Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1031/2024 04.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə ölmüş X9 1900-cü ildə anadan olmuş X3 anası olması hüquqi faktının müəyyən edilməsi, 1900-cü ildə anadan olmuş Şəki şəhər sakini X3 19 sentyabr 1958-ci ildə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsi isə ümumi birgə olmaqla X2na məxsus olmuşdur. X2 xx.xx.1957-ci ildə vəfat etmişdir. 1900-cü il təvəllüdlü atası X12 isə 19 sentyabr 1958-ci il tarixdə vəfat edib. O, X2ndan qalmış miras əmlakının atası X8 düşən payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət edib. Bunun üçün Notariat Ofisində ondan X2nın və atası X3 ölüm haqqında şəhadətnamələrini və atasının doğum şəhadətnaməsini tələb edilmişdir. Lakin həmin sənədləri o təqdim edə bilmədiyi üçün Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu Nadir Zeynalovun 17 fevral 2024-cü il tarixli qərarı ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. xx.xx.1957-ci ildə vəfat etmiş X2nın ölümünə dair qeyd Şəki Rayon Qeydiyyat Şöbəsində mövcuddur, lakin nənəsi ilə onun qohumluq münasibətlərini təsdiq edən sübut olmadığı üçün Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin sənəd ona verilməmişdir. 19 sentyabr 1958-ci ildə ölmüş atası X3 isə nə doğum sənədi, nə də ki, ölüm sənədi mövcud deyil. Həmin sənədlərin əldə edilməsi üçün o Şəki Rayon Qeydiyyat Şöbəsinə və Azərbaycan Respublikasının X28 müraciət etmiş, lakin həmin sənədlər aşkar edilməmişdir. Göründüyu kimi atasının doğumuna və ölümünə dair sənədləri o məhkəmədən kənar başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi bildirdi ki, X12 onun atasıdır. Atası öldükdə onun 2 yaşı var idi. Ölüm səbəbi ürək xəstəliyi ilə bağlı olub. Atası 56 yaşında ölmüşdür. Ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X4 əvvəlki məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. X12 isə onun atasıdır. X15 onun nənəsidir. Nənəsi öləndə onun 7 yaşı var idi. Ölümünü uşaq olsa da xatırlayır. O, 94 yaşında rəhmətə gedib. Atası ürək xəstəliyindən rəhmətə gedib. X31 Kombinatında fəhlə işləyib. İşin halları Azərbaycan Respublikası Şəki Regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-Ə-69-815/2023 nömrəli arayışdan görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1955-1961-ci illər, ölüm haqqında bərpa akt qeydi kitablar isə 1959-2023-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti yanında “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 121 nömrəli arayışdan görünür ki, X1 Əsabəli Abdurəşid oğlunun anası olub. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “X29” X24 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 18-1-2/2-V-42-141/2024 nömrəli məktubundan görünür ki, X25 1958-ci ildə vəfat etmiş X6 aid xəstəlik tarixinin saxlama müddətinin keçdiyindən ölüm haqqında şəhadətnamə təqdim edilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X24 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 18-1-71/2-V-103-xxxx/2024 nömrəli məktubundan görünür ki, X10 1958-ci ildə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X27 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. X9 və X3 qəbrinin fotoşəkillərindən görünür ki, X15 1957-ci ildə və X12 isə 1958-cı ildə vəfat etmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən Şəki Rayon Qeydiyyat Şöbəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-770/24 nömrəli ölüm haqqında akt qeydindən də görünür ki, xx.xx.1957-ci il tarixdə ölmüş X9 ölməsi barədə məlumatı oğlu X12 vermişdir. Azərbaycan Respublikası Şəki Regional” ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 3-16-5/8-15-815/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarıın reyestri xidmətinin arxivində, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Odur ki, X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Şəki Regional” ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/7-Ə-69- 784/2023 №-li arayışdan görünür ki, X18 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-48-TA/2-V-00851/2023 nömrəli məktubdan görünür ki, Şəki şəhəri üzrə 1900-cü ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər X28 təhvil verilmədiyi üçün doğum akt qeydinə dair arayış verilə bilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X3 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən Şəki Rayon Qeydiyyat Şöbəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş ölüm haqqında akt qeydindən də göründüyü kimi xx.xx.1957-ci il tarixdə ölmüş X9 ölməsi barədə məlumatı oğlu X12 vermiş və bununla da məlum olur ki, X1 Əsabəli Abdurəşid oğlunun himayəsində yaşamaqla onun anası olmuşdur. Həmçinin 1900-cü ildə anadan olmuş Şəki şəhər sakini X1219 sentyabr 1958-ci ildə ölmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci ildə ölmüş X9 1900-cü ildə anadan olmuş X3 anası olması hüquqi faktının müəyyən edilməli həmçinin, 1900-cü ildə anadan olmuş Şəki şəhər sakini X3 19 sentyabr 1958-ci ildə ölməsi hüquqi faktının müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə ölmüş X9 1900-cü ildə anadan olmuş X3 anası olması və 1900-cu ildə anadan olmuş Şəki şəhər sakini X3 19 sentyabr 1958-ci ildə vəfat etməsi hüquqi faktları müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1031/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1031/2024
04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver