Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1027/2022 09.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdehnə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki ayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənimbarəmdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.02.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat qaz sərfiyyatının hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 19 aprel 2022-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. 04 may 2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi göndərərək, iddiaçı ünvan 1 ünvanda yaşayan İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” ilk iddia ərizəsinin rədd edilməsi Cavabdeh ünvan 2 ünvanda yaşayan İddiaçı qarşı “borcun tutulmasına dair” qarşılıqlı iddia ərizəsinin təmin edilərək ünvan 1 ünvanda yaşayan İddiaçı Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 333,60 (üç yüz otuz üç, 60 qəpik) manat pulun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz) manat 40 qəpik, cəmi 852 (səkkiz yüz əlli iki) manat əsas borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə isə 882,40 (səkkiz yüz səksən iki) manat 40 qəpik borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN 900001881, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmşdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında özünə məxsus fərdi yaşayış evində yaşayır. İstifadəsində olan evdə qazdan istifadə etdiyinə görə küçədə qaz sayğacı quraşdırılmışdır. Həmişə işlətdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Bildirmişdir ki, 25.02.2022-ci il tarixdə Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər sahəsinin əməkdaşları yaşadığı ünvanına gələrək istifadəsində olan qaz sayğacının yenisi ilə əvəz edilməsini bildirmişlər. O, Cavabdeh İB-nin əməkdaşlarına heç bir irad, etiraz bildirməmiş, hətta onlara kömək etmiş, sayğacı açmaq üçün açar da vermişdir. Onlar təxminən bir saat ərzində istifadə etdiyi sayğacı yeni, mexaniki sayğacla əvəzləmiş və bu barədə ******* saylı akt tərtib etmişdilər. Həmin aktda açılan sayğacda heç bir çatışmamazlıq göstərilməmişdir. Onun barəsində tərtib edilmiş 25.02.2022-ci il tarixli ******* nömrəli akt qanunsuzdur. Belə ki, Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə qanunvericiliyin müvafiq tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, 2 nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən 2 nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün və onun savadsızlığından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin tarixsiz aktı tərtib edərkən qanunvericilyin tələləblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı 06.06.2022ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçına məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Bildirmişdir ki, cavabdeh İddiaçı **********00000 saylı qaz hesabında 852 manat borc vardır. Sözügedən borcun 333,60 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 518,40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 333,60 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvan 2 ünvanda hazırda istismarda olan G4 markalı **********9 nömrəli sayğacın 1050 m3 göstəricisi ilə müəyyən edilmişdir. Bildirmişdir ki, qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518,40 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvan 2 ünvanında istismarda olmuş G-4 markalı 1402AZ**********12 nömrəli qaz sayğacına baxış keçirilmiş və zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu 11.02.2022-ci il tarixli 29/1710-05493-1 saylı rəydə “sayğacın klapanı sınıqdır” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.02.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt 1 əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 25.02.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 (və ya 518,40 manat) həcmində müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Bildirmişdir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman istehlakçı tərəfindən təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Çünki istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 dekabr 2021-ci il tarixli, 109255 nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “İtron” tipli G-4 markalı 1402AZ**********12 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********9 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-05493-1 saylı aktına əsasən sayğacın klapanının sızıq olması və sayğacın mənfiyə işləməsi müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 25 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 5 ünvanında yerləşən evində qaz işlədicilərindən G4 markalı 1402AZ**********12 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4320 m3 müəyyən edilərək onun dəyəri olan 432 manat məbləğdə ziyan (4320 m3 x 0.12 man = 518,40 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə 22 fevral 2002-ci il tarixli 17244 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləndən görünür ki, cavabdeh İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Göründüyü kimi, 06 dekabr 2021-ci il tarixli, 109255 nömrəli akta əsasən iddiaçıya məxsus ünvan 5 ünvanında yaşadığı evdə quraşdırılmış “İtron” tipli G-4 markalı 1402AZ**********12 nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********9 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın klapanının cızıq olması və sayğacın mənfiyə işləməsi, müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X5 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X6 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Məhkəmə ilk iddiaya münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın klapanının sızıq olması və sayğacın mənfiyə işləməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin Qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh İddiaçı yaşadığı ünvanında yerləşən mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı borcunu tam şəkildə ödəməmişdir. İşdə olan abonentin saldosundan gorünür ki, əvvəllər abonentin ünvanında movcud olmuş smart tipli sayğac üzrə 207.60 manat borc qalmış, sonradan quraşdırılmış mexaniki sayğac üzrə isə 48.96 manat və 77.04 manat borc yaranmışdır. Belə ki, 207.60+48.96+77.04 =333.60 manat. Bundan başqa qarşılıqlı iddia tələbindən görünür ki, iddiaçıdan tələb edilən borc məbləği 852 manatdır. Sözügedən borcun 333,60 manat hissəsi sayğac göstəricisinə əsasən hesablanmış borc, 518,40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabatdır. Belə olduqda 852- 518.40=333.60 manat borc təşkil edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 25 fevral 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 518,40 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməli, həmçinin qarşılıqlı iddia isə qismən təmin edilərək, cavabdeh İddiaçı təbbi qazdan istifadəyə görə yaranmış 333,60 manat əsas borc tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir, qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Qarşılıqlı iddia qismən təmin edildiyindən 30.40 manat dövlət rüsumunun 20 manatı qarşılıqlı iddiaçının özünə aid edilməli, 10.40 manatı isə İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 25 fevral 2022-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 518,40 (beş yüz on səkkiz manat, 40 qəp) məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 333,60 (üç yüz otuz üç manat, 60 qəpik) manat məbləğində borc, tutularaq Cavabdeh (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN 900001881, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) xeyrinə ödənilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumunun 20 manatı qarşılıqlı iddiaçının özünə aid edilsin, 10.40 manatı isə İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1027/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1027/2022
09.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver