Məhkəmə qərarları › İş №e-2(075)-113/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-113/2024

11.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-113/2024 11.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı və onun etibarnamə nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ona və övladlarına düşən miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, birgə nikah dövründə əldə edilən mərhum əri X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən iddiaçının 1/2 payının yəni miras payı ilə birlikdə 6/10 hissənin iddiaçının, 1/10 hissənin birgə nikahdan 27 dekabr 2014-cü il tarixdə doğulmuş övladları X8 və 1/10 hissənin 08 mart 2018-ci il tarixdə doğulmuş X9 münasibətdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki mərhum X3 ilə 24 oktyabr 2013- cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 487 nömrə ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında iki oğlan övladları olmuşdur. X3 xx.xx.2020-ci il tarixdə işlədiyi X16 əmək funksiyasını yerinə yetirərkən elektrik cərəyanın təsiri nəticəsində vəfat etmişdir. Yas mərasimindən sonra o, övladları ilə birlikdə atası evinə getmiş və hazırda orada yaşayır. Ərinin vəfatından sonra ondan “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. xx.xx.2021-ci il tarixdə mərhum ərindən qalan miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qəbul etmək üçün Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notarius tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuş və bu barədə xx.xx.2021-ci tarixli qərar qəbul edilmişdir. Qərarda tərəfindən mirasın qanunla müəyyən edilən müddəti ötürüldüyündən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Cavabdehlər Cavabdeh2 və X13 vərəsəlik işinin açılmasında maraqlı deyillər və notariat ofisinə gəlməkdən imtina edirlər. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X10 qarşı “miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ona və övladlarına düşən miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum əri X2 miras qalmış “VAZ 2106” markalı **-MS- *** dövlət nömrə nişanlı avtomobildən ona və övladlarına düşən miras payın müəyyən edilməsini tələb edir. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Artıq X1nun vəfatından 3 ildən də artıq müddət keçmiş və bu illər ərzində iddiaçı tərəfindən miras nə formal nədə ki, qeyri formal qaydada mirası qəbul etməmişdir. İddiaçının özü də etiraf etmişdir ki, mərhum əri xx.xx.2020-ci il tarixdə vəfat etmiş, lakin o qeyd edilən mirasın qəbulu ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 10 ay 21 gün sonra mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçının miras əmlakda payının müəyyən edilməsi üçün onun tərəfindən miras faktiki qəbul edilməli, mirasın qəbulu və ya mirasın qəbulu ilə bağlı ötürülmüş müddətinin bərpa edilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olmalı idi. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən mirasın qəbulu faktı və ya ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı MM-nin 1248.1ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ilə məhkəməyə müraciət edilməmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyil. Göründüyü kimi iddiaçı 6 ay ərzində mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməli olduğu olduğu halda 6 ay ərzində müraciət etməmiş qanunvericilikdə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür. Odur ki, İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərədə tutulmuş müddət ərzində mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmədiyindən və İddiaçı tərəfindən mərhum əri X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil ilə bağlı mirasın qəbulu faktı və ya ötürülmüş mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmadığından iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun etibarnamə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etdi. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmçə iclasına tədqiq edilmiş; Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2013-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X14 arasında 24 oktyabr 2013-cü il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 487 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada “Mustafayeva” soyadı verilmişdir. Şəki Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 08 mart 2018-ci il təvəllüdlü X5 və 27 dekabr 2014-cü il təvəllüdlü X5 ataları X11, anaları isə İddiaçıdır. AD № 417834 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 2106 markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən X4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 115765 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 06 iyul 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 336 nömrə ilə qeyd edilmişdir. Notariat hərərkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 27 may 2021-cil il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı mərhum əri X2 qalmış miras əmlakdan arvadı İddiaçı düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsinin İddiaçı müraciətinə ünvanladığı 05/M-145-13nömrəli, 25 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mərhum ərindən miras qalmış nəqliyyat vasitəsinə dair şəhadətnamənin verilməsinə köməklikm edilməsinə dair müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, əri Nəriman Mustafayev xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə ərizəniz əsasında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Şəki şəhər İcra Hakimiyyətinin Çələbixan Məhəllə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 121 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh2 arayış verilir ondan ötrü ki, mərhum oğlu X6 məxsus VAZ 2106 markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil qeyd olunan ünvandadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi VAZ 2106 markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə yaşamış arvadı İddiaçı və iki uşağı – Onur Mustafzadə, Uğur Mustafazadə və atası Cavabdeh2, anası Rəhimə Mustafayeva ailə üzvləri qalmışdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X11 xx.xx.2020-ci il tarixdə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2020-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Nəriman Mustafayevlə 24 oktyabr 2013-cü il tarixdə nikaha daxil olmuşlar. “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən X4 mülkiyyətinə verildiyindən həmin əmlak tərəflərin birgə nikahda olduğu müddətdə əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak tərəflərin birgə ümumi mülkiyyətidir və həmin avtomobilin 1/2 hissədə pay hüququ onun miras əmlakı hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X11, öldükdən sonra onların birinci növbə vərəsələri olan arvadı - İddiaçı və iki uşağı – Onur Mustafzadə, Uğur Mustafazadə və atası Cavabdeh2, anası Rəhimə Mustafayeva miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobilə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsində göstərildiyi kimi vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X11 öldükdən sonra onun birinci növbə vərəsələri olan arvadı - İddiaçı və iki uşağı – Onur Mustafzadə, Uğur Mustafazadə və atası Cavabdeh2, anası Rəhimə Mustafayeva miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobilin 1/10 hissəsindəki payına münasibətdə bərabər paylarla, yəni hər biri həmin əmlaka münasibətdə 1/10 hissədə mirası qəbul etmiş sayılırlar. Bundan başqa X12 tərəfindən etiraz ərizəsində göstərilən xüsusatlar yəni iddiaçı tərəfindən miras nə formal nədə ki, qeyri formal qaydada qəbul etməməsi, eyni zamanda miras əmlakda payının müəyyən edilməsi üçün onun tərəfindən mirasın faktiki qəbul edilməli, mirasın qəbulu və ya mirasın qəbulu ilə ötürülmüş müddətinin bərpa edilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olmalı olduğundan iddianın rəd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tələbi sassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında da göstərilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bundan başqa vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobilin 6/10 hissəsi İddiaçı, 1/10 hissəsi X8, 1/10 hissəsi X9, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi X10 münasibətdə müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobilin 6/10 hissəsi İddiaçı, 1/10 hissəsi X8, 1/10 hissəsi X9, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi X10 münasibətdə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar