Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-111/2025 25.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, 3-cü şəxslər X23 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı (3cü şəxslər X23, X7 və X21) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 04 iyun 2016-cı il tarixli 2V-70 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə, 04 iyun 2016-cı il tarixli 2V-70 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş notarius barədə isə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə X24 ilə qeyri-rəsmi ailə qurmuşdur. Zaur daha öncə ailəli olub ayrıldığından toy etməmiş və atası razı olmadığına görə rəsmi nikah qeyd etdirməmişlər. xx.xx.2010-cu il tarixdə onların X25 adlı bir övladı olmuşdur. xx.xx.2011-ci il tarixdə əri avtoqəza zamanı vəfat etmişdir. Övladı anadan olan zaman rəsmi nikahları olmadığından övladının doğum haqqında şəhadətnaməsində o, tək ana kimi qeyd edilmişdir. Əri vəfat etdikdən sonra məhkəmə qaydasında atalıq müəyyən edilmiş və Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən ona atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Ərinin vəfatından sonra yəni xx.xx.2016-cı il tarixdə qaynatası X11 vəfat etmişdir. Mərhum qaynatasından miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum qaynatasının 4 vərəsəsi yəni qaynanası Padimat Əmrahova, İlqar Əmrahov, Araz Əmrahov və onun mərhum əri Zaur Əmrahov vərəsə olmuşlar. Onun əri də vəfat etdiyindən ona çatası miras payın ½ hissəsi övladı X18 çatmalıdır. Buna görə də o bir müddət öncə mirası qəbul etmək üçün notariat orqanına müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, 2016-cı ildə qaynanası Padimat Əmrahova mərhum qaynatasından miras qalmış əmlaka dair xx.xx.2016-cı il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Buna görə də Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xətai Səmədov tərəfindən xx.xx.2024-cü il tarixli, X-2389 nömrəli Notariat hərəkətinin aparılmasından imtina haqqında qərar qəbul etmişdir. Halbuki, onun oğlunun həmin miras əmlakdan payı var. Lakin qaynanası Padimat Əmrahova saxta yolla onun xəbəri olmadan xx.xx.2016-cı il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Yuxarıda qeyd etdiyi xüsusatlar tamamilə təsdiq edir ki, həmin dövrdə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu öz vəzifəsindən suiistifadə edərək maddi maraq naminə onun oğlunu vərəsə kimi gizlədərək saxta xx.xx.2016-cı il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmiş və bunu təsdiq etmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X4, X7 və X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 izahat verərək, atası rəhmətə gedən vaxtı ölüm pulunu anasının alması üçün mirasdan anasının xeyrinə imtina etmişlər. İddia tələbinin təmin edilməsinə hər hansı etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi və 3-cü şəxs X21 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - AZ-İ seriyalı 514731 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X24 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 510 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 805405 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 174 nömrə ilə qeyd edilmişdir. - AZ-İ 205936 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X13 İddiaçı olan X14 atası hesab edilməsi atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 184 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ 895593 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-cu il təvəllüdlü X14 atası X24, anası isə İddiaçıdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsi, ev 16 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 106.9 kv.metr yaşayış evi və 0.0647 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ½ hissə ümumi birgə mülkiyyətdə X5, ½ hissə tam və ½ hissə ümumi birgə mülkiyyətdə X12 adına qeydiyyata alınmışdır. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 03 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2016-ci ildə vəfat etmiş X3 qalmış miras əmlakdan xx.xx.2011-ci ildə vəfat etmiş X19 çatası miras paydan oğlu-X18 düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin xx.xx.2016-cı il tarixdə Şəki rayon 2 saylı notariat ofisində 2V-70 reyestr nömrəsi ilə X3 qalmış miras əmlaka dair tam hissədə vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - 04 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu Ş.M.Yusifov Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 16 aprel 2016-cı il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 5 ünvanında qeydiyyatda olan X8 olmaqla miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 84 nömrəli arayışa əsasən Şəki “SUKANAL” TSC tərəfindən ona hesablanmış olan əmanət pulundan ibarətdir. - Azərbaycan Respublikası "xxxx" ASC Şəki “SUKANAL” TSC tərəfindən verilmiş 03 iyun 2016-cı il tarixli 84 nömrəli arayışdan görünür ki, Şəki “Sukanal” TSC-nin su kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyən X11 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Şəki “Sukanal” TSC tərəfindən ona hesablanmış son haqq-hesab 913,55 manat olmuşdur. - xx.xx.2016-cı il tarixli X7 tərəfindən ünvan 6 ünvanlanmış ərizədən görünür ki, 16 aprel 2016-cı il tarixdə vəfat etmiş X5 vərəsələri X9, X21 və X20r. - Şəki şəhər “Əşirlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 07 nömrəli iyun 2016-cı il tarixli vərəsəliyə dair arayışdan görünür ki, 16 aprel 2016-cı il tarixdə vəfat etmiş X5 vərəsələri X9, X21, X24 (vəfat edib), X20r. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı 2010-cu ildə X24 ilə qeyri-rəsmi ailə qurmuşdur. xx.xx.2010-cu il tarixdə onların X25 adlı bir övladı olmuşdur. xx.xx.2011-ci il tarixdə X24 vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra, yəni xx.xx.2016-cı il tarixdə qaynatası X11 vəfat etmişdir. İddiaçının mərhum qaynatasından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. X6 vərəsələri: X9, X21, X24 (vəfat edib), X20r. X1 barəsində vərəsəlik işi açılarkən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş, vəfat etmiş X13 vərəsəsi nəzərə alınmamışdır. Bundan əlavə miras qoyan şəxs X11 barəsində notariat kontorunda vərəsəlik işi açılarkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 04 iyun 2016-cı il tarixli 2V-70 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, iddiaçının notarius barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən belə bir qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 04 iyun 2016-cı il tarixli 2V-70 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-111/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-111/2025
25.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver