Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-89/2025 30.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçıin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıin cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisində fəaliyyət göstərən xüsusi notarius X18 qarşı “mirasın qəbulu ilə əlaqədar buraxılmış müddətin üzürlü sayılması və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisində fəaliyyət göstərən xüsusi notarius X18 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağasəftər qızının xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən mirasın qəbulu ilə əlaqədar buraxılmış müddətin üzürlü sayılması, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılması və xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı Ağasəftər qızı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Dzimishkevich (qızlıq soy ismi İmanova) Elmira Ağasəftər qızının X1nun mülkiyyətindədir. X9 xx.xx.2004-cü ildə ürek damar çatışmazlığı səbəbindən vəfat etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli ərizə ilə Şamaxı Regional "Asan xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinə müraciət etmişdir. Şamaxı Regional "Asan xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisində fəaliyyət göstərən xüsusi notarius X24 miras qoyan X6 məxsus olmuş Şamaxı şəhərində yerləşən daşınmaz əmlaka dair xx.xx.2024-cü tarixli, 1279 saylı qərarı ile İddiaçı vərəsəllik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı Ağasəftər qızı doğulduğu gündən ünvan 2 ünvanında yaşamış, 30 aprel 1987-ci il tarixində həyat yoldaşı X3 nikaha daxil olmuş və Belarusiya Respublikasına getmişdir. Buna baxmayaraq, İddiaçı Ağasəftər qızı X1nun maddi keçimini təmin etmiş, vaxtaşırı olaraq onun yanına gəlmişdir. İddiaçı Ağasəftər qızı X1nun xx.xx.2004-cü ildə vəfatından sonra da atasının dəfninə çəkiləcək xərci öz üzərinə götürmüş sözü gedən evin idarəsini həyata keçirməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. İddiaçı Ağasəftər qızı 1987-ci ilə nikaha girdikden sonra X1 sağ olduğu müddətdə belə onun bütün maddi ehtiyaclarını qarşılamışdır. İddiaçı Ağasəftər qızı X1ndan miras qalan sözü gedən fərdi yaşayış evi ilə qonşu olan ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X22 və ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X25 ilə də aparılan danışıqlar zamanı məlum məlum olmuşdur ki, qeyd olunan miras X5 vəfatından sonra faktiki olaraq İddiaçı Ağasəftər qızı tərəfindən idarə olunmuşdur. Məhz bu üzdən vərəsəlik işinin açılması məqsədi ilə cavabdehə müraciət olunan zaman iddiaçının bacıları Yurechka Liudmila ve Bokish Esmiralda mirasdan imtina etmişler. Halhazırda Şamaxı Regional "Asan xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisində fəaliyyət göstərən xüsusi notarius X18 müraciət edərək, 03 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın İddiaçı Ağasəftər qızı tərəfindən faktiki olaraq qebul edildiyini, bu səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilsə də, müddət ötürüldüyündən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuş, qərar verilmişdir. İddiaçıin nümayəndəsi və vəkili Vəkil daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Ağasəftər qızının xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən mirasın qəbulu ilə əlaqədar buraxılmış müddətin üzürlü sayılması, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıin nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisində fəaliyyət göstərən xüsusi notarius X24 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 izahat verib bildirdi ki, İddiaçı ilə ata-baba qonşudurlar. Uşaqlıqdan bir məhəllədə böyüyüblər. İmanov Ağasəftərin 5 qızı, 1 oğlu olub. Ağasəftər öz yoldaşı Olqa ilə həmin evdə yaşayıb. Sağlığında da Elmira atasına qulluq edib. Ağasəftər 2004-ci ildə rəhmətə getdikdən sonra, Elmira gəlib 2-3 ay evdə qalıb, evdə təmizlik və təmir işləri aparıb. Elmira xaricdə olduğu üçün evin nəzarətini ona tapşırıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahat verib bildirdi ki, Elmiranı uşaqlıqdan tanıyır, qonşuluqda yaşayıblar. İmanov Ağasəftərin 5 qızı, 1 oğlu olub. Ağasəftər rəhmətə getdikdən sonra Elmira hər il gəlib 3 ay evdə qalıb təmizlik, təmir işləri görüb getmişdir. Elmira özü gələndə bacıları da gəlirdi. Elmira evi kirayəyə verib. Kirayə haqqı Elmiraya çatır. Bir qonşu olaraq oda evə təmənnasız nəzarət edir. Məhkəmə prosses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ № 118846 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə Şamaxı rayonunda “Ürək-damar çatmamazlığı (Ateroskleroz)” səbəbindən vəfat etmişdir. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli 1279 saylı notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2004-cü ildə vəfat etmiş X1na məxsus olan Şamaxı şəhərində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. İş materiallarında olan İ-ДР № 488027 nikah haqqında şəhadətnamənin əslindən görünür ki, X12 və X11 arasında 30 aprel 1987-ci il tarixdə Qrodno nikah evində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 529 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Dimişkeviç”, arvada “Dimişkeviç” soyadı verilmişdir. İş materiallarında olan AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1961-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X13. İş materiallarında olan İ-ДР № ******* saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2006-cı il tarixdə Belarus Respublikasının Qrodno şəhərində “Ürək-damar çatmamazlığı (Ateroskleroz)” səbəbindən vəfat etmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli № 4272 saylı arayışın surətindən görünür ki, X9 xx.xx.2004-cü ildə vəfat etdikdən sonra 6 vərəsəsi qalmışdır: 1. X20 (həyat yoldaşı); 2.X8 (qızı);3. X11 (qızı); 4.X7 (qızı); 5.X16 (oğlu); 6.X10 (qızı); İş materiallarında olan XXİX-ЛС № 024726 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X13. İş materiallarında olan İ-ДР № 390502 nikah haqqında şəhadətnamənin əslindən görünür ki, X14 və X8 arasında 25 iyul 1981-ci il tarixdə Qrodno nikah evində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1033 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Yureçko”, arvada “Yureçka” soyadı verilmişdir. İş materiallarında olan AЗ № ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X13. İş materiallarında olan ЖГ № 478063 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1973-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********388 saylı notarial təsdiqli ərizənin surətindən görünür ki, Yureçka Lyudmila bildirmişdir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş mərhum X1ndan miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyəti yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********389 saylı notarial təsdiqli ərizənin surətindən görünür ki, Bekish Esmiralda bildirmişdir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş mərhum X1ndan miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyəti yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********390 saylı notarial təsdiqli ərizənin surətindən görünür ki, İddiaçı bildirmişdir ki, X1 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Vəfat etdiyi gün bu əmlakı qalmışdır: ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakdır. Göstərilən əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklərini xahiş edir. Miras əmlak üzrə vərəsəlik paylarının həcminin müəyyən edilməsi tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan Qanunun 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbul etməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbi üzrlü sayılmalı və həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 01 aprel 2004-cü il tarixdə Şamaxı rayonunda ölmüş X4 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın qanun üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirməsinin səbəbi üzürlü hesab edilərək mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-89/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-89/2025
30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver