Məhkəmə qərarları › İş №e-2(074)-986/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-986/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-986/2022 17.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Soyuducu HOFFMANN, Paltaryuyan Electrolux, Marvin bazali carpayi, Matras” üçün 2229,5 manat ödənilməmiş hissə, 651,5 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Plitə HOFFMANN, Aspirator HOFFMANN, 0498 kodlu mebel” üçün 1535.7 manat ödənilməmiş hissə, 457.3 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Tozsoran PANASONİC” üçün 345 manat ödənilməmiş hissə, 103 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Soft - Yumsaq - mebel, VENETSİYA FS-5 mebel” üçün 554.6 manat ödənilməmiş hissə, 156.4 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung Galaxy A11” markalı telefon, “X1” üçün 427.6 manat ödənilməmiş hissə, 96.4 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Xiaomi Redmi 8” markalı telefon üçün 217 manat ödənilməmiş hissə, 64 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, “VENETSİYA FS-5 mebel” üçün 98 manat ödənilməmiş hissə, 29 manat dəbbə, ümumilikdə 6965 manat borc, 89,65 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Soyuducu HOFFMANN, Paltaryuyan Electrolux, Marvin bazali carpayi, Matras” “Plitə HOFFMANN, Aspirator HOFFMANN, 0498 kodlu mebel”, “Tozsoran PANASONİC”, “Soft - Yumsaq - mebel, VENETSİYA FS-5 mebel”, “Samsung Galaxy A11” markalı telefon, X1, “Xiaomi Redmi 8” markalı telefon markalı telefon, “VENETSİYA FS-5 mebel” almış və nəticədə 6965 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3011.4 manat olan “Soyuducu HOFFMANN, Paltaryuyan Electrolux, Marvin bazali carpayi, Matras” üçün ümumilikdə, 2881 manat olmaqla ondan, 2229.5 manat ödənilməmiş hissə, 651.5 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2182 manat olan “Plitə HOFFMANN, Aspirator HOFFMANN, 0498 kodlu mebel” üçün ümumilikdə, 1993 manat olmaqla ondan, 1535.7 manat ödənilməmiş hissə, 457.3 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 414 manat olan “Tozsoran PANASONİC” üçün ümumilikdə, 448 manat olmaqla ondan, 345 manat ödənilməmiş hissə, 103 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 703.2 manat olan “Soft - Yumsaq - mebel, VENETSİYA FS-5 mebel” üçün ümumilikdə 711 manat olmaqla ondan, 554.6 manat ödənilməmiş hissə, 156.4 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 573.6 manat olan Samsung Galaxy A11 markalı telefon, X1 üçün ümumilikdə 524 manat olmaqla ondan, 427.6 manat ödənilməmiş hissə, 96.4 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 488 manat olan “Xiaomi Redmi 8” markalı telefon markalı telefon üçün ümumilikdə, 281 manat olmaqla ondan, 217 manat ödənilməmiş hissə, 64 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 manat olan “VENETSİYA FS-5 mebel” üçün ümumilikdə, 127 manat olmaqla ondan, 98 manat ödənilməmiş hissə, 29 manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 2300.8 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01155701 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “VENETSİYA FS-5 mebel” almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20325723 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Xiaomi Redmi 8” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21066934 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Soyuducu HOFFMANN, Paltaryuyan Electrolux, Marvin bazali carpayi, Matras” almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21084180 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Plitə HOFFMANN, Aspirator HOFFMANN, 0498 kodlu mebel”almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21152146 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Soft - Yumsaq - mebel, VENETSİYA FS-5 mebel” almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 22024968 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Tozsoran PANASONİC” almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung Galaxy A11” markalı telefon, X1 almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli 21066934 saylı müqavilə üzrə 2229,5 manat əsas, 651,5 manat faiz, cəmi 2881 manat, xx.xx.2020-ci il tarixli 21084180 saylı müqavilə üzrə 1535,7 manat əsas, 457,3 manat faiz, cəmi 1993 manat, xx.xx.2020-ci il tarixli 22024968 saylı müqavilə üzrə 345 manat əsas, 103 manat faiz, cəmi 448 manat, xx.xx.2019-cu il tarixli 01155701 saylı müqavilə üzrə 98 manat əsas, 29 manat faiz, cəmi 127 manat, xx.xx.2020-ci il tarixli 21152146 saylı müqavilə üzrə 554,6 manat əsas, 156,4 manat faiz, cəmi 711 manat, xx.xx.2020-ci il tarixli 20325723 saylı müqavilə üzrə 217 manat əsas, 64 manat faiz, cəmi 281 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 427,6 manat əsas, 96,4 manat faiz, cəmi 524 manat, ümumillikdə 6965 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2020-ci il tarixli 21066934 saylı müqavilə üzrə 651,5 manat, xx.xx.2020-ci il tarixli 21084180 saylı müqavilə üzrə 457,3 manat; xx.xx.2020-ci il tarixli 22024968 saylı müqavilə üzrə 103 manat; xx.xx.2020-ci il tarixli 21152146 saylı müqaviləyə üzrə isə 156,4 manat, xx.xx.2019-cu il tarixli 01155701 saylı müqavilə üzrə 29 manat, xx.xx.2020-ci il tarixli 20325723 saylı müqavilə üzrə 64 manat və xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 96,4 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2020-ci il tarixli 21066934 saylı müqavilə üzrə 60 manat, xx.xx.2020-ci il tarixli 21084180 saylı müqavilə üzrə 40 manat, xx.xx.2020ci il tarixli 22024968 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli 21152146 saylı müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli 01155701 saylı müqavilə üzrə 29 manat, xx.xx.2020-ci il tarixli 20325723 saylı müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 5407,4 manat ödənilməmiş borc və 209 manat dəbbə pulu olmaqla, cəmi 6486,8 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89,65 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 5407,4 manat ödənilməmiş borc və 209 manat dəbbə pulu olmaqla, cəmi 6486,8 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89,65 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar