Məhkəmə qərarları › İş №e-2(075)-1140/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1140/2025

24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1140/2025 24.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs Maraqlı şəxs və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-924 reyestr nömrəli, V-763/2021 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anaları X58 xx.xx.2006-cı ildə rəhmətə gedəndən sonra Şəki rayonu Böyük Dəhnə kənd ərazisində 0,4341 ha torpaq sahəsində yerləşən 250,2 kvm fərdi yaşayış evi, 0,0519 ha və 3,31 ha ümumi birgə mülkiyyətində olan torpaq sahələri miras qalmışdır. Fərdi yaşayış evinə anasının adına xx.xx.2020-ci il tarixli, **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 0,0519 ha torpaq sahəsi üzrə xx.xx.2021-ci il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 3,31 ha torpaq sahəsinə JN-367, KOD-40400018 olan dövlət aktına əsasən xx.xx.2021-ci il tarixində DƏDRX tərəfindən 698 və 599 nömrəli arayışlar verilmişdir. X23 vərəsələri; əri- X15, oğulları- X40, X37, X16, Maraqlı şəxs, qızları- X24, X8, İddiaçı1, İddiaçı2, X25 olmuşdur. X1 1985–ci ildə, qardaşları X40 1992-ci ildə, X37 2013-cü ildə, bacıları X24 2020-ci ildə vəfat etmişdir. Rəhmətə gedəndən sonra analarının yas mərasimini bütün övladları təmtəraqlı şəkildə təşkil etmişdir. Miras qalan fərdi yaşayış evinin bir hissəsində ailənin ən balaca oğlu Maraqlı şəxs yaşamış, bir hissəsində həmin həyətyanı sahədə digər qardaşları X9 məxsus fərdi yaşayış evi mövcud olmuşdur. Anaları rəhmətə gedəndən sonra miras qalmış fərdi yaşayış evinə digər vərəsələr vaxtaşırı gedərək təmizlik işlərini həyata keçirmişlər. Son dövrlərə kimi qardaş-bacılar arasında bir narazılıq olmamış, lakin bu yaxınlarda qardaşıları Maraqlı şəxs onları ata yurduna buraxmamış, bütün əmlakı öz adına keçirmişdir. Miras əmlakını digər vərəsələri dəvət etmədən adına bütöv necə keçirdiyini soruşsalar da, bu barədə məlumat verməmiş, onlar da vəkil vasitəsilə apardıqları araşdırma əsasında məlum olmuşdur ki, Maraqlı şəxs miras qoyanın vərəsələrinin dairəsini saxta arayış əsasında gizlədərək, vərəsəlik işi açdırıb bütün əmlakı öz adına keçirmişdir. Belə ki, anaları X49 miras qalmış əmlaklar üzrə xx.xx.2021-ci ildə vərəsəlik açılaraq Maraqlı şəxs tam hissə olmaqla “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Vəkil sorğusu əsasında Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisində xx.xx.2021-ci il tarixli 2V-924 nömrəli notariat işi götürülmüş, sənədlərlə tanış olarkən Şəki şəhər İHB-nın Böyük Dəhnə kəndindəki nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 247 nömrəli vərəsələrinə dair arayışında X38nın 9 vərəsəsindən cəmi 3 nəfər vərəsənin göstərildiyi müəyyənləşmişdir. Şəki şəhər İHB-nın Böyük Dəhnə kəndindəki nümayəndəsi mərhumun vərəsələrini gizlədərək 3 vərəsənin olması barədə saxta arayış vermişdir. Bununla da Notariat ofisinin notariusunu aldadaraq mübahisəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni əldə etmişdir. Ona görə də onlar, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edib izahat verərək bildirmişdir ki, onlar 9 bacı-qardaş olmuş, atası, anası və bacı-qardaşları ilə birlikdə Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən ata evində yaşamışlar. X5 oğlu, X37 və bacısı X26 vəfat etmişlər. Evlənib gəlin köçənədək o və digər bacıları-X24, X8, İddiaçı1, İddiaçı2, X25 ata evində yaşamış, həmin evdə böyümüşlər. Onların hər biri ata və analarının dəfn və yas mərasimində iştirak etmiş və öz üzərlərinə düşən övladlıq vəzifələrini yerinə yetirmişlər. Anası vəfat edənə kimi və vəfat etdikdən sonra ata evinə gedib gəlmiş, ata və anasından miras qalmış əmlaklardan – evdən, həyətyanı torpaq sahəsindəki bağdan istifadə etmiş, otunu biçmiş, meyvələrini dərib yemiş və aparmışlar. O, evləri yaxın olduğu üçün digərlərindən də daha tez-tez valideynlərinə baş çəkmiş, qulluqlarınd dayanmış, tibb bacısı olduğuna görə anasının müalicələrində iynəsini vurub dərmanlarını qəbul etdirmiş, hətta digər bacısı Mapəri ailəsində yaranmış söz-söhbərə görə anası rəhmətə getməmişdən gəlib anası ilə yaşayıb anasına qulluq etmiş, anası vəfat edən də yas mərasimi qurtarandan sonra orada qalıb yaşamış, sonradan çıxıb getmişdir. Anaları hələ ölməmişdən öz qabqacaqlarından hər birinin miras payını ayırb göstərmiş, anası vəfat edəndən sonra miras qabqacaqdan o da götürmüşdür. Üçüncü şəxs Maraqlı şəxs anasından miras qalmış ev və torpaq sahəsini adına keçirməsindən onların xəbəri olmamışdır. Rəfaıl Məmmədkərimov Notariat ofisinə saxta arayış təqdim edərək anasının vəsələrini 3 nəfər kimi, yəni Səmayə Məmmədkərimova, Sakit Məmmədkərimov və Maraqlı şəxs göstərmiş, digər vərəslərin varlığını Notariat ofisindən gizləmişdir. Maraqlı şəxsla onun oğlu Vasif arasında baş vermiş dava-dalaşdan sonra aralarında münasibət soyumuş, gediş-gəliş olmamış, buna görə də mirasdan payını tələb edəcəyindən ehtiyatlandığına görə Rəfayıl ondan mirası adına keçirdiyini gizlətmişdir. Onlar Rafayılın mirası tamamilə adına keçirməsini yaxın günlərdə digər qardaşının ailə üzlərinin miras evin həyətində ağac budamasından Rəfayıl polis şöbəsinə şikayət etdikdən sonra xəbər tutmuşlar. Hazırki iddia ilə məhkəməyə müraciət etdiklərindən sonra Rəfayıl Mapərinin oğluna anasının ərizəni geri götürməsini təklif etmiş, geri götürərsə sığınacaq verəcəyinə və torpaqdan payını ayıracağına söz verib inandırmağa çalışmışdır. Maraqlı şəxs miras payın ayrılmasından onları kənarda qoyub, mirasın mühafizə, idarə, qəbul edilməsində onlarla eyni qaydada iştirak edib hüquqa malik olan bacıları Səmayə Məmmədkərimovanı mirasın açılmasına dəvət edərək kənarda qoymaması, vərəsəlik işini onlardan gizli aparmasını, paylarını tələb edəcəklərini bildiyinə görə qəsdən gizlərməsini göstərir. O, hesab edir ki, Maraqlı şəxs etdiyi saxtakarlıqlara görə iddia təmin edilməli və Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-924 reyestr nömrəli, V- 763/2021 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilməlidir. İddiaçı2, digər İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa və iddiaçıların izahatlarına uyğun izahat verərək iddiaçılar İddiaçı1 və İddiaçı2 X38nın vərəsləri olmalarına baxmayaraq onların Notariat ofisi tərəfindən notariat hərkətlərinə cəlb edilmədiklərini, üçüncü şəxs Maraqlı şəxs tərəfindən notariat ofisinə təqdim edilmiş arayışda vərəsələrin dairəsinin gizlədildiyi, tam göstərilmədiyi, cəmi 3 nəfər vərəsənin notariat hərəkətlərində iştirak etdiyini bildirmiş, miras evin bağında budama işləri aparıldıqdan sonra Maraqlı şəxs polis şöbəsinə şikayət etdikdən sonra məlumat aldıqlarını bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ata və analarından onlara miras qalmış evdə yaşayaraq böyümüşlər və həmin evdən gəlin köçmüşlər. Onlar X23 dəfn və yas mərasimlərində iştirak etmiş, başqa evdə yaşmalarına baxmayaraq daima atası evlərinə gəlib-getmiş və analarından onlara miras qalmış əmlakları digər vərəslər kimi qoruyub mühafizə edərək faktiki qəbul etmişlər. Bütün bunları üçüncü şəxs X14 məhkəmədə verdiyi öz ifadəsində təsdiq etmişdir. Maraqlı şəxs məhkəmədə qeyd etmişdir ki, o vərəsələrin 9 olduğunu notariusa demiş, lakin sistemdə 3 nəfər göründüyü üçün notarius başqa vərəsələrin lazım olmadığını bildirib dəvət olunmasını lazım bilməmişdir. Eyni zamanda Maraqlı şəxs vərəsələrin həmişə mehriban olduqlarını, ata evinə heç bir maneə olmadan gəlib getdiklərini, evdən, həyətyanı torpaq sahəsindən, bağın meyvələrindən sərbəst istifadə etdiklərini, lakin adət ənənəyə görə evin ailənin sonbeşiyinə qalmalı olduğunu göstərmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs izahat verərək bildirmişdir ki, onlar 9 nəfər bacı-qardaş olmuşlar. Atası və anasının sağlığında bütün uşaqlar anasından onlara miras qalan evdə yaşamış, həmin evdə böyümüş, bacıları ailə quraraq gəlin köçmüş, qardaşı Sakit Məmmədkərimov və o isə ata və anasından qalan evin ayrı-ayrı hissələrində yaşamışlar. Anası vəfat etdikdən sonra miras qalmış əmlakların adına keçirilməsi üçün Şəki Regional “ASAN xidmət” mərkəzində olan Notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açdırmışdır. Həmin vaxt notarius ondan neçə bacı-qardaş olduğunu soruşduqda o, 9 bacıqardaş olduqlarını bildirmiş, lakin elektron sistemdə yanlız 3 nəfər- Sakit Məmmədkərimov, Səmayə Məmmədkərimova və onun adı çıxmışdır. Buna görə də o, həmin sistemdə göstərilənlər əsasında İcra nümayəndəliyindən 3 nəfər bacı-qardaş olmalarına dair arayış alaraq Notariat ofisinə təqdim etmişdir. Sakit Məmmədkərimov bacısı Səmayə Məmmədkərimova tərəfindən verilmiş etibarnamə əsasında onun xeyrinə öz və bacısı adından mirasdan imtina etmişdir. Digər vərəsələrin isə adları elekron sistemdə çıxmadığından Notariusa vərəsəliyə çağrılmamış və onlardan ərizə alınmamışdır. Hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəllər onlarla birlikdə anasından miras qalmış evdə yaşamışlar, ailə qurduqdan sonra ər evinə gəlin köçmüşlər. İddiaçı1 və İddiaçı2 ata və anasının yas mərasimində iştirak edib, yaşadıqları evə daima gəlib-getmişlər, evdən, həyətyanı sahəsindən istifadə etmiş, bağda iş görmüş, meyvələrindən yemiş və yığıb aparmışlar. Lakin bacısı İddiaçı1 oğlu Vasif onlar barəsində polis şöbəsinə ərizə yazıb məhkum edilmələrinə səbəb olduğu üçün aralarında inciklik yaranmış və o, bacısı və ailəsinin danışdırmamışdır. Bacıları ailə qurub köçdükdən sonra da ata evinə gəlibgetmələrinə, bağlarından istifadə etmələrinə, nə o, nə ailə üzvləri, heç kim mane olmamış, ata evləri iki hissədən ibarət olmaqla, bir hissəsində Sakit Məmmədkərimov, o biri hissəsində isə o yaşamış, bacıları əsasən daha cox onların evinin olduğu hissəyə gəlib gedib istifadə etmiş, sonradan isə bacısı İddiaçı1 aralarında olan narazılıqlarla bağlı qardaşı Sakit Məmmədkərimovun evinə gəlib getmişdir. Bacıları ər evinə gəlin köçərkən onların hər birinin payları verilmiş, atası və anası rəhmətə getdikdən sonra onlardan qalan mal-qara və ev əşyaları yerli adətə əsasən qardaşı Sakitlə onun arasında bölünmüş, sonrada isə o ailənin sonbeşiyi olduğu üçün evin tamamilə onun adına keçirilməsində qardaşı Sakit fəallıq göstərmiş, Sakit və bacısı Səmayə onun xeyrinə özlərinə düşəcək əmlakdan imtina etmişlər. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Sakit Məmmədkərimov, Səmayə Məmmədkərimova və Maraqlı şəxs iştirakı ilə anaları Əsli Umarovanın mirası ilə bağlı vərəsəlik işi açılmış, Sakit və Səmayə Məmmədkərimovlar mirası qəbul etmədiklərinə dair notariat qaydasında təsdiq edilmiş ərizələrini notariat ofisinə təqdim etmişlər. Sakit Məmmədkərimov və Səmayə Məmmədkərimova iddiaçıların qardaş və bacısıdır. Maraqlı şəxs həmin vərəsəlik şəhadətnaməsini alarkən bunu bilmiş, hətta sənədlərin hazırlanmasında Sakit Məmmədkərimov iştirak etmişdir. Həmin şəxsin bu məlumatları iddiaçılara bildirməməsi mümkün deyildir. Tərəflərin anaları Əsli Umarova 29 yanvar 2006-cı ildə vəfat etdikdən sonra iddiaçıların qanunvericiliklə müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik və idarə etməsi, bununla bağlı mirası qəbul etdiyini təsdiq edən heç bir sübut mövcud deyildir. Qanunvericiliyin tələblərinə əsasən maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin ehtibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iiddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yanlız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazimi qaydada həyata keçiriməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxarıda göstərilənləri əsas tutaraq, məhkəmədən İddiaçı1 və İddiaçı2 üçüncü şəxs Maraqlı şəxs qarşı Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-924 reyestr nömrəli, V-763/2021 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: 5 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X56 Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2006-cı ildə vəfat etmiş X52 vərəsəsi: Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan Maraqlı şəxs olmaqla miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar- ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X54 verilmiş **********04-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 0,4341 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 250.2 kv/m daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir; -ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X54 verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən ümumi sahəsi 0,0519 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus torpaq sahəsindən ibarətdir; -ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən xx.xx.1998-ci il tarixdə X54 verilmiş seriya nömrəsi JN:367, KOD: ******* olan dövlət aktına və DƏDRX-nin xx.xx.2021-ci il tarixli № 698li və № 599-li arayışlara əsasən reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən ümumi sahəsi 3,31 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay sahəsindən ibarətdir. - “Elektron notariat” X7 vasitəsilə “X45” AQİS-dən çıxarışdan görünür ki, X58 xx.xx.2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə 6 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Böyük Dəhnə kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 247 nömrəli,xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X38nın aşağıdakı vərəsələrinin olduğu göstərilmişdir: X17, X16 və Maraqlı şəxs. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli, xx/xx-1710/10 nömrəli məktubdan görünür ki, “Elektron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində X38 tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Böyük Dəhnə kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 876 nömrəli,xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X58 ilə X59 hər ikisi eni şəxsdir. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş Maraqlı şəxsov oğlunun xx.xx.2021-ci il tarixli, **********089 nömrəli ərizəsindən görünür ki, Maraqlı şəxs mərhum anası X52 xx.xx.2006-cı ildə vəfat etdiyini bildirmiş, mərhumdan qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, mərhum anasının digər vərəsələri kimi X10 və X8 göstərmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş X2 xx.xx.2021-ci il tarixli, **********953 nömrəli ərizəsindən görünür ki, X11 anası X52 xx.xx.2006-cı ildə vəfat etdiyini bildirmiş, onun ölümündən sonra harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən paydan imtina etdiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş X3 xx.xx.2021-ci il tarixli, **********954 nömrəli ərizədən görünür ki, X8 anası X52 xx.xx.2006-cı ildə vəfat etdiyini bildirmiş, onun ölümündən sonra harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən paydan imtina etdiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X54 verilmiş **********04-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 0,4341 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 250.2 kv/m daşınmaz əmlak olan fərdi yaşayış evi X52 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X54 verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən ümumi sahəsi 0,0519 ha ümumi birgə olan torpaq sahəsi Maraqlı şəxs, X18, X12, X22, X19, X52 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan SSR Nuxa rayonu Böyük Dəhnə kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli, İ-ЖГ № 346764 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1955-ci ildə Nuxa rayonu Böyük Dəhnə kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1955-ci ildə 55 № ilə qeyd edilmişdir. Atası qrafasında X15, anası qrafasında X59 göstərilmişdir. Azərbaycan SSR Nuxa rayonu Böyük Dəhnə kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1953-cü il tarixli, ИЕ № 975424 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1953-cü ildə Nuxa rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1953-cü ildə 30 № ilə qeyd edilmişdir. Atası qrafasında X15, anası qrafasında X59 göstərilmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Böyük Dəhnə kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 91 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşamış xx.xx.2006-cı ildə vəfat etmiş X58 aşağıdakı adların qeyd olunmuş ailə üzvləri ilə birlikdə Şəki rayonu, Böyük Dəhnə kəndində yaşamışlar: X15 (1985-ci ildə vəfat etmişdir), X40 (1992-ci ildə vəfat etmişdir), X37 (2013-ci ildə vəfat etmişdir), X26 (2020-ci ildə vəfat etmişdir), X17, X16, İddiaçı1, İddiaçı2, X25 və Maraqlı şəxs. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların, iddiaçıların nümayəndəsinin, maraqlı şəxsin və onun nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X52 9 övladı olmuş, əri X15 və övladı X21 Umarovadan əvvəl, digər iki övladı X37 və X4 Umarovadan sonra vəfat etmişdir. Üçüncü şəxs Maraqlı şəxs özünün də təsdiq etdiyi kimi sağ olan övladların hər biri anası Əsli Umarovanın dəfnində və yas mərasimində iştirak etmişlər, miras qalmış ev iki hissədən ibarət olmuş, bir hissəsində Rəfail, digər hissəsində Sakit Məmmədkərimovlar ailələri ilə birlikdə yaşamışlar. Digər vərəsələr də istədikləri vaxt miras qalmış evə və həyətə gəlmiş, istədikləri kimi evdən və həyətdəki torpaq sahəsindən, bağdan, bostandan, ağacların meyvələrindən istifadə etmişlər. İddiaçıların izahatlarından aydın olmuşdur ki, analarının vəfatından sonra miras qalmış qabqacaqlardan miras pay kimi düşmüş və götürmüşlər. Göründüyü kimi sağ vərəsələrdən yanlız Sakit Məmmədkərimov və Səmayə Məmmədkərimova özlərinə düşən paydan Maraqlı şəxs xeyrinə imtina etmişlər. Üçüncü şəxs Maraqlı şəxs digər vərəslərin ərizələrinin alınmamasını elektron sistemdə onlar barəsində məlumatların qeyd edilməməsi ilə əlaqələndirsə də, özü tərəfindən notariat orqanına təqdim edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Böyük Dəhnə kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 247 nömrəli,xx.xx.2021-ci il tarixli arayış saxtalaşdırılaraq mərhum Əsli Umarovanın vərəsləri Sakit Məmməkərimov, Səmayə Məmmədkərimova və Maraqlı şəxs kimi bilərəkdən səhv göstərilmişdir. Rafayıl Məmmədkərimov bacılarının evlənərək gəlin köçməsi və özünün ailənin sonbeşiyi olması ilə bağlı evə iddialarının olmayacağını əsas gətirsə də, baclarından X6 notariat ofisinə təqdim etdiyi arayışda göstərib, digər bacları haqqında qeyd etdirməməklə sənədləşdirmə işlərini onlardan gizli həyata keçirdiyini təsiq etmişdir. Əgər ailə qurub köçmüş bacıların pay istəməyəcəyi və ya onlara pay düşməyəcəyi baxımından da edilməsi əsaslı hesab edilmir ona görə ki, bu əslində notariat ofisindən gizlin saxlanmasaydı hüququları pozulmamaqla vərəsəliyə çagırılıb münasibətləri öyrənilməklə qanuna uyğun həllini tapardı. Bundan başqa Maraqlı şəxs notarusa digər vərəsələrin mövcudluğu barədə bildirməsini desə də arayışı özü yalnız 3 vərəsə olması ilə alıb notariusa təqdim etməsi də bacısı Arzunun oğlu ilə aralarında olan münaqişəyə görə münasibətlərinin pozulduğunu göstərməklə yanaşı həm də pay istəməyəcəyni deməsi də ziddiyətlidir. Bu daha çox notariat ofisinin digər vərəsələr barədə məlumatı olduğu təqdirdə hamısını vərəsəliyin açılmasına dəvət edəcəyi, aralarında münaqişə olduğu vəziyyətdə bacısı Arzunun da pay istəyə biləcəyi anlamına daha uyğun gəlir. Belə ki, Rafayıl Məmmədkərimov bacısı İddiaçı1 ilə aralarında olan narazılıqdan ehtiyyat edərək onun mərhum Əsli Umarovanın vərəsəsi olmasını notariat ofisindən gizlətmiş, cəlb ediləcəyi halda anasından qalmış mirasdan imtina etməyəcəyini fikiri daha inandırıcıdır. X38 barəsində vərəsəlik işi açılarkən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş, vəfat etmiş X52 vərəsələri İddiaçı1 və İddiaçı2 nəzərə alınmamışdır. Bundan əlavə miras qoyan şəxs X58 barəsində notariat kontorunda vərəsəlik işi açılarkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-924 reyestr nömrəli, V-763/2021 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 2V-924 reyestr nömrəli, V-763/2021 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. 100 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. Qətnamədən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar