Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1112/2023 14.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Ravon R4 LT” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWBJF69V9LA044317 ban, 0390 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 aprel 2023-cü il tarixə 1130.63 manat gecikdirilmiş əsas borc, 668.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 173.79 dəbbə pulu olmaqla, cəmi 1973.39 manat borcun və ödənilmiş 40.14 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxılarkən İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə ünvanlayaraq İddiaçı MMC ilə bağlanmış 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 avqust 2021ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2023-cü il tarixə 1426.96 manat gecikdirilmiş əsas borc, 822.60 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 762.05 dəbbə pulu və lizinq obyekti olan avtomobilə 4075 manat dəymiş zərər olmaqla, cəmi 7086.61 manat borcun və ödənilmiş 90.87 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Ravon R4 LT” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWBJF69V9LA044317 ban, 0390 mühərrik nömrəli, ağ rəngli avtomobil 16900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 23% hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 449.96 manat, ümumilikdə isə 22898 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 09 may 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında ALY-534 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 dekabr 2022-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 aprel 2023-cü il tarixə 1130.63 manat gecikdirilmiş əsas, 668.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 173.79 manat dəbbə pulu, cəmi 1973.39 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı MMC 11 avqust 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılması, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC və X4 İddiaçı MMCnin mülkiyyətində olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X4 lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nə olan 16,900 manat borcunu ona hesablanmış faizləri ilə birlikdə 42 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli, ALY-534 saylı daxili lizinq müqaviləsindən görünür ki, müqavilə əsasında X4 İddiaçı MMC-dən 4000 manat məbləğdə lizinq ödənişi etməklə, 42 ay müddətinə illik 23 % olmaqla 16900 manat məbləğində avtomobil almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli, ALY-534 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilədən görünür ki, X4 İddiaçı MMC-dən aldığı “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmış, Cavabdeh X2 İddiaçı MMC qarşısında olan bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli ALY-534 saylı öhdəliklərin ötürülməsi haqqında müqaviləyə 2 saylı əlavədən görünür ki, lizinq obyekti olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alana təhvil verildikdən sonra avtomobil təhvil verilənədək və həmçinin lizinq alanın istifadəsində olduğu bütün müddət ərzində avtomobildən istifadə nəticəsində törədilmiş inzibati xətaya görə tətbiq ediləcək inzibati cərimələri ödəməyi lizinq alan öz üzərinə götürür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 və Cavabdeh X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon R4 LT” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nə olan 16,900 manat borcunu ona hesablanmış faizləri ilə birlikdə 42 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli, 346 saylı maaliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə 02 avqust 2021-ci il tarixli ALY-534 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1130,63 manat əsas borc, 668,97 manat mükafat borcu və 173,79 manat cərimə borcu olmaqla, cəmi 1973,39 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli aktdan görünür ki, servis mərkəzində ilkin texniki baxış zamanı müəyyən olunmuşdur ki, “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2275 manat məbləğdə ehtiyat hissələrinin dəyəri, 1800 manat məbləğdə təmir xərci olmaqla ümumilkdə 4075 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, 15 may 2023-cü il tarixdə İddiaçı MMC-nə məxsus olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış və nəqliyyat vasitəsində “sağ, sol arxa faraların çatlaması, sağ, sol duman faralarının olmaması, qabaq alt üst abilsovkanın olmaması, buferlərin bağlanma hissəsində sağ sol tərəflərində sınıq olması və rənglənməyə ehtiyyac olması müəyyən olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli, 587 saylı maaliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə 02 avqust 2021-ci il tarixli ALY-534 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1426,96 manat əsas borc, 822,6 manat mükafat borcu və 762,05 manat cərimə borcu olmaqla, cəmi 3011,61 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 02 avqust 2021-ci il tarixli, ALY-534 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı minik avtomobil X2 istifadəsinə verilmişdir. Bundan sonra Cavabdeh ilə X4 arasında bağlanmış 09 may 2022-ci il tarixli, ALY-534 saylı öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən Cavabdeh X2 İddiaçı MMC qarşısındakı bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Cavabdeh lizinq müqaviləsinə əsasən müvafiq standartlara texniki şərtlərə, texniki istirmar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməyi, lizinq obyektinin saz və işlək vəziyyətdə saxlamağı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan cavabdehin istifadəsinə verilmiş “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 07 iyun 2023-cü il tarixli akta əsasən 4075 manat məbləğdə maddi ziyan dəymişdir. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını pozmuş, İddiaçı MMC-dən götürdüyü avtomobili saz vəziyyətdə saxlanılmasına riayət etməmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı MMC-nə maddi ziyan vurulmuşdur. Bundan başqa lizinq müqaviləsi və öhdəliklərin ötürülməsi haqqında müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə lizinq obyektinin tam saz vəziyyətdə verilməsinə, cavabdeh tərəfindən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişlərini qrafik üzrə müəyyən edilmiş məbləğdə və vaxtda ödəməsini müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «Azərmaş Alyans” MMC tərəfindən Cavabdeh lizinq obyekti tam saz vəziyyətdə verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh lizinq müqaviləsi və öhdəliklərin ötürülməsi haqqında müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC lizinq müqaviləsi üzrə yaranmış borc məbləğlərinin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.1-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; Həmin Məcəllənin 748-1.12.3-cü maddəsinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 762.05 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq İddiaçı MMC ilə bağlanmış 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2023-cü il tarixə 1426.96 manat gecikdirilmiş əsas borc, 822.60 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə 4075 manat dəymiş zərər olmaqla, cəmi 6424,56 manat borc və ödənilmiş 90.87 manat dövlət rüsumu alınaraq İddiaçı MMCnə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2023-cü il tarixə 1426.96 manat gecikdirilmiş əsas borc, 822.60 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə 4075 manat dəymiş zərər olmaqla, cəmi 6424,56 manat borc və ödənilmiş 90.87 manat dövlət rüsumu alınaraq İddiaçı MMCnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1112/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1112/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver