Məhkəmə qərarları › İş №e-2(075)-1068/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1068/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1068/2025 28.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********83784 XİAOMİ REDMİ NOTE 12 PRO+ üçün 809.28 (səkkiz yüz doqquz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 80.72 (səksən manat yetmiş iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********73941 XİAOMİ REDMİ 12 markalı telefon üçün 480.96 (dörd yüz səksən manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 48.04 (qırx səkkiz manat dörd qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99678 HUAWEİ NOVA Y90 markalı telefon üçün 452.86 (dörd yüz əlli iki manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 45.14 (qırx beş manat on dörd qəpik) manat borc, ümumilikdə 1917 manat borc və 39.17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022ci il tarixli müqavilələrə əsasən, İmei kod **********83784 XİAOMİ REDMİ NOTE 12 PRO+ markalı telefon, İmei kod **********73941 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********99678 HUAWEİ NOVA Y90 markalı telefonalmış və nəticədə 1917 (min doqquz yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1081.08 (min səksən bir manat səkkiz üəpik) manat (18 ay x 60.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83784 XİAOMİ REDMİ NOTE 12 PRO+ markalı telefonüçün ümumilikdə, 890 (səkkiz yüz doxsan) manat olmaqla ondan, 809.28 (səkkiz yüz doqquz manat iyirmi səkkzi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80.72 (səksən manat yetmi iki qəpik) manat cərimə. xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597.96 (beş yüz doxsan yeddi manat doxsan altı qəpik) manat (18 ay x 33.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********73941 XİAOMİ REDMİ 12 markalı telefonüçün ümumilikdə, 529 (beş yüz iyirmi doqquz) manat olmaqla ondan, 480.96 (dörd yüz səksən amnat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.04 (qırx səkkiz manat dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 832.86 (səkkiz yüz otuz iki manat səksən altı qəpik) manat (18 ay x 46.27 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********99678 HUAWEİ NOVA Y90 markalı telefonüçün ümumilikdə, 498 (dörd yüz doxsan səkkiz) manat olmaqla ondan, 452.86 (dörd yüz əlli iki manat səksən altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.14 (qırx beş manat on dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 768.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********83784 XİAOMİ REDMİ NOTE 12 PRO+, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********73941 XİAOMİ REDMİ 12 markalı telefonu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99678 HUAWEİ NOVA Y90 markalı telefon cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 809.28 (səkkiz yüz doqquz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 80.72 (səksən manat yetmiş iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 480.96 (dörd yüz səksən manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 48.04 (qırx səkkiz manat dörd qəpik) manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 452.86 (dörd yüz əlli iki manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 45.14 (qırx beş manat on dörd qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodun **********83784 XİAOMİ REDMİ NOTE 12 PRO+ üçün 809.28 (səkkiz yüz doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********73941 XİAOMİ REDMİ 12 markalı telefon üçün 480.96 (dörd yüz səksən manat doxsan altı qəpik) manat əsas borc və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********99678 HUAWEİ NOVA Y90 markalı telefon üçün 452.86 (dörd yüz əlli iki manat səksən altı qəpik) manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 40 (qırx) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 20 (iyirmi) manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 20 (iyirmi) manat cərimə borcu Cavabdeh alınaraq tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 38.23 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodun **********83784 XİAOMİ REDMİ NOTE 12 PRO+ üçün 809.28 (səkkiz yüz doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 40 (qırx) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********73941 XİAOMİ REDMİ 12 markalı telefon üçün 480.96 (dörd yüz səksən manat doxsan altı qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********99678 HUAWEİ NOVA Y90 markalı telefon üçün 452.86 (dörd yüz əlli iki manat səksən altı qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, ümumilikdə 1823.1 (bir min səkkiz yüz iyirmi üç manat on qəpik) manat ödənilməmiş hissə, 38.23 (otuz səkkiz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar