Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-994/2025 17.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Paket XXL xidməti, İmei kodu **********67903 “Xıaomı Poco M6 Pro” markalı telefon üçün üçün 877.98 (səkkiz yüz yetmiş yeddi manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 87.80 (səksən yeddi manat, 80 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Paket L xidməti, İmei kodu 49309/64S802247 “X3 SE” markalı planşet üçün 473.92 (dörd yüz yetmiş üç manat, 92 qəpik) manat ödənilməmiş hissə, 47.39 (qırx yeddi manat, 39 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********44148 “Xıaomı Poco C75” markalı telefon üçün 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 29.70 (iyirmi doqquz manat, 70 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X2 5” qulaqlıq üçün, 63.80 (altmış üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, 6.38 (altı manat, 38 qəpik) manat cərimə, ümumilikdə 1907.57 manat borc, 39.08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, X1 2 il xidməti, Paket XXL xidməti, İmei kodu **********67903 “Xıaomı Poco M6 Pro” markalı telefon, X1 2 il xidməti, Paket L xidməti, İmei kodu 49309/64S802247 “X3 SE” markalı planşet, İmei kodu **********44148 “Xıaomı Poco C75” markalı telefon, “X2 5” qulaqlıq almış və nəticədə 1907.57 (min doqquz yüz yeddi manat, 57 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 935.88 (doqquz yüz otuz beş manat,88 qəpik) manat (18 ay x 51.66 manat + 6 manat ilkin ödəniş) olan X1 2 il xidməti, Paket XXL xidməti, İmei kodu **********67903 “Xıaomı Poco M6 Pro” markalı telefon üçün ümumilikdə, 989.38 (doqquz yüz səksən doqquz manat, 38 qəpik) manat olmaqla ondan, 877.98 (səkkiz yüz yetmiş yeddi manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 87.80 (səksən yeddi manat, 80 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 502.02 (beş yüz iki manat, 02 qəpik) manat (18 ay x 27.89 manat + 0 manat ilkin ödəniş) olan X1 2 il xidməti, Paket L xidməti, İmei kodu 49309/64S802247 “X3 SE” markalı planşet üçün ümumilikdə, 521.31 (beş yüz iyirmi bir manat, 31 qəpiik) manat olmaqla ondan, 473.92 (dörd yüz yetmiş üç manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.39 (qırx yeddi manat, 39 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 297 (iki yüz doxsan yeddi) manat (12 ay x 24.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********44148 “Xıaomı Poco C75” markalı telefon üçün ümumilikdə, 326.70 (üç yüz iyirmi altı manat, 70 qəpik) manat olmaqla ondan, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.70 (iyirmi doqquz manat, 70 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 74.60 (yetmiş dörd manat, 60 qəpik) manat (12 ay x 5.80 manat + 5 manat ilkin ödəniş) olan “X2 5” qulaqlıq üçün ümumilikdə, 70.18 (yetmiş manat, 18 qəpik) manat olmaqla ondan, 63.80 (altmış üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.38 (altı manat, 38 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 96.80 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02098573 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1 2 il xidməti, Paket XXL xidməti, İmei kodu **********67903 “Xıaomı Poco M6 Pro” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 12089884 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1 2 il xidməti, Paket L xidməti, İmei kodu 49309/64S802247 “X3 SE” markalı planşet almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********44148 “Xıaomı Poco C75” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 06453083 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “X2 5” qulaqlıq almışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, 02098573 saylı müqaviləsinə əsasən X1 2 il xidməti, Paket XXL xidməti, İmei kodu **********67903 “Xıaomı Poco M6 Pro” markalı telefon üçün 877,98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 87,80 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli 12089884 saylı müqaviləsinə əsasən, X1 2 il xidməti, Paket L xidməti, İmei kodu 49309/64S802247 “X3 SE” markalı planşet üçün 473,92 manat ödənilməmiş hissə, 47,39 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləsinə əsasən, İmei kodu **********44148 “Xıaomı Poco C75” markalı telefon üçün 297 manat ödənilməmiş hissə, 29,70 manat cərimə, xx.xx.2024-cü il tarixli, 06453083 saylı müqaviləsinə əsasən, “X2 5” qulaqlıq üçün 63,80 manat ödənilməmiş hissə, 6,38 manat cərimə borcu olmaqla, cəmi 1907,57 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 02098573 saylı müqavilə üzrə, xx.xx.2024-cü il tarixli 12089884 saylı müqavilə üzrə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə və xx.xx.2024-cü il tarixli, 06453083 saylı müqavilə üzrə bildirişdə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildirişi olan zərfin cavabdehə çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 02098573 saylı müqaviləyə əsasən, 877,98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 87,80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 12089884 saylı müqaviləyə əsasən 473,92 manat ödənilməmiş hissə, 47,39 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 29,70 manat cərimə və xx.xx.2024-cü il tarixli, 06453083 saylı müqaviləyə əsasən 63,80 manat ödənilməmiş hissə, 6,38 manat cərimə borcu olmaqla, ümumilikdə 1907,57 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39,08 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02098573 saylı müqaviləyə əsasən, 877,98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 87,80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 12089884 saylı müqaviləyə əsasən 473,92 manat ödənilməmiş hissə, 47,39 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 29,70 manat cərimə və xx.xx.2024-cü il tarixli, 06453083 saylı müqaviləyə əsasən 63,80 manat ödənilməmiş hissə, 6,38 manat cərimə borcu olmaqla, ümumilikdə 1907,57 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 39,08 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-994/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-994/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver