Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-911/2022 13.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “iPhone 11” markalı telefon üçün 1820 manat ödənilməmiş hissə, 545 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Samsung Galaxy A21s” markalı telefon üçün 331.4 manat ödənilməmiş hissə, 99.6 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Hoffman Siac” kondisioner üçün 284 manat ödənilməmiş hissə, 84 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Hoffman” Soyuducu, “Panasonic” ütü üçün 665 manat ödənilməmiş hissə, 198 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Dnepr - Yataq – Çarpayı”, “Dnepr - Yataq – Dolab”, “Dnepr - Yataq – Termo”, 2 ədəd “Dnepr - Yataq – Tumba”, “Matras” üçün 1159,8 manat ödənilməmiş hissə, 346.8 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Anhel - Yumsaq – Kunc” üçün 1081 manat ödənilməmiş hissə, 270 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 0704 kodlu “mətbəx mebeli” üçün 976.2 manat ödənilməmiş hissə, 243,8 manat dəbbə, ümumilikdə 8104 manat borc, 101.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən “iPhone 11”, “Samsung Galaxy A21s” markalı telefon, “Hoffman Siac” kondisioner, “Hoffman”Soyuducu, “Panasonic” ütü, “Dnepr - Yataq – Çarpayı”, “Dnepr - Yataq – Dolab”, “Dnepr - Yataq – Termo”, 2 ədəd “Dnepr - Yataq – Tumba”, “Matras”, “Anhel - Yumsaq – Kunc”, 0704 kodlu “mətbəx mebeli” almış və nəticədə 8104 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1875.1 manat “iPhone 11” markalı telefon üçün ümumilikdə 2365 manat olmaqla ondan, 1820 manat ödənilməmiş hissə, 545 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 599.4 manat olan “Samsung Galaxy A21s” markalı telefon üçün ümumilikdə 431 manat olmaqla ondan, 331.4 manat ödənilməmiş hissə, 99.6 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qisməti 921.4 manat “Hoffman Siac” kondisioner üçün ümumilikdə 368 manat olmaqla ondan 284 manat ödənilməmiş hissə, 84 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1089 manat “Hoffman”Soyuducu, “Panasonic” ütü üçün ümumilikdə 863 manat olmaqla ondan 665 manat ödənilməmiş hissə, 198 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1607,4 manat “Dnepr - Yataq – Çarpayı”, “Dnepr - Yataq – Dolab”, “Dnepr - Yataq – Termo”, 2 ədəd “Dnepr - Yataq – Tumba”, “Matras” üçün ümumilikdə 1506 manat olmaqla ondan 1159.8 manat ödənilməmiş hissə, 346.8 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1444.8 manat “Anhel - Yumsaq – Kunc” üçün ümumilikdə 1351 manat olmaqla ondan 1081 manat ödənilməmiş hissə, 270 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1511,6 manat olan 0704 kodlu mətbəx mebeli üçün ümumilikdə 1220 manat olmaqla ondan 976.2 manat ödənilməmiş hissə, 243.8 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 2731,9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20270385 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Hoffman Siac” kondisioner almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21028316 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung Galaxy A21s” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21249601 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Dnepr - Yataq – Çarpayı”, “Dnepr - Yataq – Dolab”, “Dnepr - Yataq – Termo”, 2 ədəd “Dnepr - Yataq – Tumba”, “Matras” almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21252992 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Anhel - Yumsaq – Kunc” almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21253110 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Hoffman”Soyuducu, “Panasonic” ütü almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21261936 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 0704 kodlu “mətbəx mebeli” almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22330200 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “iPhone 11” almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli 20270385 saylı müqavilə üzrə 284 manat əsas, 84 manat faiz, cəmi 368 manat, xx.xx.2020-ci il tarixli 21028316 saylı müqavilə üzrə 331,4 manat əsas, 99,6 manat faiz, cəmi 431 manat, xx.xx.2020-ci il tarixli 21249601 saylı müqavilə üzrə 1159,2 manat əsas, 346,8 manat faiz, cəmi 1506 manat, xx.xx.2020-ci il tarixli 21253110 saylı müqavilə üzrə 665 manat əsas, 198 manat faiz, cəmi 863 manat, xx.xx.2020-ci il tarixli 21252992 saylı müqavilə üzrə 1081 manat əsas, 270 manat faiz, cəmi 1351 manat, xx.xx.2020-ci il tarixli 21261936 saylı müqavilə üzrə 976,2 manat əsas, 243,8 manat faiz, cəmi 1220 manat, xx.xx.2021-ci il tarixli 22330200 saylı müqavilə üzrə 1820 manat əsas, 545 manat faiz, cəmi 2365 manat, ümumillikdə 8104 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2020-ci il tarixli 21028316 saylı müqavilə üzrə 99,6 manat; xx.xx.2020-ci il tarixli 21249601 saylı müqavilə üzrə 346,8 manat; xx.xx.2020-ci il tarixli 21252992 saylı müqaviləyə üzrə isə 270 manat, xx.xx.2020-ci il tarixli 21253110 saylı müqavilə üzrə 198 manat, xx.xx.2020-ci il tarixli 21261936 saylı müqavilə üzrə 243,8 manat və xx.xx.2021-ci il tarixli 22330200 saylı müqavilə üzrə 545 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2020-ci il tarixli 21028316 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli 21249601 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020ci il tarixli 21252992 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli 21253110 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli 21261936 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli 21261936 saylı müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli 22330200 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 6316,8 manat ödənilməmiş borc və 170 manat dəbbə pulu olmaqla, cəmi 6486,8 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101,04 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 6316,8 manat ödənilməmiş borc və 170 manat dəbbə pulu olmaqla, cəmi 6486,8 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101,04 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-911/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-911/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver