Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-746/2024 04.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin, 70,40 manat dövlət rüsumunun, ümumilikdə isə 5070,40 manat pulun tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Shacman SX3254DR404” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil Zərdab-Mollakənd yolunun 1-ci km ilə hərəkət edən zaman, manevretmə qaydalarını pozmuş, nəticədə, “Traktor T-28X4” markalı, AZ 63 T 545 dövlət qeydiyyat nişanlı traktora, “2-PTS 4-793” markalı, 63Q-211 dövlət qeydiyyat nişanlı qoşquya, “2-PTS 4793” markalı, 63Q-129 dövlət qeydiyyat nişanlı traktor yedəyinə, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə məxsus informatik lövhəyə və "xxxx" MMC-yə məxsus reklam plakatına zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Zərdab RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərarla “Shacman SX3254DR404” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində (manevretmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Traktor T-28X4” markalı AZ 63 T 545 dövlət nömrə nişanlı traktora 4960,00 (dörd min doqquz yüz altmış) manat məbləğində, “2-PTS 4-793” markalı, 63Q-211 dövlət nömrə nişanlı qoşquya 3700,00 (üç min yeddi yüz) manat məbləğində, “2- PTS 4-793” markalı, 63Q-129 dövlət nömrə nişanlı traktor yedəyinə 2950,00 (iki min doqquz yüz əlli) manat məbləğində, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə məxsus informatik lövhəyə 560,00 (beş yüz altmış) manat məbləğində və "xxxx" MMC-yə məxsus reklam plakatına 3400,00 (üç min dörd yüz) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231833 saylı xx.xx.2024-cü il tarixli, İAS231831 saylı xx.xx.2023-cü il tarixli, İAS231829 saylı xx.xx.2023-cü il tarixli, İAS231830 saylı xx.xx.2023-cü il tarixli, İAS231832 saylı xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktlarına əsasən, "xxxx" ASC tərəfindən dəymiş 15570,00 (on beş min beş yüz yetmiş) manat zərərin ümumi məbləğinə münasibətdə “Traktor T-28X4” markalı AZ 63 T 545 dövlət nömrə nişanlı traktora dəymiş zərərə görə 1592,81 (bir min beş yüz doxsan iki manat, səksən bir qəpik) manat məbləğində, “2-PTS 4-793” markalı, 63Q-211 dövlət nömrə nişanlı qoşquya dəymiş zərərə görə 1188,18 (bir min yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində, “2-PTS 4793” markalı, 63Q-129 dövlət nömrə nişanlı traktor yedəyinə dəymiş zərərə görə 947,33 (doqquz yüz qırx yeddi manat, otuz üç qəpik) manat məbləğində, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə məxsus informatik lövhəyə dəymiş zərərə görə 179,84 (bir yüz yetmiş doqquz manat, səksən dörd qəpik) manat məbləğində və "xxxx" MMC-yə məxsus reklam plakatına dəymiş zərərə görə 1091,84 (bir min doxsan bir manat, səksən dörd qəpik) manat məbləğində, ümumilikdə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Shacman SX3254DR404” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan, yəni idarəetmə hüququ olmadan idarə etmişdir. Məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, həmçinin, ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakları olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, maddi imkanının olmaması səbəbindən, tələb olunan məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürdüyünü bildirdi. Odur ki, iddianın təmin olunmasına etiraz etmədiyini göstərdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Shacman SX3254DR404” markalı ** TG *** dövlət nömrə nişanlı avtomobil Zərdab Mollakənd yolunun 1-ci km ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Traktor T-28X4” markalı AZ 63 T 545 dövlət nömrə nişanlı traktora, “2-PTS 4-793” markalı, 63Q-211 dövlət nömrə nişanlı qoşquya, “2-PTS 4793” markalı, 63Q-129 dövlət nömrə nişanlı traktor yedəyinə, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə məxsus informatik lövhəyə və "xxxx" MMC-yə məxsus reklam plakatına zərər vurmuşdur. İş materiallarında olan Zərdab rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli TP6116539 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində (manevretmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Zərdab RPŞ-nin təhqiqat qrupunun 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində heç bir cinayət məsuliyyətinin tərkib əlamətləri olmadığı üçün, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan sığorta ödənişi aktının, ödəniş tapşırığının və hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231833 saylı xx.xx.2024-cü il tarixli, İAS231831 saylı xx.xx.2023cü il tarixli, İAS231829 saylı xx.xx.2023-cü il tarixli, İAS231830 saylı xx.xx.2023-cü il tarixli, İAS231832 saylı xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktlarına əsasən, "xxxx" ASC tərəfindən dəymiş 15570,00 (on beş min beş yüz yetmiş) manat zərərin ümumi məbləğinə münasibətdə “Traktor T-28X4” markalı AZ 63 T 545 dövlət nömrə nişanlı traktora dəymiş zərərə görə 1592,81 (bir min beş yüz doxsan iki manat, səksən bir qəpik) manat məbləğində, “2-PTS 4-793” markalı, 63Q-211 dövlət nömrə nişanlı qoşquya dəymiş zərərə görə 1188,18 (bir min yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində, “2- PTS 4793” markalı, 63Q-129 dövlət nömrə nişanlı traktor yedəyinə dəymiş zərərə görə 947,33 (doqquz yüz qırx yeddi manat, otuz üç qəpik) manat məbləğində, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə məxsus informatik lövhəyə dəymiş zərərə görə 179,84 (bir yüz yetmiş doqquz manat, səksən dörd qəpik) manat məbləğində və "xxxx" MMC-yə məxsus reklam plakatına dəymiş zərərə görə 1091,84 (bir min doxsan bir manat, səksən dörd qəpik) manat məbləğində, ümumilikdə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hal;ndsa sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Shacman SX3254DR404” markalı ** TG *** dövlət nömrə nişanlı avtomobil Zərdab- Mollakənd yolunun 1-ci km ilə hərəkət edən zaman, manevretmə qaydalarını pozmuş, nəticədə, “Traktor T-28X4” markalı AZ 63 T 545 dövlət nömrə nişanlı traktora, “2-PTS 4- 793” markalı, 63Q-211 dövlət nömrə nişanlı qoşquya, “2-PTS 4793” markalı, 63Q-129 dövlət nömrə nişanlı traktor yedəyinə, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nə məxsus informatik lövhəyə və "xxxx" MMC-yə məxsus reklam plakatına zərər vurmuşdur. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231833 saylı xx.xx.2024-cü il tarixli, İAS231831 saylı xx.xx.2023-cü il tarixli, İAS231829 saylı xx.xx.2023-cü il tarixli, İAS231830 saylı xx.xx.2023-cü il tarixli, İAS231832 saylı xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən dəymiş 15570,00 (on beş min beş yüz yetmiş) manat zərərin ümumi məbləğinə münasibətdə “Traktor T-28X4” markalı AZ 63 T 545 dövlət nömrə nişanlı traktora dəymiş zərərə görə 1592,81 (bir min beş yüz doxsan iki manat, səksən bir qəpik) manat məbləğində, “2-PTS 4-793” markalı, 63Q-211 dövlət nömrə nişanlı qoşquya dəymiş zərərə görə 1188,18 (bir min yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində, “2-PTS 4793” markalı, 63Q-129 dövlət nömrə nişanlı traktor yedəyinə dəymiş zərərə görə 947,33 (doqquz yüz qırx yeddi manat, otuz üç qəpik) manat məbləğində, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə məxsus informatik lövhəyə dəymiş zərərə görə 179,84 (bir yüz yetmiş doqquz manat, səksən dörd qəpik) manat məbləğində və "xxxx" MMC-yə məxsus reklam plakatına dəymiş zərərə görə 1091,84 (bir min doxsan bir manat, səksən dörd qəpik) manat məbləğində, ümumilikdə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bununla da, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, sığorta ödənişi olaraq ödənilmiş 5000 manat pulun əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 70,40 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Sığorta ödənişi olaraq ödənilmiş 5000 manat pulun əvəzi və ödənilmiş 70,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-746/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-746/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver