Məhkəmə qərarları › İş №e-2(074)-77/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-77/2025

11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-77/2025 11.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Regional Cavabdehndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, X3 miras qalmış, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. yaşayış evində və 0,16 ha. həyətyanı torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvadı X1 əmlak və miras payının 3/4, qızı X2 miras payının 1/4 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi vəkili Nümayəndə Htəməli oğlu və cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinin notariusu Yaşar Eyyubov məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən X8 iddia tələbinə etiraz etdiyini bildirdi. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X4 xüsusi mülkiyyətində 334,6 kv.metr sahəsi olan fərdi yaşayış evi və 0,16 ha sahədə torpaq sahəsi ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi idarəsində X6 fərdi yaşayış evi, torpaq sahəsi ümumi birgə, İddiaçı torpaq sahəsi ümumi birgə və X2 torpaq sahəsi ümumi birdə pay olmaqla, ********** nömrə ilə 11 may 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materillarında olan AZ-İİ 134049 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 dekabr 2020-ci ildə vəfat etmişdir. İş materiallarından görünür ki, Qanun üzrə vərəsəlik haqqında 12 may 2023-cü il tarixli şəhadətnamədə göstərilir ki, şəhadətnamə verilən miras əmlak – ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Rayon Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2ində yerləşən 334,6 kv.metr fərdi yaşayış evi və ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Rayon Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0,16 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus hissədən ibarətdir. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 3 ünvanında qeydiyyatda olan X8 və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. İş materiallarından görünür ki, X10 və onun ailə üzvləri İddiaçı və X5 Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 04 noyabr tarixli 03 nömrəli qərarı ilə 2,72 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materialları ilə müəyən olunur ki, mülkiyyət hüququ ilə miras qoyan X4 adına rəsmiləşdirilmiş ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,16 ha. həyətyanı torpaq sahəsində1/2 hissədə pay almışlar. Cavabdeh Şamaxı Regional Cavabdehndə notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V-70 saylı vərəsəlik işi üzrə, adı çəkilən əmlakı tam şəkildə miras kütləsinə daxil etmiş və vərəsələrin payını bərabər hesab edərək, bu barədə xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Daha sonra da həmin şəhadətnamə əsasında, ona miras əmlakın 1/2 hissəsinə uyğun çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı vərəsənin əmlak payının müəyyən edilməsinə deyil, yalnız miras əmlakda payın müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən, payların bərabər müəyyən edildiyi barədə vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə verilərkən, Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, eyni zamanda həmin nöqsanlar verilmiş müddət ərzində iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da, ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar