Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-660/2025 01.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-70 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-424 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin, onların əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və X1 miras qalmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. yaşayış evində və həmin evin yerləşdiyi 0,16 ha. həyətyanı torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvadı İddiaçı (1/2 əmlak və 1/2 mirasdan payı) 3/4, qızı X2 1/4 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdırlar ki, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,16 ha. həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasda miras qoyan X6 məxsus olmuşdur. O, xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Mirasqoyanın qanun üzrə iki vərəsəsi vardır. Arvadı - İddiaçı və qızı - X7. Miras əmlak kütləsinin aid olduğu ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,16 ha. həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasdan miras qoyan X4 adına qeydiyyata alınmış və arvadı İddiaçı ilə birgə nikahda əldə edilmişdir. Bu baxımdan adı çəkilən əmlakın 1/2 hissəsi zatən İddiaçı məxsusdur və miras əmlak kütləsinə daxil deyildir. X1 miras qalmış əmlak kütləsinin dairəsi, adı çəkilən əmlakın 1/2 hissəsini əhatə edir və mirasda bərabər hüquqlu qanun üzrə vərəsələr olaraq özü və qızı miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, mirasqoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. Sağ qalan arvadın (ərin)vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qanun normaların tələbindən göründüyü kimi qanun üzrə vərəsələr olan İddiaçı və üçüncü şəxs X7, hər biri qanun üzrə vərəsəlik hüququ ilə, mirasqoyanın adına rəsmiləşdirilmiş ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,16 ha. həyətyanı torpaq sahəsindən 1/4 pay (həmin əmlakın miras kütləsinə daxil olan hissəsinə nisbətdə 1/2 pay) almaq hüquqna malikdirlər. Lakin cavabdeh Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V-70 saylı vərəsəlik işi üzrə, adıçəkilən vahid əmlakdan 0,16 ha. torpaq sahəsi hissəsi tam şəkildə miras kütləsinə daxil etmiş, həmin torpaq sahəsində 1/2 pay hüququ ilə qanun üzrə vərəsələr İddiaçı və üçüncü şəxs X2 payları müəyyən edilərək, bu barədə xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən də, 0,16 ha. torpaq sahəsinə İddiaçı və X2 1/2 payla hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış və çıxarış verilmişdir. Eyni qayda ilə cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V-424 saylı vərəsəlik işi üzrə, adıçəkilən vahid əmlakdan ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evi hissəsi tam şəkildə miras kütləsinə daxil etmiş, qanun üzrə vərəsələr İddiaçı və üçüncü şəxs X2 payını bərabər hesab edərək, bu barədə xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Daha sonra da, həmin şəhadətnamə əsasında, onda müəyyən edilən 1/2 paylara uyğun, ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evinə İddiaçı və X2 1/2 payla hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış və çıxarış verilmişdir. Bu da, iddiaçının qanunla müəyyən edilmiş hüququn pozulmasına səbəb olmuş və onun adı çəkilən əmlakda qanunla müəyyən edilən 1/2 hissəsinə dair əmlak hüququndan məhrum edilməsi ilə nəticələnmişdir. Bununla bağlı, cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə notariat işində sənədlərin təsdiqlənmiş surətinin verilməsi üçün sorğu verilmiş, daha sonra isə notariata müraciət zamanı “vərəsənin əmlak payının müəyyən edilməsinə deyil, yalnız miras əmlakda payın müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən, payların bərabər müəyyən edildiyi barədə vərəsəlik şəhadətnaməsinin verildiyi” izah olunmuşdur. Əslində bu izahin heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı ona aid əmlakdan imtinası və ya qızı ilə aralarında bölünməsi barədə müraciəti yoxdur. Özü yaşlı və xəstə olduğundan vərəsəliklə bağlı işinin aparılması üçün Təranə Əliyevaya etibarnamə vermişdir. Etibarnamə ilə hərəkət edən şəxs qanunla iddiaçıya məxsus olan əmlak payından imtina barədə ərizə verməmişdir. Əksinə miras əmlakda payının müəyyən edilməsi barədə notariata ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı müraciətində, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı arasında xx.xx.1975-ci ildə Ağsu rayon VVAQ şöbəsində nikah bağlanmışdır. İş materillarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Ağsu rayonu Hacısəmədli kəndi üzrə təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X4 adına Ağsu rayonu Hacısəmədli kəndində 1981-ci ildə inşa olunmuş, ümumi sahəsi 334,6 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi və 0,16 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 03 nömrəli qərarı ilə ünvan 2 sakini X8 və ailə üzvləri olan İddiaçı və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,72 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 vərəsələri – İddiaçı və X7 hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X6 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən ümumi sahəsi 334,6 kv.metr olan fərdi yaşayış evi və ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X6 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,16 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 vərəsələri – İddiaçı və X7 hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən X6 verilmiş dövlət aktına əsasən, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2,715713 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2ində 0,16 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı və X2 hər birinin 1/2 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, iş materialları ilə müəyən olunur ki, miras qoyan X8 ilə İddiaçı arasında xx.xx.1975-ci ildə nikah bağlanmış və X8 xx.xx.2020-ci ildə ölmüşdür. X4 adına ünvan 2ində 1981-ci ildə inşa olunmuş, ümumi sahəsi 334,6 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi və 0,16 ha həyətyanı torpaq sahəsi vardır. Həmçinin, Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 03 nömrəli qərarı ilə ünvan 2 sakini X8 və ailə üzvləri olan İddiaçı və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,72 ha torpaq sahəsi verilmişdir. X4 vərəsələri olan İddiaçı və X5 hər birinə miras əmlaklardan 1/2 hissədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və şəhadətnamə əsasında ünvan 2ində 0,16 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evinə İddiaçı və X2 hər birinin 1/2 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi, miras əmlak kütləsinə daxil olan ünvan 2ində yerləşən, ümumi sahəsi 334,6 kv.m. fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,16 ha. həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasdan miras qoyan X4 adına qeydiyyata alınmış və İddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. Odur ki, notarius tərəfindən vərəsələrə şəhadətnamə verilərkən, həmin əmlakın 1/2 hissəsinin iddiaçıya məxsus olması və miras əmlak kütləsinə daxil olmaması nəzərə alınmamışdır. Belə ki, X1 miras qalmış əmlak kütləsinin dairəsi həmin əmlakın 1/2 hissəsini əhatə edir və mirasda bərabər hüquqlu qanun üzrə vərəsələr olaraq özü və qızı miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Belə olan halda, vərəsələr - İddiaçı ünvan 2ində 0,16 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evinə 3/4 hissədə və X2 həmin əmlakdan 1/4 hissədə payları müəyyən olunmalıdır. Digər tərəfdən, məhkəmə iddia tələbinin “notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, miras əmlak kütləsinə daxil olan ünvan 2ində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X8 və ailə üzvlərinin mülkiyyətinə 2,72 ha torpaq sahəsi Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmişdir. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, əvəzsiz qaydada miras qoyan və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Belə olan halda, həmin əmlak birgə nikah dövründə əvəzsiz qaydada əldə olunduğundan, ər-arvadın ümumi mülkiyyəti yox, hər birinin ayrıca mülkiyyəti hesab olunur və bu halda, xx.xx.2023-cü il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-424 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli, X1 miras qalmış ünvan 2ində yerləşən, ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,16 ha həyətyanı torpaq sahəsinə miras qoyanın qanun üzrə vərəsələri olan İddiaçı 3/4, X2 isə 1/4 hissədə payları müəyyən edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektıv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbıq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmış qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-424 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. X1 miras qalmış ünvan 2ində yerləşən, ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,16 ha həyətyanı torpaq sahəsinə miras qoyanın qanun üzrə vərəsələri olan İddiaçı 3/4, X2 isə 1/4 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-660/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-660/2025
01.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver