Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1093/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2005-ci il təvəllüdlü X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, oğlu X4 xx.xx.2005-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ona anadan gəlmə spastik serebral iflic, spastik tetraplegiya, kobud hərəki pozğunluq, immobillik, ağır dərəcəli əqli gerilik, İQ əmsalı 18%, kobud nitq qüsuru diaqnozu təyin edilmiş və müddətsiz əlillik təyin edilmişdir. Daima kənar qulluğa ehtiyacı olduğu üçün ona birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Dövlət tərəfindən verilən müavinətləri ala bilmək üçün qəyyum təyin edilməsi ilə bağlı müvafiq qurumlara müraciət etmələri bildirilmişdir. Bundan sonra o oğlu X2 qəyyum təyin olunmağı üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2023-cü il tarixli məktubunda oğlu Nüsrət Cəfərlinin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Uzun illərdir ki, oğlu xəstəlikdən əziyyət çəkir və əqli geriliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X4 onun oğludur. Oğlu anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 07 avqust 2023-cü il tarixli, 376 nömrəli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 psixi qüsurludur. Onda ağır dərəcəli əqli gerilik, davranş pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi aşkar olunmuşdur. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X4 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının aparatı tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü övladı X4 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş. xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan vəsiqədən görünür ki, X2 Şəki rayon ƏSMM tərəfindən 11 aprel 2011-ci ildən əlillik təyin edilmiş və bu barədə 243808 nömrəli vəsiqə verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X1 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1093/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1093/2023
12.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver