Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-881/2023 16.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətalıyeva Fidan Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2923.04 (iki min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 777 (yeddi yüz yetmiş yeddi) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əasən 2091.7 (iki min doxsan bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 640.8 (altı yüz qırx manat səksən qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1321.6 (bir min üç yaz iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 409.86 (dörd yüz doqquz manat səksən altı qəpik) manat dəbbə, ümumilikdə 8164 manat borc, 101.64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********53385 İPHONE 13 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER, 0121 KODLU MƏTBƏX MEBELİ, PLİTƏ GORENJE, HOFFMANN SİAC Kondisioner, ASPİRATOR GORENJE almış və nəticədə 8164 (səkkiz min yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3344.94 (üç min üç yüz qırx dörd manat doxsan dörd qəpik) manat (18 ay x 185 83 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********53385 İPHONE 13 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün ümumilikdə.3700.04 (üç min yeddi yüz manat dörd qəpik) manat olmaqla ondan, 2923.04 (iki min doqquz yüz iyirmi uç manat dörd qəpik) manat ödənilməmiş hissə, 777 (yeddi yüz yetmiş yeddi) manat dəbbə. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4288.8 (dörd min ıkı yuz səksən səkkiz manat səksən qəpik) manat (24 ay x 178.7 manat + 0 manat ilkin odəniş) 0121 KODLU MƏTBƏX MEBELİ üçün ümumilikdə, 2732.5 (iki min yeddi yüz otuz iki manat əlli qəpik) manat olmaqla ondan, 2091.7 (iki min doxsan bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 640.8 (altı yüz qırx manat səksən qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2198.4 (iki min yüz doxsan səkkiz manat qırx qəpik) manat (24 ay x 91.6 manat + 0 manat ilkin ödəniş) PLİTƏ GORENJE, HOFFMANN SİAC Kondisioner, ASPİRATOR GORENJE üçün ümumilikdə, 1731.46 (bir min yeddi yüz otuz bir manat qırx altı qəpik) manat olmaqla ondan, 1321.6 (bir min üç yüz iyirmi bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 409.86 (dörd yüz doqquz manat səksən altı qəpik) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 3495.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 22430259 saylı müqavilə əsasında mətbəx mebeli, xx.xx.2021-ci il tarixli, 23181322 saylı müqavilə üzrə piltə Gorenje, X1, aspirator Goronje və xx.xx.2022-ci il tarixli, 02971223 saylı müqavilə əsasında imei kodu **********53385 olan İphine 13 markalı telefon, Apple 20W USB-C adapter almışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarındaa olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2923.04 (iki min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 777 (yeddi yüz yetmiş yeddi) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əasən 2091.7 (iki min doxsan bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 640.8 (altı yüz qırx manat səksən qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1321.6 (bir min üç yaz iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 409.86 (dörd yüz doqquz manat səksən altı qəpik) manat dəbbə, ümumilikdə 8164 manat borcu yaranmışdır. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh mövcud olan borcun 3 iş günü müddətində ödənilməsi, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 777 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 640,80 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 409,86 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, 22430259 saylı müqavilə üzrə 2091,7 manat əsas, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23181322 saylı müqavilə üzrə 1321,6 manat əsas, 50 manat cərimə və xx.xx.2022-ci il tarixli, 02971223 saylı müqavilə üzrə 2923,04 manat əsas, 100 manat cərimə, ümumilikdə 6586,34 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 101,64 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22430259 saylı müqavilə üzrə 2091,7 manat əsas, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23181322 saylı müqavilə üzrə 1321,6 manat əsas, 50 manat cərimə və xx.xx.2022-ci il tarixli, 02971223 saylı müqavilə üzrə 2923,04 manat əsas, 100 manat cərimə, ümumilikdə 6586,34 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 101.64 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-881/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-881/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver