Məhkəmə qərarları › İş №e-2(075)-1020/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1020/2023

20.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1020/2023 20.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Ərizəçi iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş və hazırda Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan oglu X7 oglunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, o, 13 oktyabr 2000-ci il tarixdə X1 ilə ailə qurmuşdur. Onunla birgə nikah dövründə xx.xx.2001-ci il tarixdə X3 və xx.xx.2005ci il tarixdə X7 oglu adlı uşaqları olmuşdur. Nikahlarının Şəki rayon Məhkəməsinin qətnaməsinə əsasən 01 mart 2012-ci il tarixdə pozulmuşdur. Nikahları pozularkən uşaqlar onun himayəsində saxlanılmışdır. Uşaqlarından xx.xx.2001-ci il təvəlüdlü Ərizəçi oglu xx.xx.2023-cü il tarixdən Şəki rayon Psixatriya xəstəxanasında “Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72. “ diaqnozu ilə xəstədir. O özünü idarə edə bilmir digər şəxsin qulluğuna qayğısına ehtiyacı vardır. O, öz hərəkətlərini ölçüb biçmək, idarə etmək qabiliyyətində deyildir. Ətrafdakılar üçün maneəçiliyi olmasa da, nə etdiyini və nə danışdığını tam dərk etmir. Öz hərəkətlərini qavramır, ölçüb biçmək qavramaq iqtidarında deyil. Onun daimi başqa şəxsin qulluguna qayğıya ehtiyacı var. O, onun evdə müalicəsi üçün əlindən gələni etmiş ancaq nəticəsi olmamışdır. Psixi qusuru ilə baglı öz hərəkətləri mənasını tam anlamır özünü tam idarə edə bilmir. Hazırda ona daimi nəzarət edir. Qulluq və qaygı göstərir. Onun üzərində qəyyum təyin edilməsinə zərurət vardır. Bununla baglı Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Qəyyumluq və Himayəcilik Kommissiyası tərəfindən ona bu məsələ ilə baglı Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X5 onun oğludur. Oğlu anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Ünsiyyət qurmaq bacarığı yoxdur. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 14 iyul 2023-cü il tarixli, 348 nömrəli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 psixi qüsurludur. Onda ağır dərəcəli əqli gerilik, davranş pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi aşkar olunmuşdur. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X5 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü övladı X5 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş. xx.xx.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməm tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli, 200 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X5 04 fevral 2023-cü il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar