Məhkəmə qərarları › İş №e-2(075)-111/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-111/2023

01.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-111/2023 01.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 029929 nömrəli akt üzrə hesablanmış 596 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1na məxsusdur. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin nümayəndələri fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirən zaman elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğunu və kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsilə sayğac dövrədən qismən kənarlaşdırıldığını bildirmişlər. Bu səbəbdən 19 sentyabr 2022-ci il tarixdə 029929 saylı akt tərtib edərək, həmin akt əsasında 596 manat məbləğində cərimə hesablanmışdır. Göstərmişdir ki, qeyd olunan sayğac fərdi yaşayış evindən kənarda yerləşir. Sayğac onun iştirakı olmadan açılmış və sayğac labaratoriyaya aparılan zaman sayğacın müayinəsi üçün dəvət edilməmişdir. Sayğacın üzərində plomb varsa sayğaca müdaxilə qeyri-mümkündür. Onlardan başqa qonşuluqlarında yerləşən digər evlərədə cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib olunmuşdur. Bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən hesablaşma elektrik sayğaclarının örtük qutularında DSM möhürü olmalıdır. Hesablaşma elektrik sayğaclarının örtük qutularında sözügedən möhür olmadıqda istehlakçı məsuliyyət daşıyır, bir şərtlə ki, hesablaşma elektrik sayğacının DSM möhürünün qoparılmasında istehlakçının təqsiri müəyyən edilsin. Lakin hesablaşma elektrik sayğacının dövlət möhürünün zədələnməsində istehlakçının təqsiri müəyyən edilməmiş və ya cavabdeh bu halı təkzib edə bilməmişdir. Enerji satış şöbəsinin nəzarətçisi hesablaşma sayğaclarının texniki parametrləri haqqında məlumatı, hesabat ayında xidməti sahəsi üzrə texnoloji sərfiyyat itkilərinin müəyyənləşdirilməsi və enerji balansının çıxarılması zamanı məlumatlı olmaq və balansa nəzarət etmək məqsədilə sahədəki digər istehlakçıların qoyulmuş ümumi gücü və eləcə də onlara məxsus olan şəxsi güc transformatorlarının və elektrik verilişi xətlərinin parametrləri haqqındakı məlumatları şəbəkənin müvafiq şöbə və xidmətlərindən qəbul etməlidir. Lakin cavabdeh tərəf enerji satış şöbəsinin nəzarətçisinin sahəni qidalandıran elektrik verilişi xəttinin başında və ya budaqlanma düyün nöqtələrində quraşdırılmış hesablaşma və ya balans sayğaclarının texniki parametrləri haqqında məlumatı şəbəkənin müvafiq şöbə və xidmətlərindən qəbul etməsi barədə sübutu mövcud deyildir. Hesab edir ki, tərtib edilən akt və onun əsasında yazılmış cərimə əsassızdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X16 29 mart 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 029929 saylı akt əsasında əsassız hesablanmış 596.00 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının ünvan 2ndə yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X9 adına olmaqla **********16689 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən ünvan 2ndə İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X8 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu, sayğacın giriş faza yuvasına “sıfır” xətti, sıfır yuvasına isə “faza" xətti daxil edilərək kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsiylə sayğacın dövrədən qismən kənaşdırılaraq X8 edildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X8 Qaydalarının” 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029929 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, NDM029929 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 4586 kvt.s, dəyəri 596.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EElQ"-nın 8.17 İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun mUəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EElQ"-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İddiaçı cavabdeh “Azərişıq" ASC-yə xx.xx.2022-ci il tarixli 029929 saylı akt əsasında əsassız hesablanmış 596.00 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X8 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, X4 EŞ-nin enerji satış bazasında **********16689 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli, NDM seriaylı 029929 nömrəli aktdan görünür ki, yoxlama zamanı sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması, yəni sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin daxil olması aşkar olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 iyun 1978-ci il tarixli, İ-ЖГ 433536 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X14 arasında 15 iyul 1978-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 avqust 1979-cu il tarixli, Vİ-ЖГ 379492 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1979-cu il təvəllüdlü İddiaçı atası X6, anası X7r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 iyun 2020-ci il tarixli, AZ-İİ 080810 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 20 may 2020-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 170 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 04 dekabr 2022-ci il tarixli, 4706 nömrəli məktubundan görünür ki, 20 may 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və X10r. “X8 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X8də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 19 sentyabr 2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov 19 sentyabr 2022-ci il tarixli, NDM seriaylı 029929 saylı X8 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması, yəni sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin daxil olduğu halda bazada DDS-26 kimi göstərilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X8 zamanı istehlakçı tərəfindən X8 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X8 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, NDM seriaylı 029929 saylı akt əsasında hesablanmış 596 manat məbləğində saxlanılmış borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, 029929 saylı akt əsasında hesablanmış 596 manat borc İddiaçı hesabından silinsin. 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar