Məhkəmə qərarları › İş №e-2(075)-1124/2025

Şəki Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(075)-1124/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1124/2025 30.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2021-ci il tarixli MAS-4262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2025-ci il tarixinə 324,16 manat gecikdirilmiş əsas, 54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329,73 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2377,39 manat, ümumilikdə 3085,28 manat borc və ödənilmiş 50,86 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMCilə X2 arasında bağlanmış 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəncli avtomobil onun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödəniş cədvəlinə əsasənlizinq alan illik 24,5 % hesablanmaqla 48 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyə öhdəsinə götürmüşdür. Ödəməli olan 21802 manatın 14950 manat əsas məbləğ təşkil edir. 03 iyun 2022-ci il tarixində X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4262 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. Bundan bir neçə il sonra Cavabdeh müvəqqəti istifadəsində olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 yanvar 2025-ci il tarixində şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2377,89 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir.Eyni zamanda CavabdehMAS-4262 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti istifadə və sahibliyik etməsinə görə 03 yanvar 2025-ci il tarixinə ümumilikdə 707,89 manat məbləğində gecikmə borcu yaranmışdır. Cavabdeh yaranmış borcu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq onların iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı MMC ilə X2 arasında bağlanmış 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəncli avtomobil X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. - 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsinə 2 saylı Əlavə olan xx.xx.2021-ci il tarixli Təhvil-Təslim Aktından görünürki, 1 ədəd qiyməti 14950 manta olan , “Khazar LX” minik markalı, ağ rəncli, BAN – NVABA1HHFMF802770 nömrəli avtomobilİddiaçı MMC tərəfindən verilmiş, X2 tərəfindən qəbul edilmişdir. - 03 iyun 2022-ci il tarixli MAS-4262 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsindən göründüyü kimi, 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər Cavabdeh ötürülmüşdür. - xx.xx.2022-ci il tarixli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əlavə olan Təhvil- Təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətdə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - X7 MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli Qüsur aktından göründüyü kimi, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəncli avtomobilə 2377.39 manat təmir xərci hesablanmışdır. -xx.xx.2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə” Aktdan göründüyü kimi, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən təhvil verilmiş, X5 təhvil almışdır. Bu zaman nəqliyyat vasitəsinin sağ ön krılo, ön bufer, dumannı fara, qabaq abisovka əzilmiş hissələr olmuşdur. -xx.xx.2025-ci il tarixli İddiaçı MMC-nin verdiyi arayışdan görünür ki, gecikdirilmiş ümumi borc 707,89 manat təşkil edir. - xx.xx.2025-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı MMCiddia tələbinin məhkəməyə verilməsi ilə bağlı 50,86 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-10.6-cı maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasəniclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3-cü maddəsinə əsasənişdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4-cü maddəsinə əsasənişə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5-ci maddəsinə əsasənişə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1-ci maddəsinə əsasənqiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4-cü maddəsinə əsasəniddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəncli avtomobil X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödəniş cədvəlinə əsasən lizinq alan illik 24,5 % hesablanmaqla 48 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyə öhdəsinə götürmüşdür. 03 iyun 2022-ci il tarixli MAS-4262 nömrəli “öhdəliklərin ötürülməsi” barədə X2, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış müqavilə ilə 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsinin öhdəlikləri Cavabdeh ötürülmüşdür.Cavabdeh müqavilə şətrləri üzrə müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş nəqliyyat vasitəsinin təhvil verərkən müəyyən qüsurlar aşkarlanmış və bu barədə X7 MMC tərəfindən xx.xx.2025-ci il tarixli Qüsur aktı tərtib edilmiş və “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəncli avtomobilə 2377.39 manat təmir xərci hesablanmışdır. Eyni zamanda 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödəniş cədvəlinə əsasən illik 24,5 % hesablanmaqla 48 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına tam ödənilməmiş və yekunda 324,16 manat gecikdirilmiş əsas, 54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329,73 manat dəbbə pulu borcu qalmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi, nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi öhdəliyi 24 avqust 2021-ci il tarixliMAS-4262 saylı “Daxili lizinq” müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan lizin müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən50,86manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 24 yanvar 2021-ci il tarixli MAS-4262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2025ci il tarixinə 324,16 manat gecikdirilmiş əsas, 54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329,73 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2377,39 manat, ümumilikdə 3085,28 (üç min səksən beş manat 28 qəpik) manat borc və və 50,86 (əlli manat 86 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Şəki Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar