Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1010/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2021-cu il tarixli müqavilə üzrə Lenovo İdeapad 3 üçün 952 (doqquz yüz əlli iki) manat əsas, 95 (doxsan beş) manat cərimə; xx.xx.2021-cu il tarixli müqavilə üzrə Wd Ext. Hdd 2tb X1 üçün 299.6 (iki yüz doxsan doqquz manat altmış qəpik) manat əsas, 29.4 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə; xx.xx.2020-cu il tarixli müqavilə üzrə İmei Kod **********57185 X2 9 markalı telefon üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə borcu olmaqla, cəmi 1519 manat borcun və 35.19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə 04 iyul 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il , xx.xx.2021-cu il və xx.xx.2020-cu il tarixli müqavilələrə əsasən, Lenovo İdeapad 3, Wd Ext. Hdd 2tb MyPassport Black, İmei Kod **********57185 X3 9 markalı telefon almış və nəticədə 1519 (bir min beş yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1155 (min yüz əlli beş) manat (18 ay x 56 manat + 147 manat ilkin ödəniş) Lenovo İdeapad 3, üçün ümumilikdə, 1047 ( min qırx yeddi) manat olmaqla ondan, 952 (doqquz yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95 (doxsan beş) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 357.6 (üç yüz əlli yeddi manat altmış qəpik) manat (12 ay x 27.3 manat + 30 manat ilkin ödəniş) Wd Ext. Hdd 2tb X1 üçün ümumilikdə, 329 (üç yüz iyirmi doqquz) manat olmaqla ondan 299.6 (iki yüz doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.4 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 627 (altı yüz iyirmi yeddi) manat (12 ay x 48 manat + 51 manat ilkin ödəniş) İmei Kod **********57185 X3 9 markalı telefon üçün ümumilikdə, 143 (yüz qırx üç) manat olmaqla ondan, 130( yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 758 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2020-ci il tarixli, 21053706 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 627 manat olan İmei Kod **********57185 X2 9 markalı telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay x 48 manat + 51 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tarixli, 22334991 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 357.6 manat olan Wd Ext. Hdd 2tb X1 əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay x 27.3 manat + 30 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı “ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 22373542 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 1155 manat olan Lenovo İdeapad 3 əldə etmiş, borc məbləğini 18 ay müddətinə ödəməyi (18 ay x 56 manat + 147 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 mart 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 28 mart 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 28 mart 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 04 avqust 2020-ci il tarixli, 21053706 saylı, 04 mart 2021-ci il tarixli, 22334991 saylı və 12 mart 2021-ci il tarixli, 22373542 saylı müqavilələrə əsasən, cavabdeh məişət avadanlıqları əldə etmiş, borc məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafikləri üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 28 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 04 avqust 2020-ci il tarixli, 21053706 saylı müqaviləyə əsasən 130 manat ödənilməmiş hissə, 13 manat dəbbə borcu, 04 mart 2021-ci il tarixli, 22334991 saylı müqaviləyə əsasən 299.6 manat ödənilməmiş hissə, 29.4 manat dəbbə borcu və 12 mart 2021-ci il tarixli, 22373542 saylı müqaviləyə əsasən 952 manat ödənilməmiş hissə, 95 manat dəbbə borcu olmaqla, cəmi 1519 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 758 manat təşkil edir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək 04 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 130 (bir yüz otuz) manat əsas, 13 (on üç) manat cərimə, 04 mart 2021-ci il tarixli müqaviləyə əsasən 299.6 (iki yüz doxsan doqquz manat altı qəpik) manat əsas, 29.4 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən 952 (doqquz yüz əlli iki) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat cərimə olmaqla, ümumilikdə 1519 (min nir yüz beş yüz on doqquz) manat borc və 35.19 (otuz beş manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 04 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 130 (bir yüz otuz) manat əsas, 13 (on üç) manat cərimə, 04 mart 2021-ci il tarixli müqaviləyə əsasən 299.6 (iki yüz doxsan doqquz manat altı qəpik) manat əsas, 29.4 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən 952 (doqquz yüz əlli iki) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat cərimə olmaqla, ümumilikdə 1519 (min nir yüz beş yüz on doqquz) manat borc və 35.19 (otuz beş manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1010/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1010/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver