Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1081/2024 17.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1 Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1 Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 07 aprel 2021-ci il tаrixli, 2v-214 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab edilməsi, həmin şəhаdətnаmədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə iddiaçıya düşən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə Cavabdeh2 da cavabdeh qismində cəlb etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 07 aprel 2021-ci il tаrixli, 2v-214 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab edilməsi, həmin şəhаdətnаmədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə iddiaçıya düşən miras payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi miras qalmışdır. İddiaçının oğlu ailə üzvləri həmin ünvanda yaşamışdır. Daha sonra həmin evi kirayə vermiş və mütəmadi olaraq evə baş çəkmişlər. Cavabdeh2 Bakı şəhərində olmuşdur. Cavabdeh2 iddiaçıdan və digər vərəsədən xəbərsiz vərəsələrin sayını gizlədərək Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. İddiaçının anası X4 rəhmətə gedəndən sonra aşağıdakı vərəsələri qalmışdır. 1. Qızı Cavabdeh2 2. Oğlu İddiaçı 3. X1. İddiaçının nümayəndəsi vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə аlmаq üçün notаriаt kontorunа mürаciət etmiş, lakin notariat ofisinin notariusu xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirərək məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Bundan sonra vəkil sorğusu əsasından vərəsəlik işinin təsdiq olunan surəti əldə edilmiş və hazırda məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Hesab edirik ki, notariat kontoru da öz növbəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional Cavabdeh1 Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Şəki Regional Cavabdeh1ndə Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi: Şəki şəhəri, X13 küçəsi, ev 11/2 ünvanında qeydiyyatda olan Cavabdeh2 olmaqla miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********86 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, 95-ci kvartal ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, **********86 seriya nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, 95-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi X2 tam hissədə mülkiyyətində olmuşdur. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 5/8-16-2513/24 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qedyiiyat informasiya sisteminə əsasən X2 ailə üzvləri X3, X6 və İddiaçıdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli məktubundan görünür ki, X2 adına ünvan 6 ünvanda fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır.Ərazi idarəsinin arxiv materiallarında X2 adına Şəki şəhəri, 119A kvartalında torpaq sahəsi aşkar edilməmişdir. - Şəki şəhəri “Giləhli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onun Cavabdeh2 adlı vərəsəsi qalmışdır. - İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 349995 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən Cavabdeh2 iddiaçıdan və digər vərəsədən xəbərsiz vərəsələrin sayını gizlədərək Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. İddiaçının anası X4 rəhmətə gedəndən sonra Cavabdeh2, İddiaçı, X6 vərəsələri qalmışdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X4 xx.xx.2019-cu ildə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2019-cu il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Şəki regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X9 tərəfindən X4 barəsində vərəsəlik işi açılarkən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş, vəfat etmiş X4 digər vərəsələri nəzərə alınmamışdır. Bundan əlavə miras qoyan şəxs X4 barəsində notariat kontorunda vərəsəlik işi açılarkən Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius tərəfindən isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarılmışdır. Göründüyü kimi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 07 aprel 2021-ci il tаrixli, 2v-214 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab ediməli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsində yerləşən miras əmlaka dair İddiaçı adına 1/3 hissədə pay müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 07 aprel 2021-ci il tаrixli, 2v-214 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmə etibarsız hesab edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsində yerləşən miras əmlaka dair İddiaçı adına 1/3 hissədə pay müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1081/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1081/2024
17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver