Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1127/2022 30.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79435 XİAOMİ REDMİ NOTE 8T markalı telefon üçün 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********66106 XİAOMİ REDMİ 8 markalı telefon üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Mİ qulaqcıq üçün 51 (əlli bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 763 manat borc 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79435 XİAOMİ REDMİ NOTE 8T markalı telefon, İMEİ kodu **********66106 XİAOMİ REDMİ 8 markalı telefon, XİAOMİ Mİ qulaqcıq almış və nəticədə 763 (yeddi yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651.6 (altı yüz əlli bir, altmış qəp) manat (18 ay x 36.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********79435 XİAOMİ REDMİ NOTE 8T markalı telefon üçün ümumilikdə, 636 (altı yüz otuz altı) manat olmaqla ondan, 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500 (beş yüz) manat (20 ay x 21.8 manat + 64 manat ilkin ödəniş) İMEİ kodu **********66106 XİAOMİ REDMİ 8 markalı telefonüçün ümumilikdə, 71 (yetmiş bir) manat olmaqla ondan, 65 (altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 183.6 (yüz səksən üç, altmış qəp) manat (12 ay x 15.3 manat + 0 manat ilkin ödəniş) XİAOMİ Mİ qulaqcıq üçün ümumilikdə, 56 (əlli altı) manat olmaqla ondan, 51 (əlli bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 640.2 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79435 XİAOMİ REDMİ NOTE 8T markalı telefon üçün 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********66106 XİAOMİ REDMİ 8 markalı telefon üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Mİ qulaqcıqüçün 51 (əlli bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 763 manat borc 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79435 XİAOMİ REDMİ NOTE 8T markalı telefon üçün 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********66106 XİAOMİ REDMİ 8 markalı telefon üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Mİ qulaqcıqüçün 51 (əlli bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 763 manat borc 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1127/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1127/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver