli 22282349 saylı müqaviləyə əsasən, paltaryuyan LG, üçün 39,6 manat ödənilməmiş hissə, 3,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 23112096 saylı saylı müqaviləyə əsasən, imei kodu **********79568 Samsung Galaxy A10S markalı telefon üçün 18 manat ödənilməmiş hissə, 1 manat cərimə, ümumilikdə 925 manat borcu vardır. İş materiallarında olan tarixli bildirişlərdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2021-ci il ,xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli 22240219 saylı müqaviləyə əsasən, Hoffmann Led TVSonorous Surefix TV ASQİ, üçün 519,9 manat ödənilməmiş hissə, 51,1 manat cərimə, xx.xx.2021-ci il tarixli 22240219 saylı müqaviləyə əsasən, X2, üçün 103,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə, xx.xx.2020-ci il tarixli 20257748 saylı müqaviləyə əsasən, imei kodu **********28282 X1 8 markalı telefon üçün 101,2 manat ödənilməmiş hissə, 10,8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22041977 saylı müqaviləyə əsasən, imei kodu **********19961 X1 9 S markalı telefon üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli 22282349 saylı müqaviləyə əsasən, paltaryuyan LG, üçün 39,6 manat ödənilməmiş hissə, 3,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 23112096 saylı saylı müqaviləyə əsasən, imei kodu **********79568 Samsung Galaxy A10S markalı telefon üçün 18 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 925 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22240219 saylı müqavilə üzrə 519,9 manat əsas, 51,1 manat cərimə, xx.xx.2021-ci il tarixli 22240219 saylı müqavilə üzrə 103,8 manat əsas, 10,2 manat cərimə, xx.xx.2020-ci il tarixli 20257748 saylı müqavilə üzrə 101,2 manat əsas, 10,8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22041977 saylı müqavilə üzrə 60 manat əsas, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli 22282349 saylı müqavilə üzrə 39,6 manat əsas, 3,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 23112096 saylı müqavilə üzrə 18 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 925 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-612/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-612/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver