Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-886/2022 16.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********55518 Realme 5 markalı telefon üçün 155 (yüz əlli beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********09891 XİAOMİ REDMİ 9C markalı telefon üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********43555 Realme C3 markalı telefon üçün 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, CASİO saat üçün 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 613 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********55518 Realme 5 markalı telefon, İmei kodu **********09891 XİAOMİ REDMİ 9C markalı telefon, İmei kodu **********43555 Realme C3 markalı telefon, CASİO saat almış və nəticədə 613 (altı yüz on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 468 (dörd yüz altmş səkkiz) manat (12 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********55518 Realme 5 markalı telefon üçün 170 (yüz yetmiş) manat olmaqla ondan 155 (yüz əlli beş) manat ödəniiməmiş hissə, 15 (on beş) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 378.4 (üç yüz yetmiş səkkiz, qırx qəpik) manat (9 ay x 39.6 manat 22 manat ilkin ödəniş) olan, İmei kodu **********09891 XİAOMİ REDMİ 9C markalı telefon üçün 225 (iki yüz iyirmi beş) manat olmaqla ondan, 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 357 (üç yüz əlli yeddi) (12 ay x 27.5 manat + 27 manat ilkin ödəniş) olan İmei kodu **********43555 Realme C3 markalı telefon üçün 154 (yüz əlli dörd) manat olmaqla ondan 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 15 manat + 0 manat ilkin ödəniş) CASİO saat üçün 64 (altmış dörd) manat olmaqla ondan 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 734.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həil olunması, onun üzərinə düşən öhdəlikiəri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 21018064 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********55518 Realme 5 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 22079468 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********09891 XİAOMİ REDMİ 9C markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22205739 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan CASİO markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21116704 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********43555 Realme C3 markalı telefon almışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 "xxxx" MMC-yə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 613 manat borc manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən X3 xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh X3 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış cavabdeh X2 iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh X4 arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İmei kodu **********55518 Realme 5 markalı telefon üçün 155 (yüz əlli beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********09891 XİAOMİ REDMİ 9C markalı telefon üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********43555 Realme C3 markalı telefon üçün 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, CASİO saat üçün 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 613 manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 155 (yüz əlli beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 613 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-886/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-886/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver