Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-730/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh və 3-cü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 Cavabdeh, 3-cü şəxslər X32 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi Notariusu Y.N.Eyubov və X12 qarşı “vərəsəlik hüququnun tanınması, miras payın təsbit edilməsi və naturada təhvil verilməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X10 Cavabdeh, 3-cü şəxslər X32 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi Notariusu Y.N.Eyubov və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********63-10301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq Çıxarış verilmiş Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan xüsusi mülkiyyətdəki 12 nömrəli fərdi yaşayış evi və həyat yanı torpaq sahəsi üzərində (miras əmlakında) iddiaçılar İddiaçı2, İddiaçı1, X4 miras paylarının müəyyən edilməsini, həmin payların naturada onlara təhvil verilməsini, Cavabdeh 31 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların X2 14.12.1985-ci ildə vəfat etmişdir. Vəfat etdiyi vaxt mərhum X6 mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi İdarəsinin verdiyi məlumata görə 2691 saylı inventar ilə təsdiq olunmuş Texniki pasportla qeydiyyata alınmış Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi olub. Bu daşınmaz onun qoyduğu miras əmlakıdır. Həmin daşınmaz X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********63-10301 reyestr nömrəli Çıxarış verilmişdir. İddiaçılar həmin daşınmaza atasının vəfatından sonra sahiblik edib, yəni atasının miras əmlakını faktiki olaraq qəbul edib. Hal hazırda həmin daşınmazda təkcə Cavabdeh yaşayır və onun istifadəsindədir. X6 digər vərəsəsi olan X9 Cavabdeh qarşı qaldırdığı iddia ərizəsi Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli e-2(074)-60/2021 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Belə ki, həmin qətnamə ilə “X5 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçı X9 payı 1/7 hissədə müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli e-2(074)-60/2021 saylı qətnaməsində bundan başqa deyilir ki, məhkəmə iclasında müəyyən olundu ki, 03 sentyabr 1961-ci il tarixdən rəsmi nikah münasibətində olan X19 ilə X14 birgə nikahından X21, X22, X15, İddiaçı2, X23, X16, Cavabdeh doğulmuşdur. Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evi, X11 məxsus olmuş və onun 14.12.1985-ci il tarixdə ölmündən sonra miras çalmışdır. Mirasqoyanın arvadı 01.06.2008-ci ildə ölmüşdür, övladları 7 nəfər birinci növbə vərəsələrdir. Vərəsələrin hər birinin mirasdan 1/7 hissə pay almaq hüququ olmuşdur. İddiaçı miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və mirasa yiyələnməklə mirası qəbul etmişdir”. Məhkəmə iddiaçıların həmin miras əmlakı üzərində 1/7 payı oİduğunu qəbul edib. İddia tələbi iddiaçıların həmin paylarının bu qətnamə əsasında iddiaçılara verilməsinə dairdir. Daha sonra iddiaçı X10 məhkəmə ərizə göndərərək qardaşı Cavabdeh qarşı iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Buna görə də Şamaxı rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahat verib bildirdi ki, iddiaçılar onun baxı və qardaşdırlar. Vaxtilə onların ünvan 1 ünvanda iki mərtəbəli ata evləri olmuşdur. X2 14.12.1985-ci ildə vəfat etmişdir. 2018-ci il fevral ayının 5-də Şamaxı şəhərində baş vermiş ağır zəlzələ nəticəsində həmin ev uçub çatlayıb yararsız vəziyyətə düşdüyündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə sökülmüş və yerində 1 mərtəbəli 4 yaşayış otaqlı başqa ev tikilmiş, lakin heç bir sənəd verilməmişdir. Orada yalnız bir ailə yaşaya bilər. Həyətdə 3-4 sot torpaq sahəsi var. Özü dəflərlə qardaşları və bacılarına demişlər ki, köməklik də edər gəlin həyətdə ev tikin yaşayın, hətta quruluq damını da söküb torpağın onlara təhvil verməyə razıdır. Amma onlar onun sözünə heç bir məhəl qoymamışdır. Evi dövlət sökəndən sonra gəlib ata evindən pay istəyirlər. Hal-hazırda ata yurdundan heç bir əsər əlamət qalmayıb. Ata evləri sökülənə qədər bütün komunal xərclərini həmişə özü ödəyib. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X21 izahat verib bildirdi ki, o, evdə onunda payı var. Onun payı məhkəmə qətnaməsi ilə müəyyən olunub. İddia tələbinin təmin olunub olunmaması məsləsini məhkəmənin mülahizəsinə buraxdı. İddiaçılar və digər 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiçıların nümayəndəsi vəkili məhkəməyə ərizə göndərərək iclasın onların iştirakı olmdan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçıların və digər 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 23 fevral 2021-ci il tarixli № 05/Q-136/69 saylı arayışından görünür ki, X19 və X1 nikahı haqqında 03 sentyabr 1961-ci il tarixdə 36 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 23 fevral 2021-ci il tarixli arayışından görünür ki, X21 08 dekabr 1965-ci ildə Şamaxı rayonu, Xaqani sovxozunda doğulmuşdur. X3, anası X20r. İş materiallarında olan AЗ № 013960 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1961-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X3, anası X20r. İş materiallarında olan AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1968-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X3, anası X20r. İş materiallarında olan AЗБ № 005180 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 13.12.1970-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X3, anası X20r. İş materiallarında olan İ-ЖГ № 478464 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1973-cü il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X3, anası X20r. İş materiallarında olan AZ-İİ № 037282 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 14.12.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 27 avqust 2019-cu il tarixli arayışından görünür ki, X24 01 iyun 2008-ci il tarixində ölmüşdür. İş materiallarında olan Şamaxı rayon İHB-nin Şamaxı şəhər İƏD üzrə nümayəndəliyinin 30.08.2019-cu il tarixli 4066 saylı arayışından görünür ki, X9 mərhum X2 14.12.1985-ci ildə mərhum anası X24 01.06.2008-ci ildə vəfat etmişlər, mərhumların vəfatından sonra vərəsələri İddiaçı2, X23, X21, X17, X16, X22, Cavabdeh mərhumlar vəfat edən günə kimi ünvan 1 evdə qeydiyyatda olmuşlar. İş materiallarında olan X32 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinin 02 mart 2020-ci il tarixli notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarından görünür ki, X9, İddiaçı2, İddiaçı1 14.12.1985-ci ildə vəfat etmiş ataları X7 məxsus olan ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddəti buraxıldığına görə imtina edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli e-2(074)- 60/2021 saylı qətnaməsindən görünür ki, X5 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçı X9 payı 1/7 hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, 03 sentyabr 1961-ci il tarixdən rəsmi nikah münasibətində olan X19 ilə X14 birgə nikahından X21, X22, X15, İddiaçı2, X23, X16, Cavabdeh doğulmuşdur. Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evi, X11 məxsus olmuş və onun 14.12.1985-ci il tarixdə ölmümündən sonra miras qalmışdır. Mirasqoyanın arvadı 01.06.2008-ci ildə ölmüşdür, övladları 7 nəfər birinci növbə vərəsələrdir. Vərəsələrin hər birinin mirasdan 1/7 hissə pay almaq hüququ olmuşdur. İddiaçı miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və mirasa yiyələnməklə mirası qəbul etmişdir. Məhkəmə cavabdeh iddiaya etirazı üzrə onu qeyd etməyi zəruri sayır ki, zəlzələ nəticəsində uçub-çatlayıb yararsız vəziyyətə düşmüş evin sökülüb yerində başqa ev tikilməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Cavabdehin bildirdiyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, fərdi yaşayış evi və həyətyanı sahədən ibarət olan daşınmaz əmlak tamamilə məhv olmamış, yalnız torpaq sahəsindəki fərdi yaşayış evi yararsız sayılaraq səlahiyyətli dövlət təşkilatı tərəfindən X8 əmlakı olaraq sökülüb yerində onun əmlakı olaraq başqası inşa edilmişdir. Evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilməmiş və ev hazırda da ********** olan 30.10.2020-ci il tarixli çıxarışa əsasən mirasqoyanın adına qeydiyyatda olmaqla, ondan qalan miras daxildir. Onun vərəsələrinin həmin əmlakdan bərabər pay almaq hüquqları var. Məhkəmə iddia tələbinin iddiaçıların paylarının naturada onlara təhvil verilməsi hissəsi araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçıların paylarının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklədə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X6 ölümündən sonra, onun birinci növbədə vərəsəsi olan iddiaçının miras qalmış fərdi yaşayış evini faktiki surətdə idarə etməyə başlamaqla və ona yiyələnməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyi tam təsdiq olunduğundan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evi və həyətyanı sahəsində iddiaçılar İddiaçı2 payı 1/7 hissədə və İddiaçı1 payı 1/7 hissədə müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hüquqi yardım xərci ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilmədiyindən üquqi xidmət xərci iddiaçıların özlərinə aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçılar İddiaçı2 payı 1/7 hissədə və İddiaçı1 payı 1/7 hissədə müəyyən edilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat pul tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-730/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-730/2021
12.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver