Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-964/2022 12.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 275.1 manat ödənilməmiş hissə, 27.9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 544.8 manat ödənilməmiş hissə, 54.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 381.6 manat ödənilməmiş hissə, 38.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 89.1 manat ödənilməmiş hissə, 8.9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 253 manat ödənilməmiş hissə, 25 manat cərimə, ümumilikdə 1698 manat borc, 36.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Samsung Galaxy A12 markalı telefon, Paket M, Samsung Galaxy A12 markalı telefon, Paket M, Osmanlı tekstil, X1, XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 1698 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə Samsung Galaxy A12 markalı telefon, Paket M üçün 275,1 manat əsas, 27,9 manat cərimə, cəmi 303 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə Samsung Galaxy A12 markalı telefon, Paket M üçün 544,8 manat əsas, 54,2 manat cərimə, cəmi 599 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə Osmanlı tekstil üçün 381,6 manat əsas, 38,4 manat cərimə, cəmi 420 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə X1 üçün 89,1 manat əsas, 8,9 manat cərimə, cəmi 98 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə Xiaomi Redmi 9 markalı telefon üçün 253 manat əsas, 25 manat cərimə, cəmi 278 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 324.5 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 23015988 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Xiaomi Redmi 9 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 24027894 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Xiami Mi band almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 24027848 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Osmanlı 200x300 Cream almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 24027179 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy A12 markalı telefon, Paket M almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 24040466 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy A12 markalı telefon, Paket M almışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 253 manat əsas, 25 manat cərimə, cəmi 278 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 89,1 manat əsas, 8,9 manat cərimə, cəmi 98 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 381,6 manat əsas, 38,4 manat cərimə, cəmi 420 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 544,8 manat əsas, 54,2 manat cərimə, cəmi 599 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 275,1 manat əsas, 27,9 manat cərimə, cəmi 303 manat ümumilikdə 1698 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildirişi olan zərf Cavabdeh çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 253 manat əsas, 25 manat cərimə, cəmi 278 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 89,1 manat əsas, 8,9 manat cərimə, cəmi 98 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 381,6 manat əsas, 38,4 manat cərimə, cəmi 420 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 544,8 manat əsas, 54,2 manat cərimə, cəmi 599 manat, xx.xx.2021ci il tarixli müqavilə üzrə 275,1 manat əsas, 27,9 manat cərimə, cəmi 303 manat ümumilikdə 1698 manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 36,98 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 253 manat əsas, 25 manat cərimə, cəmi 278 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 89,1 manat əsas, 8,9 manat cərimə, cəmi 98 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 381,6 manat əsas, 38,4 manat cərimə, cəmi 420 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 544,8 manat əsas, 54,2 manat cərimə, cəmi 599 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 275,1 manat əsas, 27,9 manat cərimə, cəmi 303 manat ümumilikdə 1698 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 36,98 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-964/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-964/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver