Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-69/2024 28.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 665 manat əsas və 65 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 898 manat əsas və 88 manat dəbbə borcu olmaqla, hər iki müqavilə üzrə 1563 manat əsas və 153 manat dəbbə borcun, ödənilmiş 37,16 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1753,16 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 677 (altı yüz yetmiş yeddi) manat olan iki ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək şərti ilə, alınan malın dəyərini tam ödəməli idi. Ancaq heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 665 (altı yüz altmış beş) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023cü il tarixinə cərimə (dəbbə pulu) 65 (altmış beş) manat təşkil edir. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 898 (səkkiz yüz doxsan səkkiz) manat olan iki ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 6 (altı) ay ərzində ödəmək şərti ilə, alınan malın dəyərini tam ödəməli idi. Ancaq heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 898 (səkkiz yüz doxsan səkkiz) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixinə cərimə (dəbbə pulu) 88 (səksən səkkiz) manat təşkil edir. Dəfələrlə xəbərdar etmələrinə baxmayaraq, üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində cavabdeh heç bir tədbir görməmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verib göstərdi ki, iddiaçı "xxxx" MMC ona qarşı borcun tutulması tələbinə dair iddia qaldırmışdır ki, guya o, 2 dəfə həmin cəmiyyətdən nisyə mal almış və indiyə kimi, həmin malların pulunu ödəməmişdir. O, iddianı qəbul etmir. Belə ki, "xxxx" MMC ilə hər hansı müqavilə bağlamamış, həmin şirkətdən mal almamış və alqısatqı müqavilələrindəki imzalar ona məxsus deyildir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 665 manat olan iki ədəd mal almışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 898 manat olan iki ədəd mal almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli ******* №-li və xx.xx.2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqavilələri üzrə xx.xx.2023-cü il tarixə olan borcu 1716 manat təşkil edir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrindəki, ödəniş cədvəlindəki, təhvil-təslim aktlarındakı imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyənləşdirmək üçün, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/12 nömrəli ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində "xxxx" MMC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsində “Alıcı” qrafasından aşağıda yerləşən “Cavabdeh” yazıları önündəki imza, 44-cü vərəqində xx.xx.2020-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsinə aid ödəniş cədvəlinin “Alıcı” qrafasından aşağıda yerləşən imza, 45-ci vərəqində Malların kredit (nisyə) alqı-satqı müqaviləsinə əlavə təhvil-təslim aktında “Malın göndərilməsi:” qrafasındakı imza, 46-cı vərəqində "xxxx" MMC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli Alqı- satqı müqaviləsində “Alıcı” qrafasından aşağıda yerləşən “Cavabdeh” yazıları önündəki imza, 47-ci vərəqində xx.xx.2020-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsinə aid ödəniş cədvəlinin “Alıcı” qrafasından aşağıda yerləşən imza, 48-ci vərəqində Malların kredit (nisyə) alqı-satqı müqaviləsinə əlavə təhvil-təslim aktında “Müştərinin malı tam qəbul etməsi” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ******* №-li və xx.xx.2020-ci il tarixdə ******* №-li nisyə alqı-satqı müqavilələrinin bağlandığı, həmin müqavilələr əsasında Cavabdeh müvafiq olaraq ümumi dəyəri 665 manat olan iki ədəd və ümumi dəyəri 898 manat olan iki ədəd mal aldığı və həmin müqavilələr üzrə xx.xx.2023-cü il tarixə 1716 manat borcunun yarandığı göstərilmişdir. Digər tərəfdən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasına əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında olan alqı-satqı müqavilələrindəki, alqı-satqı müqavilələrinə aid ödəniş cədvəlindəki və təhviltəslim aktlarındakı imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra, ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması qanunla şərtləndirilmişdir. Lakin, iş materiallarından və məhkəmə iclasında müəyyən olunmuş hallardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, ******* №-li və xx.xx.2020-ci il tarixli, ******* №-li nisyə alqı-satqı müqavilələri bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə baxışı zamanı, Cavabdeh iddiaçı "xxxx" MMC-dən mal alması, tərəflər arasında xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin bağlanması və bununla da, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyin əmələ gəlməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunmadığından, aparılmış tədqiqatın dəyəri olan 125 manat məbləğində ekspertiza xərci də, iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 665 manat əsas və 65 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 898 manat əsas və 88 manat dəbbə borcu olmaqla, hər iki müqavilə üzrə 1563 manat əsas və 153 manat dəbbə borcun, ödənilmiş 37,16 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1753,16 manat borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Aparılmış tədqiqatın dəyəri olan 125 manat məbləğində ekspertiza xərci iddiaçı "xxxx" MMC-dən tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-69/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-69/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver