Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1126/2023 02.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kod **********16621 Samsung Galaxy A11 markalı telefon üçün 266.36 (iki yüz altmış altı manat otuz altı qəpik) manat əsas 26.64 (iyirmi altı manat altmış dörd qəpik) manat cərimə ; xx.xx.2020-ci il tarixli müqavilə üzrə tikiş maşını Singer üçün 24,38 (iyirmi dörd manat otuz səkkiz qəpik) manat əsas, 2,62 (iki manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********16621 Samsung Galaxy A11 markalı telefon və tikiş maşını Singer almış və nəticədə 320 (üç yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 405 (dörd yüz beş) manat (yəni 18 ay x 22.5 manat + 0 manat ilkin ödəniş) İmei kod **********16621 Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə, 293 (iki yüz doxsan üç) manat olmaqla, ondan 266.36 (iki yüz altmış altı manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.64 (iyirmi altı manat altmış dörd qəpik) manat cərimə ; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 346.4 (üç yüz qırx altı manat qırx qəpik) manat (yəni 12 ay x 26.7 manat + 26 manat ilkin ödəniş) tikiş maşını Singer üçün ümumilikdə, 27 (iyiri yeddi) manat olmaqla, ondan 24.38 (iyirmi dörd manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.62 (iki manat altmış iki qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 460.66 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 436, 438.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kod **********16621 Samsung Galaxy A11 markalı telefon üçün 266.36 (iki yüz altmış altı manat otuz altı qəpik) manat əsas 26.64 (iyirmi altı manat altmış dörd qəpik) manat cərimə ; xx.xx.2020-ci il tarixli müqavilə üzrə tikiş maşını Singer üçün 24,38 (iyirmi dörd manat otuz səkkiz qəpik) manat əsas, 2,62 (iki manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kod **********16621 Samsung Galaxy A11 markalı telefon üçün 266.36 (iki yüz altmış altı manat otuz altı qəpik) manat əsas 26.64 (iyirmi altı manat altmış dörd qəpik) manat cərimə ; xx.xx.2020-ci il tarixli müqavilə üzrə tikiş maşını Singer üçün 24,38 (iyirmi dörd manat otuz səkkiz qəpik) manat əsas, 2,62 (iki manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 02 iyun 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 12:50-də başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 13:00-da qurtardı. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1126/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1126/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver